Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

Ukraynanın Sumı vilayətindən yeni 12 uşaqdan ibarət qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev "X" sosial media hesabında paylaşım edib.

"Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib. 

Share on Facebook