Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı silahlara nəzarət sazişi imzalamağa dəvət edib.
Sozcu.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, “Mülki Müqavilə” partiyasının üzvləri ilə görüşündə deyib.
Baş nazir bildirib ki, bu halda Ermənistan və Azərbaycan silahlarla bağlı konkret razılaşmalar əldə edəcək və bu razılaşmaların həyata keçirilməsi üçün bir-birlərinə nəzarət etmək imkanı əldə edəcəklər.
Eyni zamanda o qeyd edib ki, Ermənistan və Azərbaycan hələ də müxtəlif diplomatik dillərdə danışırlar.
Bu kontekstdə Paşinyan bəyan edib ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə sülhdə maraqlı olmayan qüvvələr var.