Arif Hacılı: "Yeni tarixi dövr başlayır"

Separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz quruluşun – “Dağlıq Qarabağ Respublikasının (Arsax)” mövcudluğuna son qoyulması barədə fərman imzalayıb. Bu rejimin bütün “dövlət qurumları” və “təşkilatları” 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq. Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib. Müsavat başqanı Arif Hacılı bu qərarı “Böyük tarixi hadisə” kimi qiymətləndirib. “Azərbaycanda və ümumiyyətlə regionda yeni tarixi dövr başlayır. Bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı vurğulayıb. Basta 

DTX Vardanyanla bağlı məlumat yaydı - Video

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir. Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vardanyandan sonra onlar da tutulmalıdır – Erməni politoloq

“Ruben Vardanyan başına gələn və yaşayacağı hər şeyə layiqdir”. Sozcu.az xəbər verir ki, bu sözləri erməni politoloq Ayk Martirosyan deyib. “Bu gün Ruben bütün erməni satqınlarına dərs olur. Antiermənilər Rusiyaya xidmət etməklə hər şeyə nail olurlar, amma sonra yararsız vəziyyətdə zibilliyə atılırlar, hər şeylərini itirirlər. Ruben birinci olsa da, sonuncu deyil! Qoy Qarabağın keçmiş “liderlərinin”, din xadimlərinin və Ermənistanı məhvə sürükləyən hər kəsin başına eynisi, hətta daha artığı gəlsin”, – erməni politoloq deyib.

"Separatçıların keçmiş lideri Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün müzakirələr gedir" - Babayandan ŞOK AÇIQLAMA

"Separatçıların keçmiş lideri Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün müzakirələr gedir".  Sozcu.az xəbər verir ki, bu iddianı Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan səsləndirib.  O qeyd edib ki, Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün Rusiya ilə Azərbaycan arasında danışıqlar aparılır. Seperatçı iddia edir ki, Rusiya öz agenti olan Ruben Vardanyanın Qarabağdan çıxarılmasına görə Azərbaycana xahişlə müraciət edib.

“Ermənilərin xeyli hissəsi Qarabağda qalıb yaşayacaq...- Bunda Rusiya da maraqlıdır...”

“Elə son 30 ildən çox vaxtda torpaqlarımızı işğal altında saxladıqları, 1 milyondan çox insanımızı qaçqın saldıqları halda 30 minə yaxın erməni Bakıda, Gəncədə və s. yaşamadı?..” “Lakin bu dəfə biz ayıq olmalı, onlarla yanaşı yaşasaq da, gələcək üçün ehtiyatı əldən verməməli, onların qadın, qız alverinə uymamalıyıq ki, gələcəkdə fürsət düşən kimi yenidən dirçəlib başımıza yeni problemlər açmasınlar...” “Hesab edirəm ki, son əməliyyatlarımızdan sonra 10 mindən çox erməni ərazimizi tərk edib Ermənistana getsə də, onların xeyli hissəsi Qarabağda qalıb yaşayacaq. Hələ bəlkə Ermənistana köçənlərin bir hissəsi də bir müddət sonra, yəni vəziyyət stabilləşdikdən və digərlərinin Azərbaycan vətəndaşı kimi rahat, dinc yaşadıqlarını gördükdən sonra geri -Qarabağa dönəcəklər. İkincisi də həm öncəki söhbətimizdə sadaladığımız öz milli, etnopsixoloji xüsusiyətlərinə görə, həm də bizim unutqanlığımızı yaxşı bildiklərinə görə... Eyni zamanda onu da qeyd etməliyik ki, ermənilərin Azərbaycan torpağında mümkün qədər çox yaşamasında öz “sülhməramlı”larını uzun müddət Qarabağda saxlamağı düşünən Rusiya da çox maraqlıdır. Və sərfəli məqam yetişəndə ermənilərin geri dönməsinə şərait yaradacaqlar.”   Sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından hayların etnopsixoloji xarakterinə yaxşı bələd olan müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov bu fikirləri Moderator.az əməkdaşının "Sizcə, Azərbaycan ordusunun son antiterror əməliyyatlarından sonra Qarabağdakı ermənilərdən xeylisi Azərbaycanın qanunlarına tabe olub, vətəndaşlığımızı qəbul edib orada yaşayacaqmı?” sualını cavablandırarkən söyləyib. “Bəli ermənilər yaxşı bilirlər ki, biz unutqan xalqıq... Hayların yenə də Rusiyanın dəstəyi ilə 1918-ci ilin 31 martından sentyabrınadək bizə qarşı törətdikləri dəhşətli soyqırımlarından sonra necə yaşadıq onlarla birgə, necə qardaşlaşdıq, kirvələşdik, Şaumyana heykəl qoyduq, nəhayət, erməni qızlarıyla evləndik, qohumlaşdıq? Onların ən güclü silahlarından biri məhz qızları, qadınları olub. Çünki bu haylarda bizdəki kimi, qeyrət, namus kateqoriyaları yoxdur... Elə son 30 ildən çox vaxtda torpaqlarımızı işğal altında saxladıqları, 1 milyondan çox insanımızı qaçqın saldıqları halda 30 minə yaxın erməni Bakıda, Gəncədə və s. yaşamadı?”- deyə davamında polkvnik sual edib. “Ermənilər əmindirlər ki, indi də 5-10 il keçəndən sonra biz bu müharibələri, qətliamları unudacağıq. Və məhz ən çoxu bu xasiyyətimizə arxayın olub Qarabağda qalacaqlar.  Lakin bu dəfə biz ayıq olmalı, onlarla yanaşı yaşasaq da, gələcək üçün ehtiyatı əldən verməməli, onların qadın, qız alverinə uymamalıyıq ki, gələcəkdə fürsət düşən kimi yenidən dirçəlib başımıza yeni problemlər açmasınlar. Bunun üçün vətəndaşlığımızı qəbul etmiş ermənilərə qarşı dözümlülük göstərib, eyni zamanda bizimlə əvvəlki kimi sıx qaynayıb-qarışmalarına imkan vermədən, onların, sadəcə Azərbaycan Konstitusiyasına, qanunlarına uyğun dinc, yanaşı yaşamaları üçün şərait yaratmalıyıq”,- deyə sabiq nazir müavini vurğulayıb.

Separatçıbaşı Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndiyə girişi təxirə salmağı xahiş edib

Yevlaxda keçirilən görüşdən sonra separatçıbaşı Samvel Şahramanyanın Qarabağdakı qondarma rejiminin üzvləri Azərbaycan nümayəndələri ilə fəal təmasdadırlar. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, görüş zamanı azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birinə təkid ediblər: Qarabağın “hakimiyyəti” “dövlət strukturlarının və qurumlarının” ləğvini elan etməli, Xankəndidəki bütün dövlət qurumlarının binalarında Azərbaycan bayrağı asılmalı, bundan sonra inteqrasiya başlamalıdır. Qeyd olunur ki, Şahramanyan Azərbaycanın mərkəzi hakimiyyətindən Xankəndiyə girişi təxirə salmağı xahiş edib: “Bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür. Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”.

“Rusiya Xankəndi və Xocalının tezliklə Azərbaycanın yurisdiksiyasına keçməsinə imkan verməyəcək...”

“Rusiya Xankəndi və Xocalının tezliklə Azərbaycanın yurisdiksiyasına keçməsinə imkan verməyəcək...” “Hesab edirəm ki, Rusiya, nə qədər ki, bölgədədir, Xankəndi və Xocalının tezliklə Azərbaycan dövlətinin birbaşa idarəçiliyinə, yurisdiksiyasına keçməsinə imkan verməyəcək”. Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Rusiyanın Yuxarı Qarabağın bir hissəsində faktiki hərbi mövcudluğu şəraitində Xankəndi, Xocalı, Ağdərə və s. məntəqələrimizi tezliklə rəsmi Bakının yurisdiksiyasına qaytara biləcəyikmi? Sualını cavablandırarkən dilə gətirib. Analitik müəyyən səbəblərdən bu məsələdə də optimist ola bilmədiyini bildirib. “Yalnız iki halda Azərbaycan bu iki şəhərimizin tezliklə öz yurisdiksiyasına qaytarılmasına nail ola bilər: 1. Rusiyanın tam zəifləyib Cənubi Qafqazdan əlini üzəcəyi halda; 2. Azərbaycanın Rusiyaya keçmiş Dağlıq Qarabağ ərazisində rəsmən öz hərbi bazasını qurmağa icazə verəcəyi halda...  Məhz Xankəndi və Xocalı Rusiya üçün çox önəmlidir. Elə əslində Ağdərənin özünün də strateji əhəmiyyəti vacibdir. Biz Aprel döyüşlərində də, 44 günlük savaşda da gördük ki, Ağdərə istiqamətində hücum edilməsinə baxmayaraq  Azərbaycan ordusunun sonadək irəliləməsinə imkan verilmir. Düzdür, artıq ordumuzun Ağdərə şəhərinin girişinə bayraq sancmasını əks etdirən videolar yayılmaqdadır. Lakin bu şəhərin birbaşa dövlətimizin idarəçiliyinə keçəcəyi məsələsi hələ sual altındadır. Çünki Ağdərə bir növ Xankəndi və Xocalını şimal hissədən bağlayan forpostdur. Buna görə də bu məsələdə də mən optimist ola bilmirəm”,- deyə ekspert vurğulayıb.

"Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti növbəti beşillik müddətlərədək uzadıla bilər" - Lavrov

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nə qədər sayda və hansı müddətdə qalması yerdə, ərazidə həll ediləcək məsələdir..." "Bizim sülhməramlıların rolu xüsusilə ilk vaxtlar qarabağlıların özlərini təhlükəsiz hiss etmələri üçün çox vacibdir..." "Ermənistanın özü Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb, amma utanmadan Qarabağı Bakıya Putinin verdiyini bəyan edir..." Rusiya "sülhməramlıları" Dağlıq Qarabağda dinc həyatın nizama salınmasına kömək edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi diskusiyalarda çıxış edərkən bəyan edib. Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nə qədər sayda və hansı müddətdə qalacağı "yerdə, ərazidə həll ediləcək məsələdir", - nazir qeyd edib. "Bizim sülhməramlılar hazırda Qarabağ nümayəndələri ilə Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir. Bizim sülhməramlılar orada iştirak edərkən buna istinad edir ki, etimadın möhkəmləndirilməsində, qarabağlıların xüsusilə ilk vaxtlar özlərini təhlükəsiz hiss etmələri üçün onların rolu vacibdir", - bu barədə Lavrov sessiyanın yekunlarına dair mətbuat konfransında bəyan edib. Rusiya sülhməramlılarının hansı sayda və hansı müddətdə Dağlıq Qarabağda qalması "yerdə, ərazidə həll ediləcək məsələdir", - Lavrov qeyd edib. Rusiya sülhməramlıları Dağlıq Qarabağda 2020-ci ilin noyabrında Rusiya, Ermənistan və Azərbaycan liderlərinin atəşin dayandırılması haqqında imzaladıqları Bəyanat əsasında oradadır. Onların qalma müddəti Bəyanatın imzalandığı zamandan beş illiyə, yəni 2025-ci ilədək nəzərdə tutulub, bundan sonra tərəflərdən biri sülhməramlıların işinin dayandırılması barədə bəyanat vermədiyi halda avtomatik olaraq yeni beşillik müddətlərədək uzadılacaq. Baş Assambleyanın sessiyasında çıxışında Lavrov Avropa İttifaqını Azərbaycanla Ermənistan arasında öz vasitəçiliyini zorla qəbul etdirməkdə ittiham edib və qeyd edib ki, belə hərəkətlər yalnız regionda sabitliyi pozur. O, qeyd edib ki, keçmiş Sovet İttifaqının bir sıra ölkələrində olduğu kimi, Ermənistanda Qərb fondları tərəfindən yaradılmış çox güclü lobbilər var, onlar Rusiyanın təsirini sarsıtmaq üçün ABŞ-ın məraqlarını təmsil edir. "Biz buna süni şəkildə qızışdırılan ehtiraslar kimi baxırıq və bunlara kimin rəhbərlik etdiyini bilirik", - Lavrov vurğulayıb. Onun sözlərinə görə, "təəssüf ki, Ermənistan rəhbərliyinin özü odun üstünə yağ tökür". Lavrov xatırladıb ki, Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyev Qarabağın Azərbaycanın ərazisi olduğunu faktiki olaraq tanıyan sənədə imza atdıqdan sonra Ermənistan parlamentinin rəhbəri utanmadan Qarabağı Bakıya Putinin verdiyini bəyan edib". Bu arada isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün zəmin vardır. Onun sözlərinə görə, "Qarabağın kimə məxsus olması kimi əsas məsələ özlüyündə Ermənistanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması" hesabına həll edilib".

Ermənistan BMT-yə çağırış etdi: "Təşkilatın missiyası Qarabağda yerləşdirilsin"

Ermənistan BMT-yə müraciət edib. Sozcu.az “Röyters”ə istinadən xəbər verir ki, rəsmi İrəvan insan hüquqları və təhlükəsizliyinə nəzarət etmək üçün BMT-nin missiyasını Qarabağda dərhal yerləşdirməyə çağırıb. Ermənistanın bu çağırışı Rusiyada xüsusi qıcıq yaradacaq. Ümumiyyətlə, bölgədə BMT missiyasının olması arzuolunan deyil. Çünki Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində məsələ birdəfəlik həll edilib. Qarabağ ermənilərinin reinteqrasiyası üçünsə zaman lazımdır. Beynəlxalq qurumların bölgədə olması isə vəziyyəti ancaq və ancaq mürəkkəbləşdirə bilər.

Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır

Hətta danışıqlar yolu ilə Qarabağdakı separatçı rejimin rəhbərləri təslim olsaydı belə, yenə də Karen Cavalyan kimi generallar və  ona dəstək verən bəzi separatçı qruplar təslim olmaqdan imtina edəcəkdilər. Nəticədə yenə də qan töküləcəkdi, şəhidlər verəcəkdik. Son günlərdə baş verən hadisələr bunu göstərir. İndi ən azı görünən odur ki, münaqişənin həlli yekuna doğru gedir. Ermənistan ərzi bütövlüyümüzü tanıyır, Azərbaycan antiterror əməliyyatları keçirən zaman məsələyə qarışmadı. Bundan sonra qalan ən ciddi məsələ rus qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. İnanıram ki, bu məsələ də Rusiyanın Ukraynada məğlub olmasından sonra həllini tapacaq.  Şəhidlərimizin çox olmasına gəldikdə isə. Xoşunuza gəlməsə də düşmən də döyüşməyi bacarır. Döyüşə bilməsələr 44 günlük müharibədə 3 min şəhid verməzdik. Guya düşməni əfəl, əli silah tuta bilmən, "erməni qandan qorxur" kimi təqdim etməklə nə qazanırıq? İllərdi hərbiləşdirilmiş rejim qurublar və ömürlərini bizimlə döyüşəcəkləri günə həsr ediblər. Sadəcə gücləri çatmadı və ümid edirəm ki, ömürlük dərslərini aldılar.  Qarabağdan isə xoş xəbərlər gəlməkdə davam edir, ordumuz yavaş-yavaş ərazilərimizdə hakim olur.  Şəhidlərimizin ruhları şad olsun! Qazilərimizə şəfa diləyirəm. Ordumuza da daim uğurlar arzulayıram! Fərəc Kərimli, Müsavat başqanının müavini

“Sülhməramlılar”orada ola-ola Qarabağda separatizmin kökünü tam kəsə bilməyəcəyik...”

“Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək...” “Düşünmürəm ki, “Rusiya sülhməramlıları” deyilən hərbi kontingent orada qala-qala Azərbaycan Respublikasının Qarabağ torpağının dağlıq hissəsində separatçılığın kökünü tamamilə kəsmək mümkün olsun. Bu, mümkün deyil. Ona görə ki, məsələ həllini tapdıqda artıq Rusiyanın qoşunlarına ehtiyac qalmayacaq. Burada çox sadə bir məntiq var, çox sadə bir mexanizm var”. Bu fikri “Sizcə, bundan sonra “sülhməramlı”lar orada ola-ola, Rusiya imperiyası mövcud ola-ola Qarabağın dağlıq hissəsində separatizmin kökünü asanlıqla kəsə biləcəyikmi?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Ona görə də Moskva müəyyən həddə qədər Azərbaycana öz suverenliyini bərpa etmək görüntüsü yaradacaq, müəyyən həddə qədər buna imkan verəcək. Lakin o həddi keçəndə yenidən başlayacaq həmin separatçıları silhlandırmağa, hətta ola bilsin, özü də bizə qarşı silaha əl ata bilər. Bu baxımdan Azərbaycanın Qarabağən dağlıq hissəsində separatçılığın kökünü tam kəsəcəyi haqda optimist, nikbun fikir söyləmək olmur. Və  bir daha deyirəm ki, bu Azərbaycan ərazisində separatçılıq və qarşıdurma Rusiyaya öz qoşunlarını orada saxlamaq üçün vacibdir. Ona görə də Rusiya bu vəziyyəti, status-kvonu var gücü ilə qoruyub saxlamağa çalışacaq”,- deyə davamında ekspert vurğulayıb.

Azərbaycan kişisi bütün mənfi tərəflərilə bərabər, qadına, uşağa qarşı düşmənçilik aparmır

Ermənistan xarici işlər naziri dünən BMT-də ağzına gələni danışdı, dedi azərbaycanlılar sosial şəbəkələrdə "erməni qadınları kim birinci zorlayacaq" deyə mübahisə edirlər.  Özləri ediblər, qadın, körpə deməyiblər, minlərlə günahsız, sivil insanı qəddarlıqla öldürüblər, indi bizi də özləri kimi bilirlər, öz etdiklərindən narahatdırlar.  Azərbaycan xalqı, söhbət kişilərdən getdiyi üçün, Azərbaycan kişisi bütün mənfi tərəflərilə bərabər, qadına, uşağa qarşı düşmənçilik aparmır. İçimizdə ən qəddarları belə, küçədə erməni uşağı, köməksiz erməni qadını görsə, ona qarşı nifrət bəsləməz. Sadəcə, bacarmarıq bunu.  Bizi özlərilə səhv salırlar. Biz oğ*aş deyilik. İlkin Rüstəmzadə