Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin BMT Təhlükəsizlik Şurasındakı "kreslosu" və ya qaz borularınn arxasında gizlənə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Moskva bütün cinayət əməllərinə görə məsuliyyətə cəlb olunacaq.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri ənənəvi axşam videomüraciətində danışıb.
“Kreml BMT Təhlükəsizlik Şurasında kreslo, qaz boruları və ya başqa bir şeyin arxasında gizlənə bilməyəcək. Ukrayna torpaqlarında törədilən hər bir Rusiya cinayətinə görə, şübhəsiz ki, qanuni və ədalətli şəkildə məsuliyyətə cəlb olunacaq”, - Ukraynanın ali baş komandanı deyib.
Siyasətçi Rusiyanın həm Beynəlxalq Cinayət Məhkəməsində, həm də Ukrayna məhkəmələrində məsuliyyətə cəlb olunacağını diqqətə çatdırıb.