"Telegram" təzə funksiyanı işə salır

Bu gündən etibarən "Telegram" messencerində hekayələrin pulsuz paylaşması funksiyası mərhələli şəkildə tətbiq olunmağa başlayacaq. Sozcu.az Trend-ə istinadən bildirir ki, bu barədə "Telegram" kanalında messencerin əsasını qoyan Pavel Durov deyib. "Telegram" yalnız ödənişli "Telegram Premium"a abunəsi olanlar üçün iyul ayında paylaşmaq imkanını işə saldı. Eyni zamanda, digər istifadəçilər abunə sahiblərinin hekayəsinə baxa və şərh verə bilər. "Bu gün bütün istifadəçilər üçün hekayələrin mərhələli şəkildə tətbiq edilməsi "Telegram" tarixində bu yeni mərhələnin başlanğıcını əks etdirir", - deyə P.Durov bildirib.

Günəşdə ardıcıl şiddətli partlayışlar baş verib

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb. Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına daxil edilib. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub. Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.

Heç bir şey etmədən pul qazanır: Hər kəsin istədiyi iş

Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib. Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb. "Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim" - o bildirib. Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.

Klassik musiqi sədaları altında zibil yığımı - MARAQLI GÖRÜNTÜLƏR

Özbəkistanda zibili klassik musiqi sədaları altında yığmağa başlayıblar. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb əvvəllər yerli sakinlərin zibil maşınının siqnalının zəhlətökən səsindən şikayətlənmələri olub. Məsələ ilə bağlı ölkənin Ekologiya Nazirliyindən hələ ki, bu üsulun Daşkənd, Kaşkədərya və Buxara vilayətlərində test rejimində sınaqdan keçirildiyi bildirilib.

“WhatsApp”da naməlum nömrələrdən gələn zəngləri necə bloklamaq olar?

"WhatsApp" vasitəsilə müxtəlif fırıldaqçılıq halları yaşanır. O qədər ki, xaricdən gələn spam mesajlar və naməlum nömrələrdən gələn zənglər istifadəçiləri narahat edir. Sozcu.az Trend-ə istinadən bildirir ki, yaranan vəziyyət qarşısında istifadəçilərin ala biləcəyi yeganə tədbir naməlum nömrələri bloklamaqdır. Beləliklə, "WhatsApp"da kontaktlarda qeydiyyata alınmayan naməlum nömrələri necə bloklamaq olar? "WhatsApp"da naməlum naməlum nömrələrdən gələn zəngləri bloklamaq üçün: 1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin. 2) Növbəti ekranda "Məxfilik" xanasını seçin. 3) İndi məxfilik səhifəsindən "Zənglər" xanasını seçin. 4) Daha sonra naməlum nömrələrdən gələn zəngləri səssiz edin düyməsini seçin.

“Barbi”nin satışı bir milyard dolları keçdi

“Barbi” filmi dünya üzrə satışının 17-ci günündə bir milyard dollardan çox gəlir əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Varner Bros” kinostudiyası məlumat verib. Məlumata görə, film dünya üzrə 1,03 milyard dollar bilet satıb. Qeyd edək ki, filmin rejissoru Qreta Qerviq kino tarixində ən çox gəlir gətirən qadın rejissor kimi tarixə düşüb.

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib. İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq. Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz. "İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər. "Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

3 bürcə xəbərdarlıq: Köhnə sevgiliniz...

İyulun 22-də başlayan və avqust ayı boyunca davam edəcək Venera retrosu bəzi bürclərə çətinliklər yaşadacaq. Kimisi eşqdə, kimisi isə karyerasında çətinliklərlə üzləşəcək. Hətta bəzi bürcün nümayəndələrinin keçmiş sevgililəri yenidən peyda olacaq. Sozcu.az avqust ayının ən şanssız bürclərini sizə təqdim edir. Buğa Buğa bürclərinin eşq həyatında problemlər yarana bilər. Onların unutduqları köhnə sevgililəri bir anda peyda ola, tərəfdaşları ilə münaqişəyə səbəb ola bilər. Veneranın geriləməsinin mənfi təsirlərinə baxmayaraq ortaya çıxa biləcək problemləri həll etmək üçün Buğa bürclərinin ünsiyyət yönümlü olması faydalıdır. Şir Şirlər bu dövrdə özünə inamla bağlı problemlər yaşaya bilər. Şirlər bu mərhələni rahat keçmək üçün qorxunu bir kənara qoymalıdırlar. Venera retrosu zamanı çətinliklərin öhdəsindən gəlmək üçün arxayın olmalıdırlar. Əqrəb Əqrəb bürcü, karyera hədəflərinə görə özlərini sorğuladıqları bir dövrə girəcəklər. Bu dövrdə Əqrəblər öz düşüncələrini və ideallarını yaxşı ayırd etməli və buna uyğun hərəkət etməlidirlər. Bu dönəm Əqrəblərin də başı köhnə sevgilisinə qarışa bilər. Diqqətli olmağınızda fayda var. /tribunainfo.az/

Fərqli markalı benzinlərin qarışdırılması avtomobilin yanacaq sisteminə necə təsir edir?

Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulması sürücülərin yanacaqla bağlı bir sıra addımlar atmasına səbəb olub. Belə ki, yeni avtomobillər daha çox "Aİ-95" və "Aİ-98" markalı benzinlərin istifadəsini tələb edir. Bu isə aşağı büdcəli vətəndaşlar üçün uyğun deyil. Bəzən çıxış yolu kimi isə yanacaq çəninin 80-90 %-i "Aİ-92", qalan 10-20 %-i isə "Aİ-95" yaxud "Aİ-98" markalı benzinlərin qarışığının tökülməsi təklif edilir. Məhz bu təkliflər cəmiyyətdə bəzi müzakirələrə səbəb olur. Belə ki, bəzi insanlar belə qarışıqların effektiv olmadığını qeyd edirlər. Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Report"a bildirib ki, belə qarışıqlardan istifadə nəqliyyat vasitəsinə çox ziyan vurur: “Artıq son zamanlar "Aİ-92" və "Aİ-95" yaxud "Aİ-92" və "Aİ-98" markalı benzinlərin qarışdırılmasının necə ola biləcəyi ilə bağlı müzakirələr artıb. Onu deyim ki, belə qatışıqları yanacaq çəninə tökmək olar, amma bu avtomobilə mənfi təsir edəcək. Artıq avtomobil istehsalçıları və rəsmi diler mərkəzləri də qətiyyətlə bunu etməyi məsləhət görmürlər. Əgər "Aİ-95" markalı benzinlə işləyən avtomobilə daha zəif benzin tökülsə sürücü bilməlidir ki, o gec-tez nasazlıqla üzləşəcək. Bu gün ölkəmizə idxal edilən və istehsal ili 10 ili ötməyən avtomobillərin əksəriyyəti "Aİ-95" markalı benzinlə çalışır. Ölkəmizə idxal edilən istehsal ili 10 ildən az olan Avropa spesifikasiyalı avtomobillərə birmənalı olaraq yanacaq kimi "Aİ-95" markalı benzin istifadə edilməlidir". Ekspert hesab edir ki, "Aİ-92" və "Aİ-95" markalı avtomobillər qarışır, amma bu tam qarışma demək deyil: “Aİ-92" markalı benzinin zərrəciyi "Aİ-95"in zərrəciyi ilə qarışırmı, əlbəttə yox?! Əgər biz bu benzinləri bir yanacaq çəninə töksək istənilən halda "Aİ-92"markalı benzin qabın dibinə çökəcək. Bu isə ilk növbədə "Aİ-92"nin daha sonra isə "Aİ-95"in istifadəsinə imkan yaradacaq”. Ölkəyə sürtkü yağları və qatqıların idxalı və satışı ilə məşğul olan Arif Məmmədov müasir avtomobillərin yanacaq sisteminə daha çox benzinin tərkibindəki kükürdün ziyan vurduğunu bildirir: “Hesab olunur ki, "Aİ-92" və "Aİ-98" və ya "Aİ-92" və "Aİ-95" markalı benzinlər müəyyən qədər qarışır. Xüsusən də bazası eyni olan yanacaqlarda qarışma daha çox olur. Bu isə yanmanın normallaşmasına səbəb olur. Amma biz burada oktandan çox benzinin çirklilik dərəcəsinə fikir verməliyik. "Aİ-92" markalı benzinin tərkibindəki kükürd və digər yad maddələrə görə digərlərinə nisbətən çirklidir. Son model avtomobillər, xüsusən də buraxılış ili 2015-ci ildən bu tərəfə olan avtomobillərin 90 %-də birbaşa təzyiqli forsunkalar, təzyiqli nasoslar istifadə olunub. Buna GDI (Gasoline direct injection – Benzinin birbaşa vurulması) sistemi deyirlər. Əvvəlki ənənəvi sistemlərdən fərqli olaraq bu sistemlərdə püskürmə və təzyiq daha çox olur. Ona görə, onlar "Aİ-95" yaxud "Aİ-98" markalı yanacaq istəyir. Çünki püskürmə zamanı artıq qalan yanacaq porşenin başından yağın tərkibinə keçir. Əgər biz "Aİ-95" markalı benzinlə işləməli olan avtomobilə "Aİ-92" markalı benzin töksək ilk olaraq yalnız avtomobilin səsində bir qədər fərq hiss edəcəyik. Sürücü düşünür ki, mühərrik dağılmır, hər şey normaldır. Amma əksinə dağılma tədricən baş verir. Çünki yanacaq yanmır və yağın tərkibinə keçir və hər dəfə resursundan azalda-azalda gedir”. Ekspert sürücülərə benzinləri qarışdırmaqdansa əlavə normallaşdırıcı qatqılardan istifadəni tövsiyə edir: “Müasir yağlar xüsusən də Yaponiya istehsalı avtomobillər üçün olan “ilsac”, Asiya istehsalı avtomobillər üçün “A5,B5”, BMW-nin “Longlife”, "Mercedes-Benz"in “229.71” tipli yağları kükürdü az olan keyfiyyətli və müasir yanacaq tələb edir. Qısa deyim ki, keyfiyyətsiz yanacaq yağın belə keyfiyyətini öldürür. Sürücülər üçün ən yaxşı qənaətcil variant benzinləri bir-birlərinə qarışdırmaq deyil, onları neytrallaşdırmaqdır. Məsələn, "Aİ-92" markalı benzini stabilizator tipli qatqılarla neytrallaşdırmaq olar. Məhz onların qablarının üzərində yazılır ki, bu benzini neytrallaşdırır, kükürdü azaldır, yanmanı tamlaşdırır. Amma beniznləri qatışdıranda isə heç nə almaq mümkün olmur”.

CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaratdı

"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir - eyni gündə böyük ekranlarda nümayiş olunan "Barbi" və "Oppenheymer" filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar "CinemaPlus" kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər. Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı "Barbi" dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. "Oppenheymer" ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə etdi. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki "Barbi" dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. "Oppenheymer" isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir. Real hadisələr əsasında çəkilən "Oppenheymer" bioqrafik filmi. Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir. Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada "nüvə bombasının atası" adlandırılmağa başladılar. Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar. Filmin büdcəsi 100 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis "Mattel" şitkətinin Barbi oyuncaqları seriyası əsasında "Barbi" komediya filmi. Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib. Barbi gözəllik standartlarına uyğun olmadığı üçün "Barbieland"-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Filmin büdcəsi 145 milyon dollardır. "CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis. "CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

Vatsap növbəti funksiyasını təqdim etdi

Vatsap növbəti funksiyasını təqdim edib. Sozcu.az axar.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır. Göndərilən görüntülər dairəvi şəkildə olacaq. Sözügedən funksiya yaxın zamanda tam istifadəyə veriləcək.

Bu vərdişlər ömrü 24 il uzadır

Amerikalı tədqiqatçılar ömrü təxminən dörddə bir əsr uzada biləcək yaxşı vərdişlərdən danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Amerika Qidalanma Cəmiyyətinin illik toplantısı olan NUTRITION 2023-də təqdim olunan Million Veteran Proqramının araşdırmasına görə, elm adamları ömrü uzatmaq üçün ən təsirli səkkiz vərdişin adını açıqlayıblar. Tədqiqatda 40-99 yaş arası təxminən 720 min müharibə veteranı iştirak edib. Mütəxəssislər iştirakçıların hər birinin həyat tərzini öyrənib və hansı vərdişlərin ömür uzunluğuna müsbət təsir etdiyini müəyyən ediblər. Onların məlumatına görə, bu səkkiz vərdişin həyata keçirilməsi artıq 40 yaşı olanların ömrünü 24, 50-dən yuxarı olanların ömrünü 21, 60-dan yuxarı olanların isə 18 il uzadacaq. Deməli, ömrü uzatmağın ən təsirli yolu fiziki məşqdir. Tədqiqatın aparıcı müəllifi Xuan Mai Nguyenin sözlərinə görə, müntəzəm və çox idman edən insanlar məşq etməyənlərə nisbətən ömrünü 46 faiz artırır. Gözlənilən ömür uzunluğuna görə siyahıda ikinci yerdə opioidlərdən - həm həkim tərəfindən təyin olunan güclü ağrıkəsicilərdən, həm də qeyri-qanuni dərmanlardan asılılığı olmayan tədqiqat iştirakçıları olub. Bir araşdırmaya görə, müntəzəm opioid istifadəsi ömür müddətini 34 faiz azaldır. Hazırda, sözdə opioid böhranı ABŞ-ın ictimai səhiyyəsində təcili vəziyyətdir. Siqareti tərgitmək də ömrün uzamasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, siqaret çəkməyənlər siqaret çəkənlərdən orta hesabla 29 faiz daha uzun yaşayırlar. Onlar əlavə ediblər ki, hər yaşda pis vərdişdən əl çəkmək sağlamlıq üçün böyük faydalar gətirir. (publika)