Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana cavab səfəri edəcəklər.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O qeyd edib ki, bu il oktyabrın 21-22-də ilk dəfə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri İrəvana səfər ediblər:
"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri gözlənilir”.
                