"Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir" - Hüquq müdafiəçisi

"30 ildən çox Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət və onun separatçı dəstəsinin törətdiyi terror, hərbi qiyam və bu ərazilərdəki zorakılıqlar cəzasız qala bilməz". Sozcu.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.  Onun sözlərinə görə, hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında məhkumluq həyatı yaşamasının mənəvi və hüquqi tərəfləri var: "Məsələnin uzadılma səbəbi iki ölkə arasında sülh müqaviləsinin imzalanması və hərbi sərhədlərin müəyyənləşməsi məsələsində problemlərin olmasıdır. Eyni zamanda ortada böyük şahid ifadələri var və bu çox böyük prosesdir. Qarabağda özlərini "rəhbər" elan etmiş şəxslər konkret olaraq Azərbaycan vətəndaşları olublar. Onlar bu zəhəri və tapşırıqları Ermənistandan alıblar. Həmçinin konkret olaraq Azərbaycan Konstitusiyasına tabe olmayıb və birbaşa dövlət xəyanəti törədiblər. Bu yaxınlarda ölkəmizin Baş Prokurorluğu da istintaqın daha tez yekunlaşması və beynəlxalq hüququn təmin edilməsi üçün Ermənistana bu məsələlərdə əməkdaşlıq təklif etdi. Vaxtilə Ermənistana rəhbərlik edən Erməni Ümummilli Hərəkatının rəhbəri Levon Ter-Petrosyan etiraf edib ki, ermənilər soyqırım törədərək azərbaycanlıları silah gücünə qovublar. Bu dövlətin 1988-ci ildən həm Ermənistan, həm də Qarabağ ərazisində konkret olaraq azərbaycanlıların soyqırımı ilə məşğul olublar və hərbi cinayət törədiblər. Bu məsələ cəzasız qala bilməz. Onlar sərt Azərbaycan qanunları ilə məhkum olunmalıdırlar. Artıq ortada Gəncənin, Bərdənin bombalanması kimi ciddi faktlar var. 30 illik dövrdə Azərbaycan ərazilərində qondarma rejim qurdular və ölkə suverenliyinə müdaxilə etdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin istəyi ilə razılaşdırılıb". X.Teyyublu əlavə edib ki, proses hərbi cinayətkarların məhkəməyə çıxarılması ilə bitməli deyil: "Ermənistanda gizlənən Qarabağda separatçılıqla məşğul olmuş, hərbi cinayətlər törətmiş digər şəxslər də beynəlxalq qanunlar çərçivəsində Azərbaycana təhvil verilməlidir. İstintaqın uzanmasının bir səbəbi də budur ki, hadisənin təməl başçıları Ermənistanda gizləniblər. Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtmaları üçün yardım göstərməlidir. Həmçinin etiraf etməlidir ki, 1 milyon azərbaycanlı soydaşlarımızı silah gücünə qovublar. Bundan sonra səmimi şəkildə Ermənistanla sərhədlərin bərpası həllini tapmalıdır".

Ukraynadan Qərbə xəbərdarlıq: Vaxtı deyil!

Tərəfdaşlarımızın axsaması və ya yorulması vaxtı deyil. Zəiflik, fundamental məsələlərdə güzəştlər Avropa ölkələri və ABŞ-a da zərər verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb. Sibiqa qeyd edib ki, strateji səhvlər uzunmüddətli perspektivdə çox baha başa gələcək.

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə  yazıb: Qənirə Ataşovanın sözlərinə görə, Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğul imiş. Reklamdan cərrahlığa bir addım..."

Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: "Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər". Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Özbəkistandan çağırış: Rusiyaya uçuşları dayandırın!

Özbəkistanda Milli Dirəniş (Milli Tiklaniş) Partiyasının lideri Əlişir Kadırov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Özbəkistan Hava Yollarına məxsus təyyarələrin Rusiyaya uçuşlarını niyə davam etdirdiyini sorğulayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb. “Rusiya hava məkanı təhlükəsizdirmi? Özbəkistan Hava Yolları ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini düşünməlidir. “Milli Tiklaniş” vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinə və “UzAirways”ə rəsmi sorğu göndərmək niyyətindədir”, - o bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.

Təsdiq: Bu nazirliyin məşhur isimlərinə cinayət işi açıldı

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb. Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya raketilə vurulduğunu bildirib. Sozcu.az xəbər verir ki, Kirill Budanov bu barədə “The War Zone” nəşrinə açıqlamasında deyib. “Bizim bildiyimizə görə, təyyarə Rusiya ərazisində “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, - Budanov qeyd edib. Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.  “Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb. Təyyarənin gövdəsində - quyriq hissəsində qəlpə dəlikləri müşahidə olunur.

Təyyarə qəzası: Azərbaycan ekspertizaya buraxılmayacaq

Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. “Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək, lakin onlara təyyarə qəzasının araşdırılmasında iştirak edə biləcək”, – o deyib. Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Sərnişindən şok sözlər: Qəzadan öncə partlayış oldu

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən və Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin sağ qalan sərnişini Sübhonkul Rəhimov Rusiyanın RT kanalına qəzadan öncə baş verənlər haqda danışıb. Sozcu.az xəbər verir ki, Rəhimov Qroznıda eniş zamanı problemlər başladığını bildirib. Onun sözlərinə görə, pilotlar Qroznı hava limanına 3 dəfə enməyə cəhd göstəriblər: “Təyyarə qəflətən yuxarı qalxdı. Yəni eniş etməyə başladığı halda qəfildən havaya qalxdı və yüksəklik yığmağa başladı. Ayıldım və anladım ki, təyyarə ilk cəhddən eniş edə bilməyib. Sonra o buludların üstündə uçmağa başladı, aşağıda duman var idi. Dəhşətli duman idi, hiss olunurdu ki, duman çox güclüdür. Təyyarə yenidən döndü və enişə hazırlaşdı. Mənim hesablamama görə, iki dəfə enişə cəhd etdi, amma üçüncü dəfə nəsə partladı. Partlayış oldu və mən deməzdim ki, bu partlayış təyyarənin içində idi. Oturduğum yerdə yanımdakı örtük qopdu. Bunu mən bilmirəm, artıq mütəxəssislər məlumat verməlidirlər, amma partlayış oldu. Partlayış dəqiq oldu, onu hər kəs eşitdi. Jileti (fövqəladə vəziyyətlərdə sərnişinlərin geyinməsi üçün jilet – red.) götürdüm, gördüm ki, jiletdə qəlpə deşiyi var. Onu güllə deşib. Elə bu partlayışdan sonra düz ayaqlarımın arasından qəlpə keçdi və jileti deşdi. Bunu telefona da çəkmişəm. Məncə, mütəxəssislər artıq yekun nəticəyə gəlib orda nə baş verdiyini deməlidirlər”, - Rahimov bildirib.

Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail

İsrailin Azərbaycandakı səfiri Corc Dik təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə Corc Dik X hesabında paylaşım edib. “Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok edib və dərin kədərə boğub. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik. İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır. Qurbanların ruhu şad olsun", - səfir paylaşımında bildirib.

FHN dəhşətli təyyarə qəzası ilə bağlı məlumat yaydı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub. Sozcu.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var. Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb. Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat...

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib. Tutulanlar qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinir. Sozcu.az xəbər verir ki, tutulan 6 şəxsdən biri saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır. Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs ediləcəyi iddia olunur. Səhiyyə Nazirliyinin mətbuat xidməti “məsələ ilə bağlı bəyanat veriləcəyini” açıqlayıb. Xatırladaq ki, dekabr 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti qanunsuz plastik əməliyyatlarla bağlı mətbuatda yayılan və 1 xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başladığını açıqlayıb. Bu ilin noyabrında isə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yaxın qohumunun Bakıda fəaliyyət göstərən plastik cərrahların qurbanı olduğunu açıqlayıb. Jurnalist saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların adlı siyahısını “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü - Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı” qeydi ilə yayımlayıb: “2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular? Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət - düz 30 min manat! ödəyib “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? Əlbəttə, saxta cərrahlarımız da özlərini daha inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi? Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”. Qənirə Ataşovanın yaydığı siyahını təqdim edirik: Saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların SİYAHISI 1. İsmayılova İnarə Azər qızı AH N039732 – Məlhəm Klinikası 2. Babayev Rövşən Vahid oğlu AH N039707 - Referans Estetik Mərkəz 3. Əmiraslan Əmiraslanov Rəsim oğlu AH N053249 - International Medical Center 4. Svetlana İbadullayevə Suleyman Q. Şahadətname No: 2491 Referans Estetik Mərkəz 5. Səkinə Xudiyeva Fərmayil qızı AH N045184 - Badam Medical Center Plastik Cərrah_Sakina_Xudiyeva 6. Vüsal Abdullayev - Badam Medical Center 7. Seymur Məmmədov İlqar Sertifikat AH N-052506 - Vımay Medical Center 8. Sevinc Heydərova Abısalam qızı - Respublika Diaqnostika Mərkəzi ATU 2003-2009 Dr.Sevinc.Heyderova 9. Elvira Rəhmanzadə Hüseyn qızı Sert: AH N047401 - National Prime Hospital Dr. Raxmanzade" 10. Hüseynzadə Əlif Hüseyn oğlu - National Prime Hospital Dr. Alifplast 11. Magamed Polukhov Xanlar oğlu AH N037747 - Funda Hospital Dr. Poluxov_m 12. Rabil Osmanov Üzeyir oğlu AH N045587 - Mercan Klinik Dr. Rabil_Osmanov 13. Elçin Ələsgərov Rəsim oğlu AH N047463 - Məlhəm Hospital 14. Mais Nəzərov Vaqif oğlu AH N044050 - Artromed Tibb Mərkəzi Dr_Nazarov_Mais 15. Pərviz Əhmədov Nizami oğlu - Badam Medical Center 16. Mirəzi Zaidov - HTC Cliniva Hospital, 08.04.1968 17. Taleh Huseynzade Azad oğlu 1992 DrTalehPlast 18. Günəş Piriyeva Abuzər qızı - Kəpəz Hospital İxtisası uzi həkimidir Dr GuneshPiriyeva 19. Hacı Kazımlı İlham oğlu - A Medical Hospital Dr.Hacı_Kazımlı 20. İbrahimov Famil Namiq oğlu 1991 - Laser Beauty Clinic VIP Dr Familİbrahimoff 21. Qüdrət Orucov Rəsim oğlu 1990 - laser Beauty Clinic Op Dr QudretOrucov 22. Əhmədova Asiman Yaşar qızı - LBC (Laser Beauty Clinic) Dr.Asiman.Ahmadova 23. Ulviyye Ağazadə Allahverən qızı 1993 Azər-Türk Med Klinika Dr.Ulviyya.Z.Agazada 24. Bağırova Sevinc Əziz qızı - Sonamed Klinikası; Dr.Sevinc.Bağırova 25. İsmayılova Xəyalə Uğur Estetik Mərkəz Ugur_Estetk_Merkezi777 26. İbrahimbəyli Bayram Vaqif oğlu - Dream Smile Diş Klinikası 30.05.1985; Dr.İbrahimbəyli 27. Əmiraslanlı Bəxtiyar Ramazan oğlu - Unikal Klinika Dr.Baxtiyar_Amiraslanlı 28. Elnur Mehrəli Khalid oğlu 1984 - Yasamal Hospital Dr.ElnurMehrali 29. Qarayev Erkin Əli oğlu - Medaura Klinika Erkin_Doctor Dr_Erkİn_Qarayev 30. İbrahimova Günel Vahid qızı 31. Könül Ağamirova Əlifərid qızı - Milan VIP Hospital DrKonulAgamirova 32. Billurə Məmmədova Medicare Klinikası 33. Natəvan Əmirova Süleyman qızı - Laser Beauty Clinic Neapol Dr.N.Amirova 34. Nazlı Babayeva Dr_.Nazli 35. Nurlan Həsənli Medaura Clinic Dr.Nurlan_Hesenli 36. Rəvan Cəfərli İsaq oğlu 09.01.1996 Medika Hospital 37. Rüstəm Nəsibov Süleyman oğlu 09.07.1990 - Referans Estetik Mərkəzi 38. Elnur Rzayev А-Medical Hospitalda (Azərtürk) Dr.Rzayev_E 39. Şahin Əsgərov Mediland Hospital Dr.Sahin_Esgerov 40. Samiq Qurbanov А-Medical Hospital Dr.Samiq_Qurbanov 41. Sövkət Əliyeva Rüstəmzal qızı - Azər-Türk Med Klinika Cərrah_Shovket.Aliyeva 42. Türkan Şəfiyeva Mehman qızı - Caspian Hospital Op.Dr.Turkan_Shafiyeva 43. Elnara Quliyeva Dr.Elnara.Khulieva 44. Dr. Siruz Qəzənfərov Rinoplastika.SiruzQezenferov 45. Gülnar Səfərəliyeva Rəsim qızı 16.04.1986 Kraton Klinik Op.Dr.Gulnar_Safaraliyeva 46. Firuzə Rəcəbisaq Elmed Klinikası 0552388810 47. Gündüz Bayram İlham oğlu 05.06.1984 Dr.GunduzBayram.Official (Diş Həkimi) 48. Şəbnəm Əliyeva Dr.Shebnem_Alieva 49. Vəfa Gündoğan Dr.Vefa.Gundogan Musavat.com-un əməkdaşı siyahıdan ixtiyari bir ad seçməklə “Google” axtarış sisteminə daxil edib. Siyahıda adı olan Könül Ağamirovadan şikayətçi Nailə Əliyeva hələ 2020-ci ildə mətbuata üz tutaraq aldadıldığını açıqlayıb. Onun şikayətini olduğu kimi təqdim edirik: “Mən Əliyeva Nailə Zakir qızı estetik cərrah Könül Ağamirovanın instaqram səhifəsindəki reklamının qurbanı oldum. Reklamlarına aldanaraq “Milan Vip Hospital”a sinə kiçiltmə, liposaksiya əməliyyatı üçün müraciət etdim. Estetik cərrah Könül Ağamirova məndən 3700 AZN qarşılığında bu əməliyyatı yüksək səviyyədə keçirəcəyini bildirdi. 3700 AZN ödədikdən sonra 12 may 2020-ci ildə bu əməliyyata alındım. 8 saat cərrahi stolda narkoz altında əməliyyatda oldum. Lakin bir müddətdən sonra estetik əməliyyatımda heç bir dəyişiklik hiss etmədim, Könül Ağamirova ilə əlaqə saxlasam da, mənə müxtəlif bəhanələr gətirərək 2-3 ay müddətində effektini hiss edəcəyimi bildirdi. Aylar keçsə də, heç bir dəyişiklik hiss olunmadı. Ödənişimi geri istəsəm də, müxtəlif bəhanələr gətirərək mənə yenidən ikinci əməliyyatı keçirməyimi təklif etdi, “əgər alınmasa, ödənişini geri qaytaracam” dedi. Mən isə razı olmadım, pulumun geri qaytarılmasını tələb etsəm də, mənə süni bəhanələr, hədə-qorxular gəlinir, hətta “Milan Vip Hospital”ın baş həkimi də məni qəbul etməkdən imtina edir. Bildirmək istəyirəm ki, vətəndaşlarımız bu cür qeyri-peşəkar estetik cərrah Könül Ağamirovanın qurbanına çevrilməsinlər. Əks halda mənim ödənişim geri qaytarılmasa, məhkəmə orqanlarına şikayət edib təzminat tələb edəcəm. Bildirmək istəyirəm ki, “Milan Vip Hospital”da mənə qəbz belə verməkdən imtina ediblər. Düşünürəm ki, bu da vergidən yayınmağın bir növüdür”. Xatırladaq ki, sosial şəbəkələrdə Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib.musavat.com)