Türkiyə paytaxtı Ankarada keçmiş əri tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb. Sozcu.az xəbər verir ki, mərhumun anası Gülay Tek və digər qadınlar cənazə namazından sonra onun tabutunu özləri daşıyıblar. “Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - məlumatda deyilir. Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı Şafak Şirin (36 yaş) adlı şəxs təxminən bir il əvvəl boşandığı və dörd yaşlı qızının anası Nursena Kozanla (25 yaş) küçədə rastlaşıb. Aralarında mübahisə yaranıb və Şafak Şirin keçmiş həyat yoldaşının başına atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. Sozcu.az -ın xəbərinə görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Tatarıstanda Buqulma Mərkəzi Rayon Xəstəxanasında əməliyyat zamanı cərrahla şöbə müdiri arasında dava düşüb. BAKU.WS-in xəbərinə görə, bu barədə teleqram kanalı məlumat yayıb. Məlumata görə, Buqulma xəstəxanasında iki həkim - cərrah və şöbə müdiri arasında mübahisə bir neçə ildir ki, davam edir. İki il əvvəl mədəsi partlayan xəstə əməliyyat masasında uzanan zaman həkimlər birbaşa cərrahiyyə şöbəsində dava salıblar. Cərrahın dediyinə görə, o, xəstəni əməliyyat edərkən şöbə müdürü əməliyyat otağına girib tibb bacısının alətlərini götürüb və başqa cərrah çağırılmasını tələb edib. Həkim imtina edərək işini davam etdirib, daha sonra müdir onu vurub. Həkimlər bir-birinə alətlər atarkən xəstə əməliyyat masasında gözləyib. Üç ay əvvəl başqa bir xəstənin qeydiyyatı zamanı yaranan fikir ayrılıqlarına görə həkimlər yenidən xəstəxanada dava salıblar. Müdir ona arxadan hücum edib, cərrah isə onun üzünə iki dəfə zərbə endirib.
Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib. İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda tutulub. Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq: “Onların nəfəsini kəsəcəyik...”
Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib. İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb. Məlumata görə, boksçunumşn ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir. Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.
Neyro-şəbəkədən Adam Kadırovun 2024-cü ildə necə görünəcəyi soruşulub və nəticə bütün gözləntiləri üstələyib. Bu haqda Ermənistanın "İravunk" saytı məlumat yaysa da, Moderator.az bu vacib(!) informasiyanı Azərbaycan ictimaiyyətinə də təqdim etdməyi məqsədəuyğun sayır. Xatırladılır ki, Adam Quranı təhqir edən şəxsi təpiklə vuraraq videokamera qarşısına keçən Çeçenistan lideri Ramzan Kadırovun 15 yaşlı oğludur. Bundan sonra ona bir dəstə medal verildi və atasının mühafizə xidmətinin rəisi təyin olundu. Əlavə edək ki, noyabrın 14-də Adam Kadırovun sinəsinə 7-ci orden taxılıb -"İslam dininə xidmətə görə I dərəcəli orden...
Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə siğortalanmamışdır: "(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər" (Həcc surəsi, ayə: 52). Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur. İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu.)milli.az)
Sevgi və eşqdə olduğu kimi cinsi əlaqədə də bürclərin uyğunluğu önəm kəsb edir. Bəzi bürclər üçün seksuallıq hər şeydən önəmli, bəziləri üçün isə ikinci dərəcəlidir. Sozcu.az musavat.com-a istinadən bildirir ki, astrologiyaya görə, 5 bürc cinsi əlaqəyə hər şeydən çox önəm verir. Onlar üçün cinsi əlaqəsiz münasibət cəhənnəm deməkdir. Cinsi əlaqə aludəsi olan bürclər: Şəhvət hissi ilə yanan ƏQRƏB Həssas, sədaqətli və qoruyucu Əqrəb bürcü insanları aşiq olduqları zaman bütün varlıqları ilə bağlanır və həmin insanı heç vaxt tərk edə bilmirlər. Əqrəblər yataqda çox ehtiraslıdır və yeni şeylər sınamağa hər zaman hazırdırlar. Onların ehtirası heç vaxt sönməyəcək od kimidir. Cinsi əlaqədə problem yaşamaq Əqrəbləri depressiyaya sala bilər. Cinsi əlaqəni "eşqlə rəqs"ə çevirən ŞİR Şirlər fərqli insanları seçirlər. Aşiq olduqları zaman həyatlarının mərkəzinə sevdikləri insanları qoyurlar. Onlar üçün cinsi əlaqə mütləqdir. Şirlərə görə, cinsi əlaqə həm də qarşı tərəfə eşqini göstərmək vasitəsidir. Seksual Şir bürcü insanları yataqda hər sərhədi aşırlar. Partnyorunun hər istəyini yerinə yetirir və qarşı tərəfdən də bunu gözləyirlər. İstədiklərini ala bilmədikdə özgüvənlərini itirirlər. Əyləncəni sevən OXATAN Oxatan zodiakın ən ehtiraslı bürclərindəndir. Onlar da bütün varlıqları ilə şəhvət hissini yaşayırlar. Oxatanlar fərqli xasiyyətli insanları daha cəlbedici hesab edirlər.Yataqda müxtəlif təcrübələrə yox demirlər. Seksuallıq oxatanlar üçün də keçilməzdir.Münasibətlərdə isə əyləncəyə üstünlük verirlər. Bu da pozitivliyin işarəsi olan Oxatanların çox vaxt partnyorlarına qarşı eqoist davranışlar sərgiləməsinə səbəb olur. Hər şeydən tez bezən QOÇ Dürüst və hər düşündüyünü söyləyən Qoçlar üçün cinsi əlaqə vazkeçilməzdir və münasibətin əsasıdır. Onlar üçün partnyorun da ehtiraslı olması vacibdir. Əks təqdirdə Qoçlar bunu özlərinə qarşı sevgisizlik və diqqətsizlik kimi başa düşürlər. Bu da onların qürurunu sındırır və həmin anda uzaqlaşırlar. Gedən Qoç bürcü insanını geri qaytarmaq isə mümkünsüzdür. Fantaziyaları ilə məşhur BUĞA Buğalar seksdə emosionallığa üstünlük verirlər. Lakin onlar üçün də şəhvət hissi son dərəcə önəmlidir. Ehtiraslı Buğa bürcü insanları üçün detallar əsasdır. Onlar üçün ehtiras dolu bir gecəyə gedən yolda hədiyyələr önəmlidir. Sevdiyi şeylərin hədiyyə edilməsi Buğaların yataqda fantaziyalarına daha da rəng qatmasına səbəb olur. Yataq fantaziyaları ilə məşhur Buğa bürcü insanlarının könlünə və yatağına girmək üçün "pul kisəsinin ağzı"nı açmaq lazımdır.
"Apple" şirkəti yeni "iPhone"un təqdimat tarixini açıqlayıb. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı elan sentyabrın 12-də veriləcək. Qeyd edək ki, şirkət yeni "iPhone" və ağıllı saatlar təqdim edəcək.
Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Ancaq saatlar keçdikcə problemlərin sayı artacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Problemləri ürəyinizə salmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla müqayisədə sədləri daha tez dəf edə bilərsiniz. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. İşgüzar münasibətləri romantik təmaslara çevirməyin. Səfər və ya köç üçün əlverişli zamandır. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Buğa - uğurlar və qələbələr önəmlidir. Amma işlərin gedişatına aldanaraq kiçik problemlər və nöqsanları qulaqardına vurmayın. Diqqətli olun. Sərvaxt davransanız, bir sıra çətinliklərin qarşısını ala bilərsiniz. Yaşamın bu çətin, ağır dönəmində ruhdan düşməyin. Yaman günün ömrünə az qalıb. Günün ikinci yarısı yeni tanışlarla təmaslar üçün əlverişlidir. Onlardan dəyərli məlumat və faydalı məsləhətlər ala bilərsiniz. Alış-veriş uğurlu olacaq. Yalnız zərurət duyduğunuz nəsnələri alın. Əkizlər - qarışıq gündür və işlər asan deyil. Amma məqsədə aparan yolda dəfn edilməsi mümkünsüz sədlər, maneələr yaranmayacaq. Sadəcə, irəliləyiş adi günlərlə müqayisədə bir qədər zəif olacaq. Şərtlərə üsyan etməyin. Situasiyadan öz maraqlarınız üçün yararlanmağa çalışın. Günün ikinci yarısı yeni taktika ilə strategiyanı düşünmək, planları reallaşdırmaq üçün pis deyil. Yaşam potensialının səviyyəsi azalacaq. Özünüzü qoruyun. Rasiona fikir verin, sağlam qidalanın. Belədə səhhətinizdə problemlərdən qurtula bilərsiniz. Məişət kimyası ilə ehtiyatlı olun. Allergik reaksiya ehtimalı yüksəkdir. Xərçəng - soyuqqanlı olun. Təmkin və məntiq bu gün ən yaxşı dostlarınız olmalıdır. Dürüst qərarları tapmaq çətin deyil. Situasiyanı aydınlaşdırın, nə zaman hansı addım atmağın gərəkdiyini müəyyənləşdirin. Yalnız məntiqinizə güvənin. Yaxın ətrafınızdakı insanların məsləhətləri o qədər də yaxşı deyil. Günün ikinci yarısında şəxsi həyatınızda müəyyən dəyişikliklərə başlamaq olar. Tələskənliyə yol verməyin. Yeniliklər mərhələlərlə olmalıdır. Qərarlarınızı açıqlayanda kəmhövsələlik etməyin. Şəxsi münasibətləri aydınlaşdırmaq istəyini təxirə salın. Dəqiq fəaliyyət planınız olmalıdır. Şir - günün ilk yarısı laübəli, qarışıq olacaq. Rəqiblərlə bədxahlar adi günlərdən fərqli olaraq indi daha aktiv, daha aqresivdirlər. Onlar sizə pislik etməyə, işlərinizə pəl vurmağa çalışırlar. Tələlərdən yan keçin. Belə əməllər səy və vaxt tələb etdiyindən işlərinizdə gecikmələr ola bilər. Günün ikinci yarısı daha sakit, münasib olacaq. Əvvəllər başladığınız işləri bitirin. Planlarınızı daha da konkretləşdirin və onları həyata keçirin. Təyin olunmuş görüşləri unutmayın. Axşam saatlarında normal istirahət edin. Qız - müsbət təmayüllərin təsiri çoxdur. Gün pis deyil. İşlərinizdə əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Həmişə sizə mane olmağa çalışan insanlar bu gün bir qədər passiv olduqlarından yaxşı şanslar yaranıb. İşgüzar danışıqlar, tanışlıqlar, habelə potensial sifarişçilərlə görüş üçün münasib zamandır. Günün ikinci yarısında pozitiv olun. Yaxın ətrafınızdakı insanları da bədbinliyə qapılmağa qoymayın. Qəfil etiraf və ya dəvət ola bilər. Tərəzi - mənasız hisslər, əssassız təlaş və emosional gərginlikdən qorunsanız, gün pis alınmayacaq. Buna nail olmaq üçün ilk əvvəl təmas və ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın. Qalmaqal yaradan, davakar insanlardan uzaq olun. Təmkinli, soyuqqanlı davranın. Günün ikinci yarısında yaşananları emosional dəyərləndirməyin. Obyektiv olun. Hadisələr başlanacaq fəlakət və ya həyat dramının ilkin mərhələsi deyil. Hansısa iş alınmayanda təşvişə qapılmayın. Hər şey yaxşı olacaq. Əqrəb - intensiv və məhsuldar yaradıcılıq axtarışları zamanıdır. Aktiv olun. Ən adi, rutin və cari məsələlərin həllində süst davranmayın. Ağır situasiyalarda uğur qazanmağa çalışın. Yeni layihəyə başlamaq üçün münasib zamandır. Sizə inanan və bel bağlayan insanlara dürüst yol göstərməyə can atın. Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Təşəbbüskar olun, geri çəkilməyin. Yeni tanışlıqlar istisna deyil. Çalışdığınız insanların rəğbətini qazanın. Axşam saatlarını özünüzə həsr edin. Oxatan - hadisələrlə zəngin gündür. Yaşanan olayları tez-tələsik dəyərləndirməyin. Məntiqli və soyuqqanlı olun. Yaxın gələcəklə bağlı planlar qurun. Daha sonra isə həmin planları konkretləşdirin və real işlərə başlayın. Situasiya hadisələrdən asılı olaraq bəzi düzəlişlər tələb edəcək. Günün ikinci yarısında bilin ki, yeniliklər və dəyişikliklər həmişə pis deyil. Sadəcə, şərtlərin fərqli hal ala biləcəyini ehtiva edin. Axşam saatlarına yaxın qeyri-adi, maraqlı insanlarla yaddaqalan ünsiyyət olacaq. Romantik macəra istisna deyil. Fəqət belə təmaslar ciddi münasibətlərin təməli olmayacaq. Səfərə yollanmaq olar. Oğlaq - insanlar və hadisələrlə bağlı tələsik, düşünülməmiş qərar verməyin. Detalları daha diqqətlə, təfərrüatlı şəkildə təhlil edin. Əks təqdirdə səhvlərə yol verəcəksiniz. Günün ikinci yarısında yanlışlıq olarsa, bunu etiraf edin. Onsuz da, ağır olan situasiyanı daha da çətinləşdirməyin. Problemləri tələsmədən, ağılla həll edin. Diqqətli və sayıq olun. Məşğul olduğunuz işə laqeyd yanaşmayın. Yaşlı qohumlarla fikir ayrılıqları və münaqişələr istisna deyil. Bəzi məsləhətlər o qədər də xoş deyil. Dolça - günün ilk yarısı çox əlverişlidir. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşdə həmkarlarla münasibətləri yaxşılaşdırmaq şansları var. Yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz. Bu yaxınlara qədər bədxahlarınız və rəqiblərinizin yanında olan insan sizə yardım edəcək. Günün ikinci yarısında situasiyanı aydınlaşdıran insanlar sizi dəstəkləyəcəklər. Axşam saatlarına yaxın problemlər və xoşagəlməz hadisələr ola bilər. Onlar ailə münasibətlərinə, romantik təmaslara mənfi təsir edəcəklər. Əhvalınız korlanacaq. Balıqlar - bəzi hadisələr gözləntilərinizin əksinə ola bilər. Ümumiyyətlə isə, gün o qədər də pis deyil. Şəraitdəki dəyişikliklərə sürətlə uyğunlaşmağı bacarın. Situasiyadan tez baş çıxarın. Yaxın ətrafınızdakı insanlar davranışınızı bəyənməyə bilərlər. Onlar sizdən əvvəlcədən seçilmiş davranış modelinə riayət etməsini istəyirlər. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizi korlamayın. Onları sevindirməyə çalışın. Axşam saatları ailəvi istirahət, birgə əyləncə üçün yararlıdır. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir.
Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - Mürəkkəb və uğursuz gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Prioritetləri mümkün qədər sürətlə, tez müəyyənləşdirin. Bir neçə mühüm işin öhdəsindən gələ biləcəyinizi düşünməyin. Bir işi seçin, diqqəti ona yönəldin. Günün ikinci yarısında qohumlara, habelə çoxdan və yaxşı tanıdığınız insanlara yardım üçün müraciət edə bilərsiniz. Yeni tanışlara, bələd olmadığınız insanlara üz tutmayın. Münasibətlər səmimi olsa da, birgə fəaliyyət üçün yetərli deyil. Buğa - Günün ilk yarısı nisbətən uğurludur. İkinci dərəcəli işlərlə məşğul olmayın. Önəmli məsələnin həllinə başlayın və ciddi məqamların çözülməsini təxirə salmayın. Fiziki iş, həllini tələb edən problemlərin nəzərdən keçirilməsi üçün pis zaman deyil. Saatlar keçdikcə yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Sərvaxt olun ki, ifrat yorğunluq hiss etməyəsiniz. Günün ikinci yarısında önəmli maliyyə məsələlərini çözməyə çalışmağa, alış-veriş etməyə dəyməz. Axşam saatları yaxınlarınızla ünsiyyət üçün ədverişlidir. Münasibətlər son vaxtlar qeyri-rəvan və gərgin olsalar da, indi səy göstərsəniz, onları harmonik edə bilərsiniz. Əkizlər - Xırdalıqlara və detallara fikir verin. Nəyisə nəzərdən qaçırsanız, sonradan çox ciddi problemlər yarana bilər. Ünsiyyətdə də sayıq olun. Deyilənlərə qulaq asmaqla yanaşı, intonasiya və kontekstə fikir verin. İradları nəzərə almağa çalışın. Gərəkli məlumatı əldə etmək üçün həddən artıq çalışmağa lüzum yoxdur. Günün ikinci yarısı gələn həftəyə hazırlıq zamanı olmalıdır. Peşəkar fəaliyyət və ya kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə edin. Yeni tərəfdaş və ya müttəfiq aramaq olar. Xərçəng - Çoxsaylı problemlər və xoşagəlməz hadisələr zamanıdır. Rəğbət bəslədiyiniz insanlar belə, sizi təəssüfləndirəcəklər. Fəqət düşünməyin ki, yanınızda layiqli insan qalmayıb. Belə deyil. Ünsiyyət çevrəsini və təmas dairəsini köklü şəkildə dəyişməyə can atmayın. Günün ikinci yarısı yeni imkanlar yaradacaq. Yeni öhdəliklər götürməyə, məsul işə başlamağa dəyər. Çətin işi təkbaşına görə bilərsiniz. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Bilik və bacarıqlarınızdan tam istifadə edin. Şir - Parlaq, yaddaqalan gün olacaq. Müsbət təmayüllərin təsiri güclüdür. Gözlənilməz, amma çox maraqlı təkliflər ala bilərsiniz. Yeni müttəfiq, tərəfdaş və şərik tapılması istisna deyil. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Günün ikinci yarısı rəqabət zamanıdır. Qalib gəlmək asan deyil. Müdrik davranın, aşkar və açıq qarşıdurmadan yararlanın. Buna rəğmən münasibətlərdəki gərginlikdən qurtula bilməyəcəksiniz. Qız - Uğursuzluqlar zolağına düşdüyünüzü düşünməyin. Günün ilk yarısı çətinliklər və problemlərlə zəngin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ehtiyatlı olun. Ciddi işlə məşğul deyilsinizsə, həddən artıq aktiv davranmayın. Maliyyə itkiləri riski var. İtkilər düşündüyünüzdən də artıq ola bilər. Günün ikinci yarısı xoş olacaq. Son vaxtlar görmək istədiyiniz və darıxdığınız insanla qarşılaşacaqsınız. Perspektivli tanışlıq da ola bilər. Baş verənlərə rəğmən sayıq olun, dürüst qərarlar qəbul edin. Tərəzi - Günün ilk yarısı kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişlidir. Maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Hadisələri tələsdirməyin. Onların öz məcrasında inkişafına süni təkan verməyin. Müdaxilələr olmazsa, hər şey yaxşı alınacaq. Axşam saatlarında qonaq qəbul etmək olar. Ən mühüm məsələləri də rahat ev şəraitində müzakirə etmək mümkündür. Əqrəb - Pis gün olmasa da, xariqələr vəd etməyən zamandır. Mühüm hadisələr yaşanmayacaq. Əhvalınızı pozmayın, hər şey o qədər də pis deyil. Yeni təcrübə, bacarıq və ya biliklər əldə etməyə çalışın. Onlar bir müddət sonra karınıza gələ bilər. Günün ikinci yarısında yaradıcılıq eksperimentləri uğurlu olacaq. İstənilən sahədə yenilik etmək imkanlarına malik olduğunuzu düşünsəniz də, belə deyil. Axşam saatlarında sevdiyiniz insanla bir araya gəlin. Onu sevindirməyə çalışın. Oxatan - Yalnız ailə üzvlərinizə, yaxınlarınıza və dostlarınıza güvənin. Bədxahlarla rəqiblər bu gün sizi tora salmağa çalışacaqlar. Hətta indiyədək yalan danışmağı sevməyən insanlardan biri sizi aldatmağa can atacaq. Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq. Günün ikinci yarısında işlə bağlı məsələləri müzakirə etməyə dəyməz. Yaşca sizdən kiçik şəxslərlə dil tapmaq asan deyil. Axşam saatlarında mühüm, amma xoşagəlməz işlə məşğul olmaq zərurətiilə üzləşəcəksiniz. Oğlaq - Günün ilk yarısında qəfil çətinliklər yaranacaq. Bədgüman olmayın, qüvvələrinizə inamınızı itirməyin. Nikbin davranın. Ruhdan düşmək üçün heç bir ciddi səbəb yoxdur. Problemlərin səbəbi əlverişsiz emosional fondur. Günün ikinci yarısında pozitiv olun. Yaxınlarınızla ünsiyyətdə sərt danışmayın. Axşam saatlarınızı yaxınlarınızla keçirin. Şəhər kənarına yollanın, bir qədər əylənin. Dolça - Günün ilk yarısında mühüm işləri yerinə yetirmək fikriniz varsa, onların planlaşdırılan vaxtdan artıq zaman alacağına hazır olun. Cari və rutin işlərin öhdəsindən isə sürətlə gələcəksiniz. Onların yerinə yetirilməsində heç bir problem yaranmayacaq. Başqalarına darıxdırıcı və usandırıcı gələcək işlər sizi yormayacaq. Günün ikinci yarısında mühüm məsələləri müzakirə etmək, gələcəklə bağlı planlar qurmaq olar. Qüvvənizi, potensialınızı, işlərin real durumunu dəqiq qiymətləndirin. Balıqlar - Tələskən və səbirsiz davranmasanız, hər şey yaxşı alınacaq. Mühüm qərarları düşünmədən qəbul etməyin. Hansısa qəfil ideyanın müstəsna və ya parlaq olacağını düşünməyin. Əvvəllər hazırladığınız planlardan birini reallaşdırmağa başlayın. Günün ikinci yarısı fəaliyyət üçün əlverişli zamandır. Fiziki işdə xeyir var. Açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Axşam saatlarında aktiv istirahət edin.
Yayın sonu yaxınlaşdıqca, payızda hansı bürclərin taleyinin dəyişəcəyi məlum olub. Astroloqların fikrincə bəzi bürclər sentyabr, oktyabr və noyabr aylarında şanslı olacaq. Sozcu.az baku.ws-ə istinadən həmin bürcləri sizlərə təqdim edir: Tərəzi payızın ən şanslı bürcləri siyahısında birinci yerdədir. Payız Tərəzi mövsümü kimi tanınır. Payız ulduz falına görə, 9-30 sentyabr tarixləri arasında hava elementi olan bürclər (Əkizlər, Tərəzi və Dolça) şad xəbər alacaq. Bu, işdə yüksəliş və ya yeni bir sevgi və ya çanta-çanta pul qazanmaq ola bilər. Tərəzi bürcünün şanslı nömrələri 10, 17, 82-dir. Qızlar sentyabr ayında, Oğlaqlar dekabr və yanvar aylarında özlərini yaxşı hiss edəcəklər. Əkizlər peşəkar sahədə uğurlu olacaq, onlar oktyabr və yanvar aylarına xüsusi diqqət yetirməlidirlər. Enerjinizi boş yerə sərf etməməyə diqqət edin, diqqətinizi istədiyiniz şeyə yönəldin və onun arxasınca gedin.