Redaktor seçimi

Nigar Əhmədovaya yeni vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb. Sozcu.az  xəbər verir ki, o, bundan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək. N.Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb. N.Əhmədova vaxtilə bir sıra aparıcı media qurumlarında çalışıb, 2019-cu ildən isə nazirliyin komandasına qoşulub.

Zelenski Moskvanın BMT TŞ-dəki “kreslosunun” arxasında gizlənə bilməyəcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin BMT Təhlükəsizlik Şurasındakı "kreslosu" və ya qaz borularınn arxasında gizlənə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moskva bütün cinayət əməllərinə görə məsuliyyətə cəlb olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri ənənəvi axşam videomüraciətində danışıb. “Kreml BMT Təhlükəsizlik Şurasında kreslo, qaz boruları və ya başqa bir şeyin arxasında gizlənə bilməyəcək. Ukrayna torpaqlarında törədilən hər bir Rusiya cinayətinə görə, şübhəsiz ki, qanuni və ədalətli şəkildə məsuliyyətə cəlb olunacaq”, - Ukraynanın ali baş komandanı deyib. Siyasətçi Rusiyanın həm Beynəlxalq Cinayət Məhkəməsində, həm də Ukrayna məhkəmələrində məsuliyyətə cəlb olunacağını diqqətə çatdırıb.

“İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir...”

“Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz...” “Son günlər yenə də bəzi “SEPAH” generalları bizə qarşı hədə dolu çıxışlar etməyə başlayıb... Əgər  İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir. Bu halda o, bir dövlət kimi məhv olub getməlidir. Çünki öncə bunu nəzərə almaq lazımdır ki, bu dövlətin tutduğu ərazidəki əhalinin bəlkə də yarıdan çoxu Azərbaycan türkləridir”.  Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib. “İkincisi, Azərbaycan ordusu sayca İran ordusundan az olsa da, artıq 90-cı illərin ordusu deyil.  Dövlətimiz ordumuzu son 20-25 ildə dünyanın ən müasir və güclü texnologiyalarına, silah və texnikalarına yiyələndirdi və sonda da  44 günlük savaşda özünü göstərdi. İran ordusu isə təsəvvür və təbliğ edilən qədər güclü deyil və elə 40-50-ci illərin texnologiyası və taktikası ilə hərəkət edən Rusiya ordusundan çox da fərqlənmir. Və əgər İran elə bilirsə ki, Azərbaycan əvvəlki Azərbaycandır, çox ciddi şəkildə yanılır...  Üçüncüsü, bizim arxamızda qardaş Türkiyə kimi NATO-nun ən güclü ordularından birinə malik olan dövlət, Pakistan kimi müsəlman ölkəsi var. Bizimlə müttəfiq olan İsrail kimi bir əjdaha İrandan çox da uzaqda deyil. İranın arxasında kimdir? Dünyanın guya ikinci ən güclü dövləti sayılan, amma əslində dağılıb-tökülən nəhəng arabaya bənzər Rusiya imperiyası?.. Dördüncüsü, bəlkə də ən əsası isə hazırda İran yarım ilə yaxındır ki, öz daxilində stabilliyi bərpa edə bilmir. Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz. Odur ki, İran müharibəyə başlasa, tez bir zamanda elə öz daxilindən dağılacaq”, –  general əlavə edib.  “Bütün bunlarla belə, əlbəttə, Azərbaycan da bütün qonşularla sülh şəraitində yaşamaq istəyir və dövlətimiz  çalışır ki, İranla da bütün ziddiyyətləri diplomatik yollarla həll etsin. Amma o da var ki, bizə qonşu olan bu iki böyük dövlətin – istər İranın, istərsə də Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz”- deyə keçmiş nazir sonda qeyd edib.

Ermənilərin qondarma abidəsi Ordumuzun nəzarətinə keçdi

“Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib”. Bu barədə hərbi ekspert Ədalət Verdiyev “facobook” hesabında paylaşım edərək məlumat verib. “Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və Arsax talelərinin birliyini” simvolizə edirdi. Nə isə. Fərarilərə keçmiş olmasın”, – ekspert bildirib.

İran "qabaqdangəlmişlik" edir: kimdən və nəyin kompensasiyası tələb olunur?

Bu gün internet informasiya resurslarında məlumat yayılıb ki, İran dövləti Azərbaycanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Beləliklə, İran Azərbaycana nota verib. Əvvəlcə gəlin görək, nota nədir və necə göndərilir? Nota bir dövlətin başqa dövlətə siyasi məsələlər, əməkdaşlıq, razılaşma təklifləri, brifinqlər və bu kimi məsələlərlə bağlı göndərdiyi xarici siyasət məktubudur. Bir qayda olaraq, həftənin iş günləri göndərilir və həmin dövlətin nümayəndəsi, yəni səfir xarici siyasət idarəsinə çağırılır və bu məktub ona təqdim edilir. Nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. İranın diplomatik “nota” verməsi isə qeyd edilən halların heç birinə uyğun gəlmir. Bu gün həftənin iş günü deyil. Tehranda Azərbaycan səfiri yoxdur, səfirlik işləmir. İranlılar notanı haraya və necə göndəriblər? Notanın məzmununa baxaq. Azərbaycanın bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etməsi. Hər kəsə məlumdur ki, Azərbaycan mətbuatı ölkənin xarici siyasət istiqamətlərindən kənara çıxmır. Əgər hər hansı dövlət digər dövlətin ərazi bütövlüyü və suverenliyinə təhdid yaradırsa, təxribatçı qüvvələri maliyyələşdirirsə, media da bunu tapıb aşkara çıxarırsa, İran tərəfində bu "qabaqdangəlmişlik" haradan qaynaqlanır? Cənub qonşumuz kimdən və nəyin kompensasiyasını tələb edir? Ermənistanın təxribatına bu və ya digər şəkildə yardım etməsini işıqlandırmağımız ancaq onlara zərərli ola bilər. İran unutmasın ki, bu, Azərbaycanın dövlət təhlükəsizliyi məsələsidir. Dəqiq və vicdanlı yerli media da bunu mütləq dərc etməlidir. Bir sözlə, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə uyğundur. Azərbaycanda Tehrandakı molla rejimindən fərqli olaraq mediada plüralizm hökm sürür. Nalayiq və təhqir dolu media deyərkən, özlərinin "Səhər TV" telekanalını unutmasınlar. Həqiqətə uyğun olmayan, böhran xarakterli məlumatlardan danışırıqsa, biz onlara nota verməliyik, onlar bizə yox./Report

Ordumuz 1992-ci ildə 5 igidimizin şəhid olduğu Cağazur kəndi yaxınlığındakı postu azad etdi...

“İnşallah, orada həmin postda şəhid olmuş oğullarımızın xatirə lövhəsi də qoyular. Qoy, ruhları şad olsun!..” Bu günlər Ermənistan hökuməti və meidası Azərbaycan ordusunun Laçın rayonu ilə sərhəddə - Zabux və Cağazur kəndləri arasındakı ərazidə qanuni sərhəd xəttimizin bərpasını bütün dünyaya bir təcavüz aktı kimi təqdim etməyə çalışır. Halbuki, 31 il öncə məhz bəhs edilən ərazilərdə Ermənistanın terrorçu dəstələri Rusiya ordusunun bilavasitə dəstəyi ilə  əsl işğal və qətliamla məşğul idi… …1992-ci il mayın 14-dən 15-ə keçən gecə  Ermənistan ordusu polkovnik Arif Paşanın komandanlıq etdiyi, lakin o vaxtkı Müdafiə Nazirliyinə yerləşmiş “QRU” agentlərinin - Şahin Musayevlərin hazırladığı əmrlə ləğv edilmiş Laçın alayının nəzarətində olan Cağazur kəndi yaxınlığındakı 31 saylı posta gözlənilmədən hücum etdi. Hücum nəticəsində  5 döyüşçümüz şəhid oldu:  Məmmədov Asif Xasay oģlu Ocaqverdiyev Mehman Isfəndiyar oģlu (Balakən) Musayev Mayıl Musa oģlu Hùseynov Əjdər Həsi oglu Zeynalov Xəqani Xankişi oglu (1958, Laçın) Allah hər birinə rəhmət eləsin!.. Cağazur kəndi yaxınlığındakı post uğrunda şəhid olmuş oğullarımızın siyahısını bizə  onlardan birinin - Asif Xasay oğlu Məmmədovun qardaşı Qalib Məmmədov çatdırıb. Qeyd edək ki,  Qərbi Azərbaycanın Göyçə torpağının oğlu “Göyçə” ləqəbli Asif Məmmədovun döyüş yolu və şəhid olması haqda hələ 2021-ci ilin mayında Moderator.az-da geniş material təqdim etmişdik. Digər 4 şəhidimiz haqda isə, təəssüf ki, hələlik geniş məlumat əldə edə bilməmişik. Onları tanıyanlardan bizimlə əlaqə saxlamalarını xahiş edirik. Əldə etdiyimiz məlumata görə, bu günlərdə keçirilən əməliyyat nəticəsində şanlı ordumuz bir güllə də atmadan Cağazur kəndi yaxınlığındakı keçmiş “31-ci post” ərazisini də tam  nəzarətə götürüb.  İnşallah, orada I Qarabağ savaşında həmin postda şəhid olmuş oğullarımızın xatirə lövhəsi də qoyular. Qoy, ruhları şad olsun!.. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!.. Sultan Laçın

Şəhid Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür. Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub. Atası Nəriman Həmidov ibtidai sinif müəllimi, anası Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb. 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib. 1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, “leytenant”, 1999-cu ildə “baş leytenant”, 2002-ci ildə isə “kapitan” hərbi rütbəsi verilib. 2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilib. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət edib. 2005-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 1-ci Taborun Komandiri vəzifəsində xidmət eləməyə başlayıb. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə qərargah rəisi vəzifəsində xidmət edib. 2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi alıb. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsini Azərbaycan Ordusu işğaldan azad edib. Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilib. 2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb.  20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi nəticəsində Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlayıblar. Oktyabrın 20-də 2-ci Ordu Korpusu və Dövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilan döyüşləri nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilib. Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olmağa nail olublar. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşüb. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı verib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Erməni sakinlər: "Azərbaycanlılar 500 metrlikdədir, 4 kənd təcrid vəziyyətə düşüb" - VİDEO

Xankəndi ətrafında yaşayan ermənilər panikadadIrlar, amma ordumuza şər atmaqdan da qalmırlar. Bu barədə "Azadlıq" radiosunun erməni bürosunun bölgədən - Qladərəsi və Xankəndi ətrafında yerləşən ermən kəndlərindən hazırladığı reportajdan məlum olur. Musavat.com həmin reportajı tədim etməzdən öncə bildirir ki, erməni sakinlər nə qədər təlaş içində olsalar da Azərbaycan ordusuna şər atmaqdan çəkinmiir, iddia edirlər ki, guya əsgərlərimiz onların mal-qarasını oğurlayır. Reportajı təqdim edirik.

Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub - İTTİHAM

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Məlumata görə, Cavid Məmmədov postda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. Cavid Məmmədov 240 manat rüşvət alıb, 400 manat isə rüşvət qismində almağa cəhd edib. Gömrük əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.(apa)

ABŞ dünyada demokratiyanın inkişafı üçün milyardlar xərcləyəcək

ABŞ-ın 2022-2024-cü illərdə dünyada “demokratiyaya dəstək” üçün xərcləri 9,5 milyard dollar təşkil edəcək. Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. “2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar bütün dünyada demokratiya, insan haqları və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoyub və yatırmaq niyyətindədir”,- deyə məlumatda bildirilir. Bundan əvvəl ABŞ prezidenti Co Bayden “Demokratiya Zirvəsi” çərçivəsində ABŞ hökumətinin dünyada demokratiyanın yenilənməsi üçün 690 milyon dollar sərmayə qoyacağını açıqlayıb.

Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...

Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışır ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Ermənistanın tanınmış jurnalisti və müstəqil siyasi analitiki kimi tanınan Tatul Akopyan qəsbkar ölkənin ictimai televiziyasında aparıcı Petros Kazaryana müsahibəsində "vəziyyətdən çıxmağın mümkün variantı" və Qarabağdakı ermənilərin  "yaşamaq hüquqlarını təmin etmək üçün" onların Ermənistanın digər bölgələrinə   köçürülməsini təklif edib. Moderator.az xəbər verir ki, bu haqda politoloq Hayk Martirosyan özünün "Facebook" səhifəsində məlumat yayıb. Aparıcı T.Akopyana ermənilərin Ermənistana köçürüləcəyi təqdirdə Azərbaycanın Süniki(Zəngəzurun ermənicə adlanan bir hissəsi)  heç bir problemsiz götürəcəyini söyləsə də, o, cavab verib ki,  Ermənistanın qalan hissəsi ilə nə edəcəyimizi də müzakirə etmək mümkündür. "Və İctimai TV-də camaat bunu izləyir. Tatul Akopyan isə yalnlz erməni kimi deyil, həm də jurnalist, erməni diasporunun zəngin nümayəndələri tərəfindən qəbul edilən, dinlənilən, hörmət edilən bir insan kimi qəbul olunmaqda davam edir. Bu bizim sifətimizdir. Bu bizik..."- erməni politoloq belə yazıb. P.S. Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışırlar ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Sultan Laçın

Fazil Mustafanı kim güllələyib? - DİN açıqlama VERDİ

Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı silahlı hücum baş verib. Hücum zamanı millət vəkili çiyin və ayaq nahiyyəsindən 2 güllə yarası alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Referans.az-a açıqlama verib. Elşad Hacıyev hadisə ilə bağlı axtarışın davam etdiyini bildirib. “Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.