Aparıcı şirkətdən narazılıq etdi: “Qanunları saymır...”

Aparıcı Tural Əsədov "Umico" şirkətindən narazılığını ifadə edib.

Sozcu.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında şirkəti qanunsuz fəaliyyət göstərməkdə ittiham edib. O, postunda bunları qeyd edib:

"Bilirəm ki, uzun-uzadı oxumağa həvəsiniz yoxdur. Lap qısa deyirəm: "Umico.market" Azərbaycan Respublikasının qanunlarını tanımır, saymır və riayət etmir. Bu postdan sonra 'şirkətin' şəxsən mənə sualı olsa, 8 gün ərzində mən tərəfdən olan zəngləri rahatlıqla araşdırandan sonra verə bilərlər. Çünki göstərdikləri 'xidmət' səviyyəsinin ölçülməsi məqsədi ilə bütün zənglər qeydə alınıb. Google-da 'Umico' yazanda birinci sorğu təklifi 'umico şikayət' çıxır. Demək, mən birinci deyiləm. İlk dəfədir ki, ümid edirəm axırıncı olum".

Aparıcının paylaşımı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. O, şirkət xidmətlərinin keyfiyyətsizliyindən narazılığını vurğulayıb və məsələnin həlli üçün diqqət tələb edib. Şirkət isə hələlik bu açıqlamaya münasibət bildirməyib.

Share on Facebook