Öz yolverilməz davranışına Bakının müvafiq reaksiyasını eşitməyən İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvi İsrailin Bakıdakı səfiri Corc Dikin və ümumilikdə İsrailin ünvanına təhdidləri davam etdirmək qərarına gəlib. Xatırladaq ki, noyabrın 4-də İran səfiri HƏMAS-ın İsraili Aralıq dənizində boğacağı ilə hədələyib. Üstəlik, "bütün dünyanın nifrət etdiyi kimi, rasist İsrailə nifrət edən "cəsarətli Azərbaycan xalqı" adından danışmaq hüququnun olduğunu da düşünüb. “Hey... ! Hörümçək toru olduğunu bilməniz kifayətdir. Mənə maraqlıdır ki, görəsən, niyə sizin "polad hörümçək torunuz" HƏMAS-ın bir neçə döyüşçüsünü məğlub edə bilmədi və bunun əvəzinə 10 000 dinc sakini öldürdü, onlardan 4 000-i uşaqdır! Bu şəbəkə sizin ölümünüz üçün bizim əllərimizlə ilgəyə çəkiləcək", - Musəvi Tvitter hesabında yazıb. Ötən gün İsrail səfirinin əvvəlki təhdidlərə cavab verməsi onu qəzəbləndirib. "İran rejiminin səfirinə: peşəkardan pulsuz məsləhət: mənim ölkəmi məhv etməklə, məni isə ölümlə (yenidən) təhdid etdiyiniz zaman adamların sizi ciddi qəbul etməsini istəyirsinizsə, hörümçək metafundan imtina etməlisiniz. Hörümçək ipəyi poladdan beş dəfə möhkəmdir. Bax, belə". Hələlik İsrail nümayəndəsi İran səfirinin son təhdidlərinə cavab verməyib. /Turan.az
Vəkillər - Zibeydə Sadıqova, Elçin Sadıqov və hüquq müsafiəçisi Rüfət Səfərov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Rüfət Səfərov məlumat yayıb. “Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu”, - R. Səfərov qeyd edib. Hüquq müdafiəçisi həmçinin bildirib ki, görüşdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.
"Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur..." "Dağıstan hava limanında talanlar zamanı FTX orada olub və baş verənləri qeydə alıb..." Rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin Rusiyanın HƏMAS-ın İsrailə hücumundan Ukraynaya qarşı müharibə fonunda necə istifadə etməsi, Dağıstanda talanlar və "yəhidi ovu" arxasında kimin dayanması və gələcəkdə İsrail və Ukraynanın əməkdaşlığının necə inkişaf etməsindən danışıb. Moderator.az xəbər verir ki, bu barədə o, "unian.net" nəşrinə verdiyi müsahibəsində danışıb. "Aydındır ki, 7 oktyabr hadisələri terror aktıdır, HƏMAS dinc vətəndaşların qətlinə görə cavab verməlidir. Lakin sonradan baş verənlərin hamısı artıq qlobal miqyaslı manipulyasiyalardır. Əgər əvvəlcədən Qəzzada tələyə düşən bədbəxt Fələstin xalqının bombardmanlardan əzab çəkdiyi barədə ritorikaya başlasaq, o zaman bu, səbəblə nəticənin yerini dəyişmək olacaq. Yəni təcavüzkarı qurbana və əksinə qurbanı təcavüzkara çevirməli olacağıq", - Feyqin qeyd edib. O, əmin edib ki, Moskvanın İsraildə baş verənlərdə "çox böyuk əli var". "Mən indi HƏMAS-ın və onun əməliyyatının arxasında Moskvanın həqiqətən dayandığını demirəm, biz bunu dəqiq bilmirik. Lakin Qərb mətbuatı yazır ki, onlar iki il hazırlaşıb, HƏMAS Moskvaya başqalarından daha tez-tez səfərlər edir, o, kifayət qədər yüksək səviyyədə qəbul edilir, onunla Lavrov görüşür. Hətta ağlı başında olmayanın da Moskvanın oktyabrın 7-də planlaşdırılan əməliyyatdan xəbəri olmadığını güman etməyə əsasları yoxdur", - hüquq müdafiəçisi vurğulayıb. O, xatırladıb ki, İsrailin terrorçulara qarşı müharibəsi başlayandan dərhal sonra Moskva fəal surətdə "bu mövzunu təşviq etməyə girişib", bununla bağlı BMT qətnamələri və HƏMAS-a dəstək bəyanatları ilə manipulyasiya edib. "Onlar Rusiyada və başqa yerlərdə antisemit əhval-ruhiyyəni şirnikləndirib. Təəccüblü deyil ki, Dağıstanda sələfi qruplaşmaları təxribatçı hərəkətlərə yol verib. Faktiki olaraq belə alınıb ki, əvvəlcə qəzəbli gənclər mehmanxanaya tərəf, daha sonra hava limanına qaçışır, uçuş zolağına çıxır, yəhudiləri axtarır. Özü də onları heç kim, nə Rusiya Qvardiyası, nə ordu, nə də bir başqası dayandırmır. Aydın idi ki, hadisələr necə cərəyan edəcək, onlar hava limanını darmadağın edib, bütün bunlar telefona çəkilib. Heç şübhəsiz, FTX orada olub və bütün bunları qeydə alıb", - Feyqin əmin edib. O, əmin olduğunu bildirib ki, məhz Putin antisemit əhval-ruhiyyəyə təhrik edib. "Qlobal mənada o, başlıca mənfəət götürənlərdəndir. Ukranalıların qətli, Ukraynada müharibə fonunda növbəti hədəfin məhz İsrail olacağını gözləmək olardı. Belə təəssürat yaranır ki, diqqəti özündən yayındırmaq üçün ən rahat "hədəf" yəhudilərdir. 7 oktyabr hadisələri olmasaydı, Yaxın Şərqdə heç nə baş verməyəcəkdi. Necə yaşayıblarsa, elə də yaşamaqda davam ediləcəkdi, Səudiyyə Ərəbistanı ilə danışıqlar olacaqdı. Amma indi bütün bunlar pozulub, ABŞ və Ukraynanın Avropa müttəfiqlərinin məşğul olmalı işləri var. Artıq səylər Ukraynaya yardıma və orada alovun söndürülməsinə yönəlib", - müxalifətçi qeyd edib. "Kimsə soruşa bilər ki, Avropa nədən narahat olmalıdır ki? Lakin siz Londonda və Parisdəki mitinqləri görmüsünüzmü? Avropanın mərkəzində böyük insan kütləsi yəhudilərin qətli barədə haray-həşir salır, bu, nonsensdir. Onlar bu problemlərin çoxdan həll edildiyini hesab edib, lakin belə bir şey yoxdur. Ona görə də Putin, Moskva və Kreml, əlbəttə ki, bu əhval-ruhiyyəyə təhrik edəcək, bu, onlara fövqəladə şəkildə sərfəlidir. Bu, təhlükəni, Ukraynada baş verənlərə görə məsuliyyəti özündən uzaqlaşdırmaqdır. Çox məntiqi və siyasi cəhətdən ölçülüb-biçilmiş addımdır", - Feyqin deyib. O, əlavə edib ki, Dağıstandakı talanlar həmçinin Kremlin sifarişi ilə təşkil edilib, çünki nə İsrail vətəndaşları, nə də yəhudi milliyətindən olan insanlar dağıstanlılara heç bir təhlükə törətmir, üstəlik, bu regionda praktiki olaraq yəhdilər yoxdur. "Qafqazın və müsəlmanların başlıca düşməni Kremldə əyləşib, bu, həm onlar, həm ukraynalılar, həm yəhudilər üçün təhlükədir. Lakin qafqazlılar nədənsə hər zaman düşmənləri kənarda axtarırlar. Heç demə, Dağıstanda bütün bəlalar İsraildən gələn yəhudilər, bu reyslər səbəbindən baş verir. Axı, İsrail xəstəxanalarında dağıstanlılar da, xüsusilə uşaqlar da müalicə alır. İsrailin bir milyon yarım vətəndaşları, ərəblər, müsəlmanlar hesaba alınmır? Onlar knessetdə təmsil olunub, heç bir seqreqasiya yoxdur, məscidlər var, istəyirsən sutkada 24 saat dualar etsinlər", - Feyqin xatırladıb. Onun fikrincə, İsrail Rusiyanın əsl siması, tamamilə İsrail əleyhinə mövqeyindən lazımi nəticələr çlxaracaq. Amma İsrailin Ukrayna ilə ümumi cəhətləri çoxdur və "bunu praktiki formaya çevirmək lazımdır". "İndi İsrail öz problemlərinin həlli ilə məşğul olacaq, lakin bu zaman elə edə bilər ki, Moskva üçün faktiki olaraq problemlər yaransın. Məsələn, İranda hərbi obyektləri və zavodları bombalaya bilər, deməli, ukraynalılar "Shahed"lər və mərmilərlə daha az qətlə yetiriləcək. Ukrayna üçün bu, çox yaxşıdır, az ukraynalı həlak olacaq, az "Shahed" gələcək. Bəli, İsrail silahla bölüşə bilməz, bu, onun özünə lazımdır. Lakin bu silahların istehsalı texnologiyaları ilə Ukraynaya, məsələn, yeraltı zavodların inşasında kömək edə bilər. Bəli, ola bilsin ki, sabah bu zavodlar belə vasitələrin istehsalına başlamasın. Bundan başqa, İsrailin dünya boyunca nəhəng lobbisi var. Üstəgəl İsrailin kəşfiyyat birliyinin Rusiya ilə bağlı bir çox məsələlərdən məlumatı var. Bu informasiyanı Ukrayna ilə daha sıx əməkaşlıqda bölüşmək mümkün olacaq", - Feyqin qeyd edib. O, həmçinin əmin olduğunu bildirib ki, Netanyahu hökuməti "oktyabrın 7-də baş verənlərdən sonra çətin ki, hakimiyyətdə qala bilsin". "İstənilən halda İsrailin siyasi isteblişmentində əhval-ruhiyyə dəyişməkdədir", - Feyqin vurğulayıb.
Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. O deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir. A.Mirzoyan Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”. XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur - red.) ilə müntəzəm münasibətlərdə maraqlıdır.
Erməni iş adamı və xeyriyyəçi, 2021-ci ildə koronavirusa qarşı peyvənd istehsal etməsi ilə məşhurlaşan “Moderna” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyan beynəlxalq oyunçuların “artsax”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın “Azərbaycan hakimiyyəti tərəfindən həbsinə qarşı çıxacaqlarına ümidvar olduğunu” bildirib. Sozcu.az xəbər verir ki, erməni milyarder bu haqda "CNN”-in aparıcısı Kristian Amanpoura müsahibəsində danışıb. Ruben Vardanyanla 23 il ərzində Ermənistanda onlarla humanitar və xeyriyyə layihələrində işlədiyini xatırladan Nubar Afeyan “Ruben əslində bütün ermənilərin simvoludur. Onların onu həbs edə bilmələri, bunu nümayiş etdirmələri və sonra ona ittiham irəli sürmələri əslində dünyada on milyon erməniyə psixoloji işgəncə vermək məqsədi daşıyan bir şeydir. Mən həqiqətən ümid edirəm ki, beynəlxalq güclər dayanmayacaq, çünki bütün bu cür işlər cəzasız olaraq bu cür ədalətsizliyi daha çox təşviq edir və düşünürəm ki, həqiqətən də buna qarşı çıxış etməliyik”,- deyə çərənləyib. Erməni iş adamı hayların kütləvi, amma könüllü şəkildə Qarabağdan köçməsini həyasızcasına “klassik etnik təmizləmə” adlandırmaqdan da çəkinməyib. moderator.az)
Pakistan Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri nümayiş etdirərək, Ermənistanı bu günə qədər ölkə kimi tanımır. Sozcu.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri noyabrın 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib. Asim Munir İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə və bu ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində Azərbaycanın qazandığı uğurlar münasibətilə təbriklərini çatdırdı, bunun Pakistanda böyük sevinclə qarşılandığını qeyd etdi. Qonaq Asim Munir Cəmmu və Kəşmir məsələsində ölkəmizin dəstəyinə görə minnətdarlığını bildirdi.
“Levon Mnatsakanyanın Bakıda öldürülməsi ilə bağlı xəbərləri təkzib edirəm”. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan deyib. Xatırladaq ki, bir neçə gündür ki, Ermənistanən bəzi KİV-ləri özünü buraxmış qondarma “Artsaxın keçmiş müdafiə naziri” Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalaraq öldüyü barədə xəbər tirajlayır. Xəbərin mənbəyi kimi isə ehtiyatda olan polkovnik Volodya Hovhannisyana istinad olunur. Erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan onu da bildirib ki, Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalması barədə də əllərində heç bir fakt yoxdur. Azərbaycanda inidyə kimi nə qədər erməni əsirinin öldüyü barədə suala Saakyan konkret cavab verməyib. Qeyd edək ki, 1965-ci il təvəllüdlü Levon Mnatsakanyan sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Saxlanılan şəxs Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. L.Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub. Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub. 80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra L.Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib. Sonra qondarma “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb. 2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib.modern)
Ermənistan prezidenti Vaaqn Xaçaturyan sabah Zəngəzura üç günlük səfərə gedəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. “Məlumata görə, o, regionun bütün əsas icmalarına baş çəkəcək, regional hakimiyyət nümayəndələri və icma liderləri ilə görüşəcək. Region rəhbərliyinə bildirilib ki, prezident Zəngəzurun problemləri ilə tanış olmaq istəyir. Bununla belə, ölkənin siyasi rəhbərliyinin Zəngəzura “maraqları” son vaxtlar əhali arasında gərginliyə səbəb olub. Şənbə günü isə Paşinyan Zəngəzurda olub, patrul zabitlərinə baş çəkib”, – nəşr qeyd edir.
Prezident Rəcəb Tayyib Ərdoğan qatil nasistləri Qəzza zolağından Türkiyəyə aparsın. Sozcu.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. “Ərdoğan və xalqının uşaqlarımızı, qocalarımızı və qadınlarımızı öldürən, qarət və təcavüz edən qatil nasistlərə böyük dəstəyini görürəm. Mən Ərdoğana bircə təklif edə bilərəm ki, o, onları uzaqdan dəstəkləməklə yanaşı, həm də Türkiyədə yaşamaq üçün himayəsinə götürsün”, - nazir bildirib.
İran mediası Türkiyə-İsrail arasında münasibətlərin gərginləşməsinə geniş yer ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə əksər aparıcı media qurumları material dərc edib. Yazılarda iki ölkə arasında birgə enerji layihələrinin dayandırılması, Aralıq dənizində ortaq qazma işlərinin ləğv edilməsi xüsusi vurğulanıb. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarın İsrailə səfərlərinin ləğv edilməsi alqışlanıb.
İranın proksi qüvvələrinin ABŞ-ın bölgədəki bazalarına qarşı hücumlarının davam edəcəyi təqdirdə Tehrana ağır cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Respublikaçı senatoru Rik Skott sosial media hesabında yazıb. “İran ABŞ-a hücum etsə, ayətullahın bütün sevdiklərini hədəf alacağıq. Bilirsiniz ki, biz dəqiq hədəf alırıq. Gedin, Qasım Süleymanidən soruşun”, - Skott xəbərdarlıq edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Komitə təklif edir ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəalar ləğv edilsin. Təklifdə fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi qeyd olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu təklifinə millət vəkili Razi Nurullayevin mövqeyini öyrəndik. “Fahişəlik cəza ilə aradan qalxmır” Bizim.Media-ya açıqlamasında o bildirib ki, fahişəliklə məşğul olan qadınların məsuliyyətə cəlb edilməsi effekt vermir: “Dünya ölkələri bizdən öncə bu hüquqi mexanizmləri keçib və görüb ki, fahişəlik cəza ilə aradan qalxmır. Onun üçün də qadınları fahişəliyə cəlb edənlərə, onlara obyekt kimi, qazanc mənbəyi kimi baxanlara qarşı ciddi tədbir görüblər. Əlavə olaraq, onlar ehtiyac ucbatından fahişəliyə qurşanan qadınlara əlavə gəlir mənbələri təklif ediblər və bu gözəl fayda verib. Hələ 2018-ci ildə və ondan sonra bir çox çıxışlarımda qeyd etmişəm ki, qadınları pis yoldan çəkindirmək üçün onlara yardım proqramları, gəlir imkanları yaratmaq lazımdır. Əgər qadın pul qazanarsa və özünü təmin edərsə, haradasa 80 faiz qadın fahişəlik yolundan çəkinər”. Millət vəkili qeyd edib ki, qadınlar özləri bu nalayiq işə xoşluqla qoşulmurlar: “Onları cəlb edən, bəzən isə zorla bu yola çəkənlər var. Məhz, bu səbəbə görə onlara qarşı mübarizəni və cəza menxanizmlərini gücləndirməyin lehinəyəm. Qadınlar üçün isə hüquqi cəza nəzərdə tutan müddəaların ləğv edilməsi təklifini alqışlayıram”. Razi Nurullayev bir təklif də səsləndirib: “Biz müsəlman ölkəsiyik və müsəlmanın da ağlına qadınla bağlı gələn ilk söz və yanaşma namus-qeyrət məsələsidir. Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir. Boşanmış qadının özünü saxlamaq, ailəsinə və uşaqlarına baxmaq üçün imkanları olmur. Qadın gözəldirsə, iş yerlərində də müdiriyyət tərəfindən seksual anlamda sıxışdırılır. Müdiriyyətlə seksual əlaqədə olmasa, işindən uzaqlaşdırılır. Xeyli nümunələrlə rastlaşmışam və dinləmişəm. Qadın bəzən çarəsizlikdən pis yola qurşanır. Boşanmış qadınlara, doğrudan da, sahib çıxmaq lazımdır ki, onlar çarəsizlik ucbatından fahişəlik etməsinlər. Sonra da ətrafı başlayır namus-qeyrət söhbəti aparmağa. Ailə üzvləri, qohum-əqraba bəzən ölüm hökmü də çıxarırlar, ailədən qovurlar və digər hərəkətlərə də yol verirlər. Çıxış yolu boşanmış, aliment ala bilməyən qadınlarla bağlı Fondun yaradılmasıdır. Məsələn, Boşanmış Qadınlara Yardım Fondu adlana bilər. Bu Fonda isə dövlətin pul köçürməsinə ehtiyac yoxdur. Müzakirə nəticəsində müəyyən gəlir mənbələri düşünülə bilər. Amma biz müsəlman cəmiyyəti və müsəlman kişiləri olaraq o Fonda sahib çıxıb, təminatını etməliyik. O qədər namus-qeyrət söhbəti edən insanlarımız var ki... Onları hər addımda görürəm və Maşallah çoxu da çox varlı insanlardır. Onlar da qazanclarının müəyyən hissəsini, allah xatirinə o fonda köçürə bilərlər. Fond da boşanmış, ehtiyacı olan qadınların himayəçisinə çevrilər”. Millət vəkili “namus-qeyrət” məsələsi dedikdə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Biz müsəlman kişisiyik və dinimizin bizə əmr etdiyinə görə namus-qeyrət, yetimə əl tutma, yetim malı yeməmə bizim üçün birinci yerdə olmalıdır. Bu mənim üçün belədir. Kişi qadına kömək etməli, onu dolandırmalıdır. Əgər bu zəncir pozulursa, qohumları bunu etmirsə, yaxud etməkdən imtina edirsə, qadın da çarəsiz vəziyyətə düşürsə, o zaman cəmiyyətin digər üzvləri danışmaq yerinə onlara kömək etmək yolunu tutmalıdırlar”.