Psixoterapevtdən xəbərdarlıq: “Təxirəsalınmaz addımlar atılmasa...” Azərbaycanda ard-arda iki gün ərzində 3 məktəbli adam bıçaqlayıb. Oktyabrın 2-də Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan hər iki mübahisə bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb. Sözügedən olayların üstündən bir gün keçmədən səhər saatlarında Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib. Bu gün isə Bakıda daha bir məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb. Bu hadisələr onu göstərir ki, ölkəmizdə kriminalın yaşı getdikcə aşağı düşür və ən acınacaqlısı odur ki, məktəblilərin belə hadisələrdə iştirakı artır. Məktəblilər arasında bu cür aqressivləşmənin səbəbi nədir? Uşaqların kriminal aləmin elementinə çevrilməsində günahkar kimdir? Tanınmış klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Cinayət insan düşüncəsinin dəyərsizliyidir. Cinayətə heç bir halda haqq qazandırmaq olmaz. Cinayəti nümunə göstərmək və təbliğ etmək qadağan edilməlidir. Şagirdlərin məktəblərdə cinayət törətməklərinin səbəblərini axtarası olsaq, hər kəsin payı olduğunu ifadə etməyə cəsarət etməliyik. Həyəcan təbili çalınmalıdır və risklərin minimuma endirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Statistik olaraq bir cinayət belə çoxdur. Aidiyyəti qurumlar şagirdlərin cinayətləri ilə bağlı birlikdə preventiv və profilaktik fəaliyyətləri genişləndirməlidirlər. Məktəb şəxsiyyət yetişdirməlidir. Məktəblərdə sağlam psixoloji mühitin formalaşmasını hüquqi düşüncə tənzimləyir. Ailədə valideynlər arasında davamlı münaqişələrin olması, uşaqların başqaları ilə müqayisəsi və şiddət kimi davranışlar uşaqlarda cinayət düşüncələri yaradır. Ailədə tərbiyə nümunə yaratmalıdır. Qadağalar uşaqları tərbiyə etmir, cinayətə təhrik edir. Uşaqlara tərbiyə üsulunda izahlara ehtiyac var. Məhrumiyyətlər əvəzlənməlidir ki, məhdudiyyətlər yarana bilsin. Ailədə sağlam mühit üçün valideynlərin nitq və davranışları sağlam olmalıdır. Ailənin yaratdığı stereotiplər uşaqlarda davranış pozuntularını aşkarlayır. Valideynlərin evdə davranışları uşaqların çöldə xarakterini göstərir. Ailədə və məktəbdə uşaqlara fərdi yanaşılmalıdır. Uşaqlara yaşlarına uyğun şəxsiyyət kimi yanaşılmalıdır”. Psixoterapevt onu da əlavə edib ki, insanın düşüncə və davranışlarını formalaşmasında, insan psixologiyasının sağlam inkişafında mühit əsas amildir: “Uşaqların iştirakçı olduğu ünvanlarda sağlam mühitin formalaşmasına dəstək olmaq lazımdır. Cinayət düşüncələrinin təsir imkanlarını azaltmaq üçün maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Məktəblərdə uşaqlara hüquqi və psixoloji biliklər verilməlidir. Hüquqi düşüncə formalaşdırmaq lazımdır. Əks halda kriminal hər zaman uşaqların diqqətini çəkəcək. Cinayət anlayışı insan düşüncəsində həyəcan yaradır. Sonra həyəcan peşmançılıqla əvəzlənir. Uşaqları kriminal təfəkkürdən uzaq tutmaq üçün nizam-intizama diqqət edilməlidir. Valideynlər və məktəb arasında sağlam körpü olmalıdır. Məktəbdə rüblük və illik psixoloji iqlimin diaqnostikası aparılmalıdır. Uşaqlara tək olmadığını və başqaları ilə yaşamalı olduğu izah edilməlidir. Uşaqlara nifrət yox, sevgi verilməlidir, sevgi öyrədilməlidir”.
Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin özü məlumat yayıb. Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. vakansiya 2023 2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.
Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar: “Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilmişdir. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir”.
“Həkimlər mənə onunla 1 dəqiqə görüşməyə icazə verdilər. Çünki reanimasiyadadır. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb". Sozcu.az xəbər verir ki, bunu Fransada bıçaqlandığı xəbəri yayılan Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli i Qənimət Zahidin verilişində bildirib. O bildirib ki, hücim edən şəxs bıçaqla qardaşına alın nahiyəsindən zərbələr endirib: "Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Qardaşım hücum edən şəxsi itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Ona görə də kim olduqları bilinmir”.
İranlı casus İsrailə öldürülən “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahın Beyrutun cənub ətraflarında olması barədə məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Livanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. “İsraillilər mümkün olan hər şeyi etdilər, hədəflərini qaçırmaq istəmədilər”, - qəzet mənbəyə istinadən yazıb. Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələrinin Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində Həsən Nəsrullah öldürülüb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb. Sozcu.az “qafqazinfo”ya istinadən xəbər verir ki, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir. Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır. vakansiyalar Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.
Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib. Sozcu.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan Ermənistanda mediaya açıqlamasında deyib. “Hazırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, - deyə o bildirib. Qeyd edək ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.
"İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb…” Bu barədə uşaqların anası Rəmziyyə Cəfərova müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşı Daşdəmir Cəfərov hərbçidir və 17 ildir Vətənə xidmət göstərir. Hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir. socar vakansiya Ailədə yeganə işləyən şəxs o olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir: "Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıtda kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır”. R. Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil. Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür: "Uşaqlar hər dəfə sual verirlər ki, "ana, biz nə vaxt sağalacağıq?” Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları yalnız Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var. Bizim isə ona gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”. Ailəyə yardım etmək üçün bu nömrə vasitəsilə əlaqə saxlamaq olar: (050) 203-08-85 Kart hesabı: 5411 2498 1342 5696
44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq. Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq: Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir. Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür. Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur. 2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı. Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır. Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı.... 26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir. Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı... Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur. Xatırlatma: 2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı. Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur... 27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır. 29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu. 9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır. Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur. Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi. Allah rəhmət eləsin! İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM! Subut Mehdiyev “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov iştirak etməyib. vakansiya Hakim bildirib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə sualları yarandığını deyiblər. Buna görə də məhkəmə onun prosesə təkrar çağırılması barədə vəsatəti təmin edib. Hakim deyib ki, Rafail Xələfovun vəkili ilə əlaqə saxlayıblar, vəkil də səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir. Hakim bildirib ki, məhkəməyə təqdim olunan həkim arayışında Rafail Xələfovun COVID-19-a yoluxduğu məlum olub. Həmin arayışda göstərilir ki, Rafai Xələfov sentyabrın 17-də koronavirusa görə test verib və testin nəticəsi pozitiv çıxıb. Hakim deyib ki, Rafail Xələfovun iştirakı növbəti iclasda təmin ediləcək. Daha sonra təqsirləndirilən Bayram Bayramovun vəkilinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti müzakirə edilib. Həmin vəsatətdə Bayram Bayramovun çalışdığı hərbi hissədə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyiblər. Hakimlər vəsatəti təmin ediblər. Qərar icra olunması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək. Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib. Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb: "2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min 109 manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Vəkil ekspertizasının keçirilməsində Cəlal Kazımovun özünün də iştirak etməsini istəyib. Məhkəmə vəsatəti qismən təmin edib. Qərarda göstərilib ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib. Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib. Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsinin müəyyən edilməsi ilə bağlı sualları var. Vəkil həmçinin bildirib ki, Rəşad Məlikzadə ilə Rəfail Xələfovun arasında ziddiyyətlər var, bu ziddiyyətlərin araşdırılması üçün suallar yarana bilər. Məhkəmə bu vəsatəti təmin etməyib. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Növbəti proses sentyabrın 27-də davam edəcək.
“Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik. Hələ də əksəriyyətimizin bu arzusu həyata keçməyib. Çünki bu günə kimi işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunan məcburi köçkünlərin sayı 10 min nəfərə çatmayıb. Yüz minlərlə insan hələ də doğma yurda qovuşmaq həsrəti ilə yaşayır”. Bu sözləri "Sherg.az"a açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist işğaldan azad olunmuş ərazilərdə yaşayan keçmiş məcburi köçkünlərə dövlət tərəfindən verilmiş evlərlə bağlı yaranmış ajiotajdan narahat olduğunu bildirib. Seymur Verdizadə söyləyib ki, bu cür hallar kütləvi deyil: vakansiyalar “Ola bilsin ki, 3-4 nəfər məcburiyyət qarşısında qalaraq evini kənar şəxslərə kirayə verib. Həmin adamlar bu addımı niyə atıb? Bunu araşdırmaq lazımdır. Kim doğma evini kirayə verib özgəsinin evində kirayə qalar?! Bəlkə də, həmin adamların məşğulluğu təmin olunmayıb. Bəlkə də onlar ehtiyac üzündən bu addımı atıblar. Buna görə də, işğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin məşğulluq səviyyəsi yüksəldilməlidir. Qarabağa köçürülən hər bir məcburi köçkün işlə təmin olunmalıdır. Sosial problemlər həll olunsa, heç bir məcburi köçkün evini başqa adamlara kirayə verməz". Jurnalist təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni kəndlər, qəsəbələr, şəhərlər inşa olunarkən, mütləq orada yaşayacaq əhalinin rəyi nəzərə alınmalı, bu məsələdə ictimai nəzarət təmin olunmalıdır: "Niyə yaşayacağımız evlərin təməli qoyulanda, divarı hörüləndə, damı vurulanda biz bunu müşahidə etməməliyik. Axı orada ev tikən, yol çəkən inşaatçılar deyil, biz yaşayacağıq. Həmin adamların deyil, bizim zövqümüz əsas götürülməlidir”. Seymur Verdizadə qeyd edib ki, onun və ailə üzvlərinin ən böyük arzusu doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndinə getmək, ata yurdunun çırağını yandırmaqdır: “Əsassız söz-söhbətlərlə insanları ruhdan salmaq lazım deyil. Biz elliklə Qarabağa qayıdıb, ermənilərin viran qoyduğu torpaqları birlikdə cənnətə çevirəcəyik”. Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdan məcburi köçkünlərin evlərini kirayə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Komitə məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur. “Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil”, - qeyd olunub.
“Rusiyanın Ermənistana “smerç” və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu, Kremlin İrəvana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır. Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsində məqsəd Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmaqdır”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşır: “Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma Kreml durmadan bu ölkəyə yardımlar edir. Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması İrəvanın sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun”.konkret}