Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı silahlı hücum baş verib. Hücum zamanı millət vəkili çiyin və ayaq nahiyyəsindən 2 güllə yarası alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Referans.az-a açıqlama verib. Elşad Hacıyev hadisə ilə bağlı axtarışın davam etdiyini bildirib.
“Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.