Qarabağdan qaçan separatçıların nümayəndəsi Vitali Balasanyan Ermənistanda çevriliş etmək istəyib.
Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
İddia edilir ki, Balasanyan Xankəndidən qaçanda belə bir plan qurub.
O, Ermənistana gəldikdən sonra “Vətən” partiyasının sədri Artur Vanetsyanla görüşüb. Görüş zamanı Qarabağdan köçən erməniləri təşkilatlandırmaq, ölkədə ofislər açmaq üçün Vanetsyandan pul istəyib.
Onun əsas məqsədinin Qarabağ erməniləri vasitəsilə Ermənistanda çevriliş etmək olduğu bildirilir. Lakin Vanetsyan Balasanyanın xahişini rədd edib.
Qeyd edək ki, V.Balasanyan bir müddət öncə Ermənistanda polis məntəqəsinə yaxınlaşaraq silahını təhvil vermişdi. Onun barəsində cinayət işi açılmışdı.
Çevriliş planı iddiasından sonra V.Balasanyanın həbs ediləcəyi gözlənilir.