Cəsur polkovnik Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirib. Hərbi-texniki aviasiya sahəsində mükəmməl təhsil almış C.Rüstəmov 35 il Şəmkir Aerodromunda xidmət göstərib. 1991-ci ildə rayonlarda Özünümüdafiə batalyonları yaradılanda Şəmkirdə yaradılmış belə batalyonun rəhbərliyinə Cahangir Rüstəmov gətirilmişdi. Digər rayonlarda bu vəzifəyə hərbi komissarlar təyin olunsada Şəmkirdə fərqli olaraq bu vəzifəyə yüksək hərbi rəhbərlik qabiliyyəti olan Cahangir Rüstəmov təyin olunmuşdu. Qısa müddətdə ətrafına peşəkar və məsuliyyətli hərbi kadrları toplamış Polkovnik Rüstəmov ilk andaca rəhbərlik etdiyi Özünümüdafiə Alayının strukturunu möhkəmləndirməyə, silah ehtiyatını genişləndirməyə hədəflənmişdi. Polkovnikin ilk cəsur və məsuliyyətli silahdaşları arasında Qalib Hüseynov , Azər Cəfərov , Əliyar Novruzov və digərləri yer almışdı. Sonra hərbi kadrların sırasına peşəkar hərbiçilər Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbini 1986-cı ildə bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayında xidmət keçmiş Dilqəm Əliev və İlham Əliyev qardaşları qoşulmuşdu. Onların Alaya gəlişi ilə Alayın döyüş qabiliyyəti artmış və strukturunun möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli məcraya yönəlmişdir. Sonrakı dönəmdə 861 saylı Alayın tərkibində Əfqanıstan döyüş məktəbinin iki önəmli siması yer almışdı. Bunlardan biri Əfqanıstan-Sovet müharibəsində iştirak etmiş, “İntihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri, "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, sonralar Gədəbəydə hərbi komissar işləmiş, Gədəbəy batalyonunun komandiri, 861saylı alayın tərkibində olan 1-ci batalyonun komandiri Vyaçeslav Malbaxov və Donetsk Ali Hərbi-Siyasi Məktəbinin yetirməsi, Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, Pribaltika Hərbi Dairəsində qulluq keçmiş Rizvan Pirnəzərov idi. Birinci hissə Müəllif: Ceyhun Nəbi
Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər. Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib. “Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır”, - deyə qeyd edib. socar vakansiya Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır: “Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər”. Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır: "Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər". Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib. Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində valideynlərini itirmiş (yetim) və valideyn himayəsindən məhrum olan 1459 uşaq təlim-tərbiyə alıb. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstrir ki, son bir ildə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 7% və ya 96 uşaq artıb. Bu, həm də son 15 ildə qeydə alınan ən yükəsk göstərici olub. Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumtəhsil internat məktəblərində, 31-i sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 81-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təlim-tərbiyə görüb. Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3 min 456 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı azalmağa başlasa da, son illər yenidən artmağa başlayıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən aşağı səviyyəyə 2016-cı ildə düşüb. Həmin il internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfər olub. Son 10 ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı aşağıdakı kimi olub: 2014-cü il – 685 uşaq 2015-ci il – 611 uşaq 2016-cı il – 602 uşaq 2017-ci il – 639 uşaq 2018-ci il – 737 uşaq 2019-cu il – 862 uşaq 2020-ci il – 849 uşaq 2021-ci il – 771 uşaq 2022-ci il – 737 uşaq 2023-cü il – 1 363 uşaq 2024-cü il – 1 459 uşaq
“İndiki hakim komanda hakimiyyətdə olmasaydı, Qarabağ erməniləri hələ də öz torpaqlarında yaşayacaqdı”. Bu barədə Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan danışıb. “Mən Qarabağ ermənilərinin indi hansı vəziyyətdə olacağını deyə bilmərəm. Lakin Ermənistanda fərqli bir hökumət olsaydı, onlar mütləq öz evlərində yaşayacaqdılar. Hazırkı vəziyyət indiki hökumətin can atdığı şeydir və buna nail oldu”, - deyə Manukyan yerli “İcmal” proqramında bildirib. O, hazırkı hakim komandanın müəyyən dairələrdə “Ermənistan dövlətinin İsveçrə və ya Lixtenşteyn kimi sabit regionda yaşaya biləcəyi” ideyasını axmaqlıq adlandırıb. “Bu, tamamilə axmaq və qeyri-real fikirdir. Amma onlar (hakim elita) bunu əsas götürdülər. Onlar hesab edirlər ki, Qarabağ problemi olmasa, ermənilərin “çoxəsrlik” istəkləri (məsələn, başqalarının torpaqlarına göz dikməsi kimi - red.) bir kənara qoyulsa, “Ağrı bizim dağımız deyil” desələr, Ermənistan çiçəklənməyə başlayacaq. Bu axmaq ideya təkcə Nikolun beynində kök salmayıb, o, bunu təbliğ etmək və yaymaq üçün hər şey edir”, - deyə revanşist Manukyan bildirib. Onun sözlərinə görə, əgər 2018-ci ildə hakimiyyət dəyişikliyinə qədər Ermənistanda kiməsə desəydilər ki, indiki hakimiyyətin sadiq qaldığı ideologiyaya malik adamlar hakimiyyətə gələ bilər, çoxları buna inanmazdı. “Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”, - Manukyan bu sözlərlə əsl erməni xislətini ortaya qoyub.(musavat.com)
Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-nin yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər. Deyilənlər nə dərəcədə real görünür? MM-in yeni tərkib uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir. O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib: “Düzdür, ünvanlı sosial yardımlar verilir. Amma bu yardımlar birbaşa lazımı ünvana çatmır. Yolda müəyyən “problemlər” yaranır, bu işi dolayı yollarla başqası üçün “həll edirlər” və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də, bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir”. Sabiq deputatın fikrincə, uşaqpulu birbaşa uşaq olduğu ailəyə çatacaq: “Məsələn, kimin neçə uşağı varsa, ona uyğun da pul alacaq. Bu, çox vacib məsələdir. Həm uşaqların normal təhsil ala bilməsi, həm məktəb ləvazimatları üçün uşaqpulunun verilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, yeni və köhnə deputatlar bu məsələlərə toxunacaq”. Sabiq deputat deyib ki, uşaqlara veriləcək məbləği hesablamaq lazımdır: “Bir uşaq üçün 100 manat da ola bilər, 150-də. Heç olmasa bir uşağın normal təhsili, məktəb ləvazimatı üçün nə qədər vəsait lazımdır, onu hesablasınlar və ona uyğun uşaqpulu təyin etsinlər. Həm də dövlətin imkanına baxılmalıdır ki, büdcədə nə qədər pul var. Uşaqpulu çox vacibdir və ən asası bu məsələdə ünvanlı yardım söhbəti yoxdur. Çünki uşaq olan ailəyə pul çatır, ünvanlı sosial yardımlar kimi yolda da heç bir itkiyə getmir”.
81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşı təhqir edib. Sozcu.az xəbər verir ki, deputatlığa namizəd feysbuk hesabında paylaşdığı videonun şərh bölümünə yazılmış rəyə təhqiramiz formada cavab verib. Belə ki, bir istifadəçi “sizin 5 il ərzində İmişli camaatına xeyriniz dəyməyib, işiniz ancaq hökuməti tərifləmək olub” rəyi Razi Nurullayevi özündən çıxarıb: “Çünki sən korsan. Uğursuz və başqalarının etdiyinə həsəd aparan nankor adamsan. Qəribətdir ki, ASAN Xidmətdə işləyə bilirsən. Bu da ölkəmizin qəribəliyidir. Bu yaşında içində nifrət var. Bir az böyü, niftər dağarcığı. Yaxşı tərbiyə almamısan”. Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.konkret)
Keçmiş SSR-i dövründə və müstəqilliyin ilk illərində verilən bəzi sənədlərdən istifadə mümkün olmur. Buna müəyyən səbəblər maneə yaradır - sənədin itməsi, yazılırın oxunmaması, müəyyən hissələrin doldurulmaması və s. Bura doğum haqqında şəhadətnamə, nikahla bağlı sənədlər, notoriata aid alqı-satqı, əsasən də əlilliyin müəyyən edilməsi ilə bağlı sənədlər aid edilə bilər. Adı çəkilən sənədlərin verilməsi üzərindən uzun illər keçibsə və müasir dövrdə müxtəlif qurumlar tərəfindən həmin sənədlər qəbul olunmursa, bu hal ilə qarşılaşan insanlar nə etməlidir? Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov qeyd edib ki, doğum haqqında şəhadətnamə, nikaha kağızı, notoriata aid alqı-satqı və bu kimi sənədlərin bərpası mümkündür. turbo az mercedes “İtirilmiş və ya korlanmış sənədin kötüyü, yəni arxivdə saxlanılan akt qeydi mövcuddursa, sənədin təkrarını almaq mümkün olacaq. Bu problemlə qarşılaşan şəxslər şəxsiyyət vəsiqəsi ilə istənilən qeydiyyat şöbəsinə müraciət edə bilərlər”. Əlliliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin bərpası haqqında danışan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. “Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib edilən forma 88 (göndəriş) elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirildiyi üçün əlillik təyin edilmiş şəxsin məlumatları da birbaşa elektron reyestrə daxil edilir. Bu səbəbdən əlilliyi olan şəxslərin kağız daşıyıcıya və ya hər hansı təsdiqedici sənədə ehtiyacları yoxdur”. “Birinci Qarabağ müharibəsində, yəni 30 il əvvəl əlliliyi təyin edilən şəxslərin məlumatları da birbaşa reyestrə daxil edilib və əlliliyin dərəcəsi kimi məlumatlar sistemdə göstərilir” - deyə DTSERA-nın rəsmisi bildirib.
Avqustun 27-si səhər saatlarına olan məlumata görə, Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Ukrayna 2024. Müstəqillik” forumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib. Sırskinin sözlərinə görə, Ukrayna ordusu 1294 kvadrat kilometr Rusiya ərazisinə nəzarəti ələ keçirib. onlayn aptek O, iddia edir ki, hücumun bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin əsgərləri 594 rus əsgərini əsir götürüb. O, bu rəqəmə əvvəllər dəyişdirilmiş əsgərlərin daxil olub-olmadığını dəqiqləşdirməyib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin bəyan edib ki, Rusiya hərbi komandanlığı Ukraynanın irəliləyişini dayandırmaq üçün Kursk vilayətinə 30 minə yaxın əsgər göndərib. Sırskinin sözlərinə görə, Ukrayna ordusu düşmən qüvvələrinin Sumıya hücumunun qarşısını almaq üçün Rusiya ərazisinə daxil olub.
“Diqqətli olun. Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”. Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış texno-bloger Fərid Pərdəşünas bildirib: "Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən. Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın. Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib. Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər. Yenə "Telegram" yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az xəbər verir ki, Agentliyin “1 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Fərid Rüfət oğlu Fərhadzadə olub. DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 693 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 4 milyon 874 min 760 manat ödəniləcək. Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb. Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub. Məlumat üçün bildirək ki, Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir. Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.yenavaz.az)
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakı Dövlət Universitetinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublunun ölümündən üzlüdüyünü bəyan edərək, Azərbaycana başsağlığı verib. Sozcu.az-ın məlumatına görə, Cəmil Ünal bildirib: "Professor Nəsiman Yaqublunun faciəvi yol qəzasında dünyasını dəyişməsi Azərbaycanda olduğu kimi, Türkiyədəki dostları üçün də çox ağır və ağrılı xəbər oldu. Təxminən 35 ilə yaxın bir müddətdə Azərbaycan Kültür Dərnəyi ilə qurduğu münasibətlər çərçivəsində birliyimizin arxivlərindəki fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli dövrünü işıqlandırması onun həm millətinə hörmətindən, həm də bir alim kimi məsuliyyətindən irəli gəlirdi. Nəsiman Yaqublunun bu böyük nümunəvi işləri hər birimizə saysız-hesabsız xatirələr yaşadır. Məhəmməd Əmin Rəsulzadənin qurduğu dərnəyimiz Nəsiman Hocanın araşdırması üçün mühacirətdəki ilk və ən önəmli ünvan olsa da, şəxsən mənə olan böyük qardaş münasibəti həyatımdakı dostluqlar arasında çox xüsusi və dəyərli yer tuturdu. Bu baxımdan onun ölüm xəbəri məni və bütün dərnək üzvlərini sarsıtdı. Hələ gənc yaşlarından biliyi, zəhmətsevərliyi və tədqiqatçı bacarığı ilə Azərbaycanın sovetlər dönəmində diqqətdən kənarda qalan tarixi dövrünü işıqlandıran kitabları, ensiklopediyaları və bütün nəşrləri təbii ki, ən böyük xidmət olaraq gələcəyə daşıncaqdır. Azərbaycan mühüm alimi, idealist və vətənpərvərini itirdi. Əgər ömür vəfa etsəydi, daha çox layihələr həyata keçirərək xidmətlərini davam etdirərdi. Belə bir şəxsiyyəti, sevimli qardaşımızı və dostumuzu itirmək məni çox kədərləndirir, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Məkanın cənnət olsun Nəsiman qardaş...”. Qeyd edək ki, Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni şəxsən görən və onunla ünsiyyətdə olan həyatdakı yeganə şəxsdir.modern)
Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Sozcu.az xəbər verir ki, müsabiqə şərtlərini ödəyən 27 227 abituriyent tələbə adını qazana bilməyib Bu da təxminən ixtisas seçimində iştirak edən hər 3 abituriyentdən 1-nin müsabiqədən keçmədiyini göstərir. Boş qalan yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək elektron formada aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.