“Rusiyanın Ermənistana “smerç” və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu, Kremlin İrəvana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır. Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsində məqsəd Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmaqdır”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşır: “Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma Kreml durmadan bu ölkəyə yardımlar edir. Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması İrəvanın sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun”.konkret}
“Rusiyanın tərifli hipersonik raketləri, hansısa əlçatmaz kontinental raketləri və s. haqqında nağıllar son nəticədə onunla yekunlaşır ki, bütün bu texnologiyalar üzərində işləyən 12 rusiyalı alim “FSB” tərəfindən dövlətə xəyanətdə ittiham olunaraq həbs edilir, uzunmüddətli mühakimə olunur və onlardan 3-ü də həyatını həbsxanada başa vurur. Bu, Rusiyanın uğurlarının hansı səviyyədə olmasının bir əlamətidir..." “Ukraynaya ABŞ və Böyük Britaniya silahlarının Rusiyanın ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verilməməsi, rəsmi Vaşinqtonun bu məsələdə müəyyən mənada ehtiyatlı mövqe tutması, hesab edirəm ki, heç də Putinin nüvə hədələrindən irəli gəlmir. Putin administrasiyası öz təcavüzkar siyasəti ucbatından Ukraynada düşdüyü vəziyyətdən çıxmaq üçün gah artıq dəfələrlə keçilmiş, heç kəsin əhəmiyyət vermədiyi, məsxərə predmetinə çevrilmiş çoxsaylı “qırmızı xətlər” çəkir, gah da Qərbə, ABŞ-yə nüvə təhdidləri edir. Hətta bu günlərdə Rusiyanın baş diplomatı Sergey Lavrov da özü də istəmədən etiraf etdi ki, artıq “qırmızı xətlər” məsələsi xaricdə məsxərə kimi qəbul olunur”. Bu fikirləri Moderator.az-a açıqlamasında “ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında aparılan danışıqlardan sonra da Birləşmiş Ştatlar öz silahları ilə Rusiya ərazisini vurmağa icazə vermədi. Bəziləri bunu Qərbin Putinin nüvə zərbəsi hədələrindən qorxması kimi dəyərləndirir. Siz necə düşünürsüz?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Bilirsiz, Rusiya hökuməti çətin vəziyyətə düşübdür. II Cahan savaşından bəri ilk dəfədir ki, Rusiya ərazisinə xarici dövlət müdaxilə edir. Və bu da Rusiyanın Ukraynadakı işğalçı siyasətinə olan cavabdır. Mən Ukrayna ordusunun Kursk vilayətinin müəyyən ərazisini nəzarətə götürməsindən bəhs edirəm... Bir sözlə, mənə elə gəlir ki, Ukraynaya dediyimiz məsələdə icazə verilməməsinin arxasında başqa səbəblər dayanır. Düşünmürəm ki, ABŞ Putinin nüvə təhdidlərindən çəkinir. Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, bunu artıq bütün dünya gördü, - nüvə arsenalı da elə həmin durumdadır. Nəzərə alsaq ki, son 30-35 ildə o sahədə, ümumiyyətlə, heç bir inkişaf olmayıbdı. Və təsəvvür edin, Rusiyanın tərifli hipersonik raketləri, hansısa əlçatmaz kontinental raketləri və s. haqqında nağıllar son nəticədə onunla yekunlaşır ki, bütün bu texnologiyalar üzərində işləyən 12 rusiyalı alim “FSB” tərəfindən dövlətə xəyanətdə ittiham olunaraq həbs edilir, uzunmüddətli mühakimə olunur və onlardan 3-ü də həyatını həbsxanada başa vurur. Bu, Rusiyanın uğurlarının hansı səviyyədə olmasının bir əlamətidir. Odur ki, bir daha deyirəm, Qərbin Putinin nüvə hədələrindən qorxmasından danışmağa dəyməz. Sadəcə olaraq Rusiyanı daha da aqressivləşdirmək, onun müharibə coğrafiyasını genişləndirmək istəmirlər. Və Kreml elə bir vəziyyətdədir ki, o bu gün istənilən düşünülməmiş addım ata bilər. Qərbdə isə gözəl anlayırlar ki, bu, güclərin səpələnməsi demək olar, bu, dünyanın daha böyük ərazilərinin münaqişə bölgəsinə çevrilməsi demək olar. Ona görə də Vaşinqton bu məsələdə ehtiyatlı davranır. Amma hər bir halda bunun nüvə təhdidi ilə bağlı olduğunu düşünmürəm”, -deyə davamında analitik vurğulayıb.
Ermənistan və Azərbaycan sülh müqaviləsi mətninin təqribən 80 faizini razılaşdıra biliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib. “Biz Azərbaycanı yaxın vaxtlarda sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və müzakirələri davam etdirməyə dəvət etdik”. Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var. “Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaq”, - Nikol Paşinyan deyib.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov verdiyi bir neçə vəsatət təmin edilməyib. Vəkil deyib ki, Cəlal Kazımovun üzərinə həbs qoyulduğu bir əmlakı satılıb və əldə edilən 110 min manat pul dövlət hesabına köçürülüb. Vəkil bununla bağlı sənədin iş materiallarına əlavə edilməsini xahiş edib. Vəsatət qismən təmin edilib. Vüsal Əlizadənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin çalışdığı “N” saylı hərbi hissədə təftişçilər tərəfindən yoxlama aparılarkən çatışmazlıqlar aşkar edildiyini bildirib. “Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, - vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib. Proses zamanı müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də məhkəməyə bir neçə vəsatət təqdim edib. Onun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin nə yerdə olduğunu bilmək üçün istintaq orqanına sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin edilib. Həmçinin məhkəmə vəkilin daha bir vəsatətini təmin edib. O, həmin vəsatətdə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov cinayət işi üzrə hadisələrin mərkəzində olan şəxslərdəndir. “Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirimişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, - vəkil deyib. Dövlət ittihamçısı da sözügedən şəxsə yeni suallar olduğu halda vəsatətin təmin olunmasına etirazının olmadığını bildirib. Vəsatət təmin edilib. Belə ki, növbəti prosesdə R.Xələfov yenidən dindiriləcək. Nizami Məmmədovun başqa bir vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib. “O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, - müdafiəçi bildirib. Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cəsur polkovnik Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirib. Hərbi-texniki aviasiya sahəsində mükəmməl təhsil almış C.Rüstəmov 35 il Şəmkir Aerodromunda xidmət göstərib. 1991-ci ildə rayonlarda Özünümüdafiə batalyonları yaradılanda Şəmkirdə yaradılmış belə batalyonun rəhbərliyinə Cahangir Rüstəmov gətirilmişdi. Digər rayonlarda bu vəzifəyə hərbi komissarlar təyin olunsada Şəmkirdə fərqli olaraq bu vəzifəyə yüksək hərbi rəhbərlik qabiliyyəti olan Cahangir Rüstəmov təyin olunmuşdu. Qısa müddətdə ətrafına peşəkar və məsuliyyətli hərbi kadrları toplamış Polkovnik Rüstəmov ilk andaca rəhbərlik etdiyi Özünümüdafiə Alayının strukturunu möhkəmləndirməyə, silah ehtiyatını genişləndirməyə hədəflənmişdi. Polkovnikin ilk cəsur və məsuliyyətli silahdaşları arasında Qalib Hüseynov , Azər Cəfərov , Əliyar Novruzov və digərləri yer almışdı. Sonra hərbi kadrların sırasına peşəkar hərbiçilər Bakı Ali Hərbi Ümumqoşun komandirlər məktəbini 1986-cı ildə bitirərək təyinatla Prikarpatskiy hərbi dairəsi 24-cü motoatıcı diviziyanın 310-cu motoatıcı alayında xidmət keçmiş Dilqəm Əliev və İlham Əliyev qardaşları qoşulmuşdu. Onların Alaya gəlişi ilə Alayın döyüş qabiliyyəti artmış və strukturunun möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli məcraya yönəlmişdir. Sonrakı dönəmdə 861 saylı Alayın tərkibində Əfqanıstan döyüş məktəbinin iki önəmli siması yer almışdı. Bunlardan biri Əfqanıstan-Sovet müharibəsində iştirak etmiş, “İntihar batalyonu” adlandırılan kəşfiyyat dağ batalyonunun komandiri, "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, sonralar Gədəbəydə hərbi komissar işləmiş, Gədəbəy batalyonunun komandiri, 861saylı alayın tərkibində olan 1-ci batalyonun komandiri Vyaçeslav Malbaxov və Donetsk Ali Hərbi-Siyasi Məktəbinin yetirməsi, Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni ilə mükafatlandırılmış, Pribaltika Hərbi Dairəsində qulluq keçmiş Rizvan Pirnəzərov idi. Birinci hissə Müəllif: Ceyhun Nəbi
Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər. Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib. “Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır”, - deyə qeyd edib. socar vakansiya Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır: “Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər”. Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır: "Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər". Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib. Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda internat müəssisələrində valideynlərini itirmiş (yetim) və valideyn himayəsindən məhrum olan 1459 uşaq təlim-tərbiyə alıb. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstrir ki, son bir ildə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 7% və ya 96 uşaq artıb. Bu, həm də son 15 ildə qeydə alınan ən yükəsk göstərici olub. Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 933-ü körpələr və uşaq evlərində, 414-ü ümumtəhsil internat məktəblərində, 31-i sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 81-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində təlim-tərbiyə görüb. Azərbaycan müstəqillik əldə etdikdən – 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3 min 456 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaq təlim-tərbiyə alıb. Sonrakı illərdə yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı azalmağa başlasa da, son illər yenidən artmağa başlayıb. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı ən aşağı səviyyəyə 2016-cı ildə düşüb. Həmin il internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 602 nəfər olub. Son 10 ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı aşağıdakı kimi olub: 2014-cü il – 685 uşaq 2015-ci il – 611 uşaq 2016-cı il – 602 uşaq 2017-ci il – 639 uşaq 2018-ci il – 737 uşaq 2019-cu il – 862 uşaq 2020-ci il – 849 uşaq 2021-ci il – 771 uşaq 2022-ci il – 737 uşaq 2023-cü il – 1 363 uşaq 2024-cü il – 1 459 uşaq
“İndiki hakim komanda hakimiyyətdə olmasaydı, Qarabağ erməniləri hələ də öz torpaqlarında yaşayacaqdı”. Bu barədə Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan danışıb. “Mən Qarabağ ermənilərinin indi hansı vəziyyətdə olacağını deyə bilmərəm. Lakin Ermənistanda fərqli bir hökumət olsaydı, onlar mütləq öz evlərində yaşayacaqdılar. Hazırkı vəziyyət indiki hökumətin can atdığı şeydir və buna nail oldu”, - deyə Manukyan yerli “İcmal” proqramında bildirib. O, hazırkı hakim komandanın müəyyən dairələrdə “Ermənistan dövlətinin İsveçrə və ya Lixtenşteyn kimi sabit regionda yaşaya biləcəyi” ideyasını axmaqlıq adlandırıb. “Bu, tamamilə axmaq və qeyri-real fikirdir. Amma onlar (hakim elita) bunu əsas götürdülər. Onlar hesab edirlər ki, Qarabağ problemi olmasa, ermənilərin “çoxəsrlik” istəkləri (məsələn, başqalarının torpaqlarına göz dikməsi kimi - red.) bir kənara qoyulsa, “Ağrı bizim dağımız deyil” desələr, Ermənistan çiçəklənməyə başlayacaq. Bu axmaq ideya təkcə Nikolun beynində kök salmayıb, o, bunu təbliğ etmək və yaymaq üçün hər şey edir”, - deyə revanşist Manukyan bildirib. Onun sözlərinə görə, əgər 2018-ci ildə hakimiyyət dəyişikliyinə qədər Ermənistanda kiməsə desəydilər ki, indiki hakimiyyətin sadiq qaldığı ideologiyaya malik adamlar hakimiyyətə gələ bilər, çoxları buna inanmazdı. “Türkiyə, Azərbaycan və Rusiyanın diktəsini qəbul etməklə heç nə əldə etməyəcəyik. Nə sülh, nə də iqtisadi inkişaf olacaq. İnsanlar xoşbəxt həyat üçün tamamilə boş yerə ümid edirlər, çünki problemi unutmaqla buna nail olmaq mümkün deyil. Mövcud problemlərin real həlli olmadan heç bir dövlət uğur qazana bilməyib. Bizim üçün Qarabağ təkcə milli məsələ deyil, həm də problem, vəzifə idi. Bir vəzifənin olması və onun həlli ilə ermənilər güclənir”, - Manukyan bu sözlərlə əsl erməni xislətini ortaya qoyub.(musavat.com)
Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-nin yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər. Deyilənlər nə dərəcədə real görünür? MM-in yeni tərkib uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir. O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib: “Düzdür, ünvanlı sosial yardımlar verilir. Amma bu yardımlar birbaşa lazımı ünvana çatmır. Yolda müəyyən “problemlər” yaranır, bu işi dolayı yollarla başqası üçün “həll edirlər” və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də, bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir”. Sabiq deputatın fikrincə, uşaqpulu birbaşa uşaq olduğu ailəyə çatacaq: “Məsələn, kimin neçə uşağı varsa, ona uyğun da pul alacaq. Bu, çox vacib məsələdir. Həm uşaqların normal təhsil ala bilməsi, həm məktəb ləvazimatları üçün uşaqpulunun verilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, yeni və köhnə deputatlar bu məsələlərə toxunacaq”. Sabiq deputat deyib ki, uşaqlara veriləcək məbləği hesablamaq lazımdır: “Bir uşaq üçün 100 manat da ola bilər, 150-də. Heç olmasa bir uşağın normal təhsili, məktəb ləvazimatı üçün nə qədər vəsait lazımdır, onu hesablasınlar və ona uyğun uşaqpulu təyin etsinlər. Həm də dövlətin imkanına baxılmalıdır ki, büdcədə nə qədər pul var. Uşaqpulu çox vacibdir və ən asası bu məsələdə ünvanlı yardım söhbəti yoxdur. Çünki uşaq olan ailəyə pul çatır, ünvanlı sosial yardımlar kimi yolda da heç bir itkiyə getmir”.
81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşı təhqir edib. Sozcu.az xəbər verir ki, deputatlığa namizəd feysbuk hesabında paylaşdığı videonun şərh bölümünə yazılmış rəyə təhqiramiz formada cavab verib. Belə ki, bir istifadəçi “sizin 5 il ərzində İmişli camaatına xeyriniz dəyməyib, işiniz ancaq hökuməti tərifləmək olub” rəyi Razi Nurullayevi özündən çıxarıb: “Çünki sən korsan. Uğursuz və başqalarının etdiyinə həsəd aparan nankor adamsan. Qəribətdir ki, ASAN Xidmətdə işləyə bilirsən. Bu da ölkəmizin qəribəliyidir. Bu yaşında içində nifrət var. Bir az böyü, niftər dağarcığı. Yaxşı tərbiyə almamısan”. Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.konkret)
Keçmiş SSR-i dövründə və müstəqilliyin ilk illərində verilən bəzi sənədlərdən istifadə mümkün olmur. Buna müəyyən səbəblər maneə yaradır - sənədin itməsi, yazılırın oxunmaması, müəyyən hissələrin doldurulmaması və s. Bura doğum haqqında şəhadətnamə, nikahla bağlı sənədlər, notoriata aid alqı-satqı, əsasən də əlilliyin müəyyən edilməsi ilə bağlı sənədlər aid edilə bilər. Adı çəkilən sənədlərin verilməsi üzərindən uzun illər keçibsə və müasir dövrdə müxtəlif qurumlar tərəfindən həmin sənədlər qəbul olunmursa, bu hal ilə qarşılaşan insanlar nə etməlidir? Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov qeyd edib ki, doğum haqqında şəhadətnamə, nikaha kağızı, notoriata aid alqı-satqı və bu kimi sənədlərin bərpası mümkündür. turbo az mercedes “İtirilmiş və ya korlanmış sənədin kötüyü, yəni arxivdə saxlanılan akt qeydi mövcuddursa, sənədin təkrarını almaq mümkün olacaq. Bu problemlə qarşılaşan şəxslər şəxsiyyət vəsiqəsi ilə istənilən qeydiyyat şöbəsinə müraciət edə bilərlər”. Əlliliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin bərpası haqqında danışan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. “Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib edilən forma 88 (göndəriş) elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirildiyi üçün əlillik təyin edilmiş şəxsin məlumatları da birbaşa elektron reyestrə daxil edilir. Bu səbəbdən əlilliyi olan şəxslərin kağız daşıyıcıya və ya hər hansı təsdiqedici sənədə ehtiyacları yoxdur”. “Birinci Qarabağ müharibəsində, yəni 30 il əvvəl əlliliyi təyin edilən şəxslərin məlumatları da birbaşa reyestrə daxil edilib və əlliliyin dərəcəsi kimi məlumatlar sistemdə göstərilir” - deyə DTSERA-nın rəsmisi bildirib.
Avqustun 27-si səhər saatlarına olan məlumata görə, Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Ukrayna 2024. Müstəqillik” forumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib. Sırskinin sözlərinə görə, Ukrayna ordusu 1294 kvadrat kilometr Rusiya ərazisinə nəzarəti ələ keçirib. onlayn aptek O, iddia edir ki, hücumun bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin əsgərləri 594 rus əsgərini əsir götürüb. O, bu rəqəmə əvvəllər dəyişdirilmiş əsgərlərin daxil olub-olmadığını dəqiqləşdirməyib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin bəyan edib ki, Rusiya hərbi komandanlığı Ukraynanın irəliləyişini dayandırmaq üçün Kursk vilayətinə 30 minə yaxın əsgər göndərib. Sırskinin sözlərinə görə, Ukrayna ordusu düşmən qüvvələrinin Sumıya hücumunun qarşısını almaq üçün Rusiya ərazisinə daxil olub.