İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Sozcu.az dövlət başçısının paylaşımını təqdim edir:

Prezident ABŞ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.  Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

"Burada bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan” - Putin

Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub. Axar.az xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib. “İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib. Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə səbəb olmuşdu.

İlham Əliyev Lənkərana getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

“Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm" - Paşinyan

Əslində, üçtərəfli bəyannamənin iki tərəfi - Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər. Sozcu.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Yeni Bəyaziddə (Qavar) Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib. “Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyannamə üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”, - baş nazir qeyd edib. Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 9/10-da imzalanan üçtərəfli bəyannamədə “Zəngəzur dəhlizi” müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir: “9/10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?” Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 9/10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir: “9/10 noyabr tarixli üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”. Qeyd edək ki, Paşinyan ənənəvi olaraq “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki 9/10 noyabr 2020-ci il bəyanatıbıb 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.(axar)

“Sülhdə maraqlı olmayan qüvvələr var”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı silahlara nəzarət sazişi imzalamağa dəvət edib. Sozcu.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, “Mülki Müqavilə” partiyasının üzvləri ilə görüşündə deyib. Baş nazir bildirib ki, bu halda Ermənistan və Azərbaycan silahlarla bağlı konkret razılaşmalar əldə edəcək və bu razılaşmaların həyata keçirilməsi üçün bir-birlərinə nəzarət etmək imkanı əldə edəcəklər. Eyni zamanda o qeyd edib ki, Ermənistan və Azərbaycan hələ də müxtəlif diplomatik dillərdə danışırlar. Bu kontekstdə Paşinyan bəyan edib ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə sülhdə maraqlı olmayan qüvvələr var.

Qriqoryan: “Azərbaycanın bizə qarşı ərazi iddiası yoxdur”

“Ermənistan Rusiyanın vasitəçiliyinə, hətta KTMT çərçivəsində əməkdaşlığa da qarşıdır”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib. Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığa gəlincə, Ermənistan hakimiyyəti ordunun döyüş hazırlığını artırmaq üçün hər şeyi etməyə çalışdığını və bu məqsədlə imkan daxilində silah almağı planlaşdırdığını iddia etsə də, Qriqoryan Rusiyadan yeni silah almayacaqlarını bildirib.  Təhlükəsizlik Şurasının rəhbəri Moskva ilə İrəvan arasında silah tədarükünə dair yeni razılaşmalar barədə məlumatları təkzib edib. Qriqoryan Ermənistanın aldığı silahlarla bağlı sual verən jurnalistə etirazını bildirərək deyib ki, bu barədə açıq danışılmamalıdır. Qriqoryanın müsahibəsində ən maraqlı məqam danışıqlar prosesində müəyyən problemlərin olduğunu etiraf etməsidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi prosesində geriləmə müşahidə edildiyini desə də, hakimiyyət ictimaiyyəti sülh sayəsində Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təmin edə biləcəyinə inandırmaqda davam edir: “Sülh müqaviləsi, ilk növbədə, regionda Ermənistan və Azərbaycan arasında birgəyaşayış imkanlarına aiddir və nə Ermənistan, nə də Azərbaycanın bir-birinə qarşı ərazi iddiası var. Bu, müqavilənin imzalanması üçün vacib şərtdir və Ermənistan bu istiqamətdə irəliləyir”, – deyə Qriqoryan bildirib.

Fərid Şəfiyev: “Ermənistanla tutarlı razılıq əldə edilməsi çətin məsələdir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırki mərhələdə Ermənistanla Azərbaycan arasında tutarlı razılığın əldə edilməsini çətin məsələ sayır. Sozcu.az Report-a istinadla xəbər verir ki, o son proseslərin bunu bir daha təsdiqlədiyini bildirib. F.Şəfiyev hesab edir ki, Bakı və İrəvan arasında anklavlar məsələsi delimitasiya prosesi çərçivəsində həll edilməlidir: “Dekabr ayında bizim müəyyən dərəcədə daha optimistik əsaslarımız vardı, indi isə həllinə ciddi ehtiyac duyulan bir neçə məsələ var. Buraya qarant, delimitasiya-xəritə, nəqliyyat yolları və ya Zəngəzur dəhlizi kimi məsələlər daxildir. Xüsusilə də anklavlar məsələsi gündəmdədir. Amma düzünü deməliyəmsə, mən tezliklə bir həll yolunun tapılacağını görmürəm”. Mərkəz sədri buna səbəb kimi Ermənistan rəhbərliyində normal danışıq aparmaq ənənəsinin olmamasını, bunun çox çətin iş olduğunu göstərib: “Yaxın tarixə nəzər saldıqda da bunu görürük. Məsələn, 2020-ci ildə Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüldü, ancaq üç il davam edən danışıqlar nəticə vermədi, ona görə də biz İran vasitəsilə alternativ yol yaradırıq. Bunu görən ermənilər indi düşüblər ortaya, deyirlər ki, biz də hazırıq, Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh Qovşağı” məsələsini irəli sürüb”. Mərkəz rəhbəri həmin şərtlərin Azərbaycanı qane etmədiyini də diqqətə çatdırıb: “Sülh Qovşağı” layihəsi piar aksiyadır. Düzdür, dekabrın əvvəlində COP29 və əsirlərin dəyişdirilməsi ilə bağlı qərarlar müəyyən məqam yaratmışdı. Amma hazırkı hadisələr və Prezidentin son şərhləri göstərir ki, Ermənistanla tutarlı razılıq əldə edilməsi çətin məsələdir”.

ABŞ inanır ki, Bakı və İrəvan... - Patel

ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib. "Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar", - diplomat diqqətə çatdırıb. Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın 9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək. Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfərindən dərhal sonra verilib. Xatırladaq ki, L.Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.

İrəvan Bakının narazı qaldığı məsələyə 3 milyard ayırdı

Ermənistan Azərbaycanın narazılığından sonra Arazdəyəndə yerləşən Amerika-Erməni metallurgiya zavodunun Ararata köçürülməsi üçün 3 milyard 500 milyon dram ayırıb. Sozcu.az xəbər verir ki, İrəvan sözügedən məbləği 4 il müddətinə köçürmək şərti ilə illik 8 faizlə “GTB Steel” şirkətinə ayırıb. Qeyd edilib ki, 2023-cü il dekabrın 14-də hökumət Ararat qəsəbəsində polad zavodunun tikintisi üzrə investisiya layihəsinin təsdiq edilməsi və torpaq sahələrinin bağışlanmasına razılıq verilməsi haqqında qərar qəbul edib.

VHP sədri ABŞ səfirinin müşavirini qəbul edib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regiondakı geopolitik durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi seçki müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib. Cənab Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımdan önəmli olduğunu bildirib.

Bu ölkə Ermənistanı müharibəyə hazırlayır - Prezident

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Dövlət başçısı deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, - deyə Prezident vurğulayıb.