Redaktor seçimi

"Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq"

"Ermənistanın qonşu ölkələrə nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq". Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Ermənistanın belə bir iddiası yoxdur və bunu planlaşdırmır", - Paşinyan qeyd edib.

Pensiya yaşını keçmiş REKTORLAR — SİYAHI

Son illər həyatımızın bütün sahələrində aparılan kadr islahatları səbəbi ilə pensiya yaşı çatmış şəxsləri bir sıra vəzifələrdə gənclər əvəzləyir. Çünki, bir çox hallarda yaşlı nəsil yeni çağırışlarla ayaqlaşa bilmir. Amma hələ də pensiya yaşında olan məmurlar və digər peşə sahibləri var. Ələxsus da, elm cameəsində pensiya yaşını doldurmuş şəxslərin sayı kifayət qədərdir. Bizim.Media bu dəfə pensiya yaşı çatmış rektorların siyahısını hazırlayıb.  Siyahını təqdim edirik:  1. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovun 78 yaşı var. O, 9 oktyabr 1945-ci ildə anadan olub. H.Məmmədov, 2017-ci ildə bəri BMU-nun rektoru vəzifəsindədir. 2. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın 73 yaşı var. O, 4 dekabr 1950-ci ildə doğulub. K.Abdulla 2017-ci ildə bəri ADU-nun rektorudur. 3. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın 70 yaşı var. O, 24 aprel 1953-cü ildə dünyaya göz açıb. G.Məmmədova 1999-cu ildən bəri rektordur. 4. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun 72 yaşı var. O, 20 aprel 1951-ci ildə anadan olub. Y.Yusibov 2014-cu ildən bəri GDU-nun rektorudur. 5. Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun 70 yaşı var. O, 1953-cü ildə doğulub. 2016-cı ilin mayından etibarən LDU-nun rektorudur. 6. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun 75 yaşı var. O, 1 yanvar 19948-ci ildə anadan olub. E.Hüseynov 2014-cü ildən etibarən, 9 ildir ki, SDU-ya rəhbərlik edir. 7. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin 72 yaşı var. O, 26 iyul 1951-ci ildə dünyaya gəlib. 2011-ci ildən bəri, yəni 12 ildir ki, rektordur. 8. Bakı Biznes Universitetin rektoru İbad Abbasovun 70 yaşı var. O, 1953-cü il təvəllüdlüdür.  1992-ci ildə təsis etdiyi BBU-ya həm də rektorluq edir. 9. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının 75 yaşı var. O, 1 mart 1948-ci ildə dünyaya gəlib. 2010-cu ildən bəri Xəzər Universitetinin rektorudur.

BMT-nin Baş katibi: “Jurnalistlər həqiqəti müdafiə edirlər, dünya onların yanında olmalıdır”

“Jurnalistlər həqiqəti müdafiə etdikləri kimi, dünya da onların yanında olmalıdır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tviterdə yazıb. O bildirib ki, peşə fəaliyyətlərinə görə jurnalistlərə təzyiq dayandırılmalıdır: “Təhdid və hücumları dayandırmaq lazımdır. Həqiqəti və həqiqəti söyləyənləri hədəf almağı dayandırmaq lazımdır”. A.Quterreş qeyd edib ki, yalan və dezinformasiyaların yayılmasının da qarşısı alınmalıdır.

Putindən Bakı və İrəvana xəbərdarlıq – Kreml sülhə “yox” dedi

Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib. Mesajda deyilir: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”. Sozcu.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Kremlin Vaşinqton görüşü ilə bağlı mövqeyini şərh edib. Onun fikrincə, Putin bu mesajıyla demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun, eləcə də Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. "Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq", - deyə politoloq vurğulayıb. Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünə münasibət bildirib. Kreml rəsmisi deyib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında. “İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov vurğulayıb. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.

4 yaşlı Məryəmi öldürərək quyuya atan şəxs məhkəmədə nələr danışdı? - VİDEO

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun məhkəmədə verdiyi ifadəsi məlum olub. Sozcu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, ifadəsində hadisəni törətmədiyini deyib. Sonda hökm elan olunub. Məhkəmənin hökmü ilə Mehman Mansurov 11 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb. Xatırlatma: Bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.pravda

Hacı Şahinin yerinə bu şəxs təyin olundu

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq. O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Şuşanın kəndində yaşayan hayk Laçındakı sərhəd postundən keçməsindən danışdı…

“Daşıdığım yükləri açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar…” Bu günlərdə Azərbaycanın Laçın rayonu ərazisində - Ermənistanla sərhəddə Həkəri çayı üzərindəki körpüdə yenicə quraşdırdığı sərhəd-buraxılış məntəqəsindən keçərək evinə qayıtmış hayklardan biri də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində məskunlaşmış Qeqam Arutyunyan olub. Sozcu.az xəbər verir ki, NEWS.am-la söhbətində Q.Arutyunyan bildirib ki, o, aprelin 30-da ərzaq və donuzlarına yem almaq üçün öz avtomobili ilə Ermənistanın  Gorus şəhərinə gedib. Keçid məntəqəsində azərbaycanlılar pasportumu və maşınımla bağlı sənədləri yoxladılar, məndən nə üçün gəldiyimi, hara getdiyimi soruşdular. Daşıdığım yükləri  açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar”, - deyə Qeqam Arutyunyan bildirib. Şuşa rayonu ərazisində yaşayan erməninin sözlərinə görə, Azərbaycan sərhəd-keçid məntəqəsinə təxminən beş dəqiqə qalıb. O, özü azərbaycanca bilsə də, keçid məntəqəsində,  onunla rus dilində ünsiyyətdə olan on nəfərə yaxın azərbaycanlı olub və onunla rus dilində danışıblar.

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb. Sozcu.az-ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi "Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın 1-də həmin xəstəxanada ölüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Kılıçdaroğlu və komandasının süni zəka ilə çəkilmiş FOTOSU

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunun və onun komandasından İstanbul və Ankara bələdiyyələrinin sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşın süni zəka ilə fotoları çəkilib. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, foto sosial şəbəkələrin Türkiyə seqmentində viral olub. 

Ləhic bağlarında fəhləni öldürən şəxsə 10 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirləndirilən Vasif Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhru edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Ötən il iyulun 6-ı saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov şəxsi münasibətlər zəminində aralarında yaramış mübahisə zamanı Əlvan Hüseynovu itələyib. Sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətaidə mopeddən yıxılaraq xəsarət alan 21 yaşlı qız ölüb

Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Ötən gün isə həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 24 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 24 il ötür. Sozcu.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.