Tramp Zelenskiyə söz verdi: Araşdıracaq...

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı zamanı Donald Tramp Kiyevə hərbi yardımın həqiqətən dayandırılıb-dayanmadığını öyrənməyə söz verib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb.

Adı açıqlanmayan ukraynalı rəsmi və söhbətdən xəbəri olan digər mənbə jurnalistlərə bildirib ki, Tramp Rusiyanın Ukraynaya son hücumlarından xəbərdardır və ona kömək etmək istəyini bildirib.

“Tramp hava hücumundan müdafiə ilə bağlı yardım etmək istədiyini və əgər bir şey varsa, nəyin dayandırıldığını araşdıracağını söylədi”, - mənbə bildirib.

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Share on Facebook