Balıq ovuna qadağa qoyuldu - Sentyabrın 1-dək...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sozcu.az-a bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür. Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

"Kosmosda intim münasibət qadağan edilir" - NASA

Kosmosda seks qadağan edilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb. Bildirilir ki, kosmosda cinsi əlaqə qadağan edilir. NASA qeyd edir ki, əvvəllər heç bir insident olmayıb. Lakin sürətlə inkişaf edən kosmik turizm səbəbindən ciddi qaydalar tətbiq edilməlidir. Bu vəziyyətdə əsas təhlükə kosmosda cütləşmədir. Güclü radiasiya səbəbindən dölün hansı dəyişikliklərə məruz qala biləcəyi məlum deyil. Alimlər bütün turistləri kosmosda cinsi əlaqədən imtina barədə imza atmağa məcbur etməyi təklif edirlər.

Yeməkdən sonra qəhvə içmək olarmı? - CAVAB

Qəhvə uzun müddətdir ki, bir çox insanın sevimli içkisi olub, lakin onun orqanizmdə dəmir səviyyəsinə mənfi təsiri varmı? Bu gün qəhvənin müxtəlif növləri, eləcə də onu hazırlamaq üçün bir çox üsullar mövcuddur və qəhvə tez-tez desertlər və yeməklərlə müşayiət olunur. Ancaq bəzi insanlar yeməklə qəhvə içməkdən çəkinirlər. Sozcu.az lent.az-a istinadən bildirir ki, müxtəlif araşdırmalara görə, böyüklərin 70-80 faizi qəhvə və ya yüksək konsentrasiyada kofein olan digər içkilər içir və fenolik turşularla zəngin içkilər bağırsaqlarda dəmirin sorulmasını məhdudlaşdıraraq, dəmir çatışmazlığına səbəb olur. Ən çox kofein konsentrasiyası olan içkilər: nanə (73 faiz azalır), qara çay (79 faizdən 94 faizə qədər), cökə (52 faiz), verbena - 59 faiz (minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi-red.), çobanyastığı (47 faiz) və qəhvə (40 faiz). Beləliklə, bu içkiləri yemək zamanı içmək faydalı maddələrin qana və bədənin digər hissələrinə sorulmasına mane ola bilər. Maraqlıdır ki, bu effekt kofeinsiz qəhvə istifadəsi ilə davam edir. Ən yaxşı nəticə əldə etmək və orqanizminizi formada saxlamaq istəyirsinizsə, əsas yeməkdən 30-60 dəqiqə sonra qəhvə içmək məsləhətdir. Qeyd etmək lazımdır ki, şəkər və ya süd əlavə edilmiş qəhvə toxluq hissi yarada bilər, bu o deməkdir ki, içki içmək vaxtını daha gec bir ana keçirmək lazımdır. 

Küsülü qala bilməyən 3 bürc

Bəzi insanlar sevdikləri ilə 3 gündən artıq küsülü qala bilmir. Onlar digərlərinə nisbətən daha asan bağışlayırlar. Astrologiyada da bu cür xarakterə malik olan bürclər var. Sozcu.az Bakupost.az-a istinadla küsülü qala bilməyən 3 bürcü təqdim edir. BALIQ - Sevdikləri ilə böyük problemlər yaşasalar da, barışmağın yolunu tapırlar. Kin saxlamırlar. Bəzən barışmaq üçün qarşı tərəfdən addım atılmasını gözləyirlər. Amma çox vaxt bunu özləri edir. OĞLAQ - Heç vaxt kindarlıq etmirlər. Olduqca bağışlayıcıdırlar. İnsanlarala ünsiyyətdə olmağı çox sevirlər. Heç vaxt mübahisə tərəfdarı olmurlar. Belə hal baş verərsə, həll yolu axtarmağa başlayırlar. ƏKİZLƏR - Ətraflarındakı insanlarla söhbət etməyi çox sevirlər. Ona görə də küsmək ağıllarından keçmir. Böyük mübahisələr yaşasalar da, bir neçə saat sonra dərhal barışırlar. Səbrsiz insanlar olduqları üçün kimləsə danışmadan qala bilmirlər.

“Instagram”dan yenilik: İstifadəçilər artıq izləyicilərini gizlədə biləcəklər

Sosial media nəhəngi "Instagram" istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı işə salır. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, yenilənmə ilə yanaşı "Instagram" istifadəçiləri artıq izləyicilərini gizlədə biləcəklər. Beləliklə də onlar izləyici sayını hər kəsə açıq şəkildə göstərmədən öz hesablarını daha sərbəst və rahat idarə edə biləcəklər. İzləyiciləri gizlətmə funksiyası sayəsində istifadəçilər öz izləyicilərinin kim olduğunu gizlədə biləcəklər. Həmçinin bu funksiyadan istifadə etmək istəməyənlərin də ola biləcəyi nəzərə alınıb. Buna görə də "Instagram" istifadəçilərinə bununla bağlı seçim təqdim edəcək. Belə ki, istifadəçilər hesab parametrlərindən öz izləyicilərini gizlətmək seçimini aktivləşdirə və ya qeyri-aktiv edə biləcəklər. "Instagram"ın bu funksiyanı nə vaxt təqdim edəcəyi hələ dəqiq bilinməsə də, istifadəçilər artıq yenilənməni səbirsizliklə gözləyirlər.

Oliqarxların vazkeçilməz qidası: Mələməmiş quzu əti - Erkək, yoxsa dişi?

Paytaxt restoranlarının quzu kababı reklamları hamını olmasa da, bəzilərini çaşbaş salır. Sosial şəbəkələrdə, adətən, 6-7 aylıq quzular ətindən hazırlanan xörəklərin, əsasən də kababın keyfiyyətinə şübhə ilə yanaşılır. İddia olunur ki,i bu yaşda olan xırdabuynuzlu heyvanın əti lazımi dadı vermir, yaşyarımılıq heyvanın ətini yemək daha məsləhətlidir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, qida dəyəri baxımından qoyun əti ilə quzu arasında heç bir fərq yoxdur: “Əvvəla, məsləhətdir ki, heyvan 1 yaşdan kiçik olmasın. İkincisi, quzu ilə qoyun əti arasında elə bir böyük fərq yoxdur. Qoyun əti, xüsusilə erkək qoyun bir az yaşlı olduğuna görə onun əti sərt olur. 12-15 kiloqramlıq quzuların əti  isə yupyumşaq olur. Çox vaxt restoranlar buna görə quzulara üstünlük verirlər. Bu ətlər arasında fayda baxımından fərq yoxdur. Yəni kimsə deyə bilməz ki, quzu əti yeyim, daha faydalı olsun. Quzunun da qoyunun da kimyəvi tərkibi, qida dəyəri eynidir. Sadəcə quzular qoça nisbətən daha yumşaq olur, daha rahat həzm edilir. Ona görə qoyun ətini daha çox lülədə, kotletdə, dolmada istifadə edirlər. Quzudan isə kabablarda daha çox istifadə olunur, bəzən təndirə bütöv salınır. Aşpazlar daha çox dişi quzuya üstünlük verir, çünki onların əti daha yumşaq olur. Lülədə isə erkək qoyundan istifadə olunur ki, bişəndə buxarlanma çox olmasın, çəkidə itki baş verməsin. Çünki dişi ilə hazırlanan lülənin yağ miqdarı çox olduğuna görə lülənin qurumasına gətirib çıxarır”. Ekspert qeyd edib ki, mövsümə görə heyvanların ətinin dadı və qoxusu da dəyişkən olur: “Dad məsələləri isə daha çox mövsümdən asılıdır. Payız və qış aylarında otlar saralır və heyvanlar otla qidalanmadığı üçün onların südünü əmən quzusunun da əti xüsusi dad vermir, çünki onlar artıq otla yox, xüsusi yemlə qidalanırlar. Ən yaxşı quzu əti yazdan payıza qədər olan mövsümdə olur. Çünki həmin vaxt heyvanlar yaşıl otla qidalanır və belə olduqda ətin xüsusi dadı, spesifik qoxusu gəlir. Bəzi insanlar deyir ki, bu xoşagəlməz qoxudur, amma bu belə deyil, həmin qoxu əslində, daha dəyərlidir”.

İqbal Ağazadə: “Baləlinin bu meyxanası çox bayağıdır, hələ başqalarını demirəm...”

“Meyxanaya niyə qulaq asmıram ki?! Qarşıma çıxanda qulaq asıram. Meyxanaçıların hamısını da tanıyıram, çoxu ilə şəxsi münasibətim var...” Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloger Şəhriyar Nadirin “Youtube” kanalına müsahibəsində deyib. O bildirib ki, meyxana da bir sənət növüdür: “Şanson müsiqi janrına niyə indi üstünlük verirlər?! Şansonu Azərbaycanda da sevən böyük kütlə var. Bu musiqi əslində, elə bir az da meyxananın fərqli forması idi. Vaxtilə şanson musiqi növünü gedib küçədə tinlərdə avara uşaqlarla oxuyurdular. Küçə musiqisinə çevrilmişdi. Sonra yenidən sənətə qaytardılar. Meyxananın, bədiyyə sənətinin də vaxtı var idi. Vaxtilə sufizmin ənənələrindən biri kimi meyxananı dərvişlər söyləyirdi. Sonra dərvişləri qoymadılar, onlar da gedib özlərinə meyxanələrdə yer tapdılar, meyxananı orada deməyə başladılar. Meyxana deyənlərin böyük əksəriyyəti qəzəlxandır, yaxşı qəzəllər yazır. Məsələn, rəhmətlik Baba Pünhanın, Maştağalı Babanın, Vüqar Biləcərinin, Aydın Xırdalanlının gözəl  qəzəlləri var. Bəlkə, indi Orxan da, Pərviz də, - Allah qapısını açsın, - Rəşad da, başqaları da bir az özlərini yetişdirsələr, yaxşı qəzəllər yaza bilərlər. Amma meyxana bir əyləncə növüdür. Deyə bilməzsən ki, bu sənəti toydan, insanların əyləndiyi yerdən çıxar. Çıxara bilməzsən. Rəhmətlik Turqut Özala anası demişdi ki, bu nədir, efirlərdə bayağı şeylər verirsiniz? Turqut Özal isə anasına demişdi ki, pult əlindədir, çevir başqa kanala bax. Yəni xoşuna gəlmir, meyxanaya da qulaq asma. Amma insanlara “meyxana deməyəcəksən” kimi bir qadağa qoya bilməzsən. Meyxana sadə sənət deyil, böyük hazırcavablıq, istedad istəyir. Düzdür, bayağılıq var, toy səviyyəsinə salıblar. Məsələn, Baləlinin trendə çevrilən son meyxanası “mən qara “Range Rover”əm, sən balaca “Chevrolet...” meyxanası çox bayağıdır. Bu kimi trendlər yaranıb. Hələ başqalarını demirəm. Amma bunlar toylardan çıxır, bu gün ədəbiyyat nümunəsi deyil. Hansı “otura” biləcəksə, o ədəbiyyatda da “oturaqcaq”... Məsələn, Məşədibabanın “Canan” qəzəli var: demə “canan” özünə, canan olub neyləmisən?” Aydın Xırdalanlının Qarabağla bağlı o vaxt “ANS”də dediyi meyxana var idi, Şuşada hava haqqında məlumatla bağlı deyirdi. Yaxşı və yerində olan bir şey idi, hansısa ədəbiyyat nümunəsinə çevriləcək. Ağız ədəbiyyatı belədir. Milyonlarla ağız ədəbiyyatı nümunəsi səslənir, amma biri gəlir şifahi xalq ədəbiyyatında özünə yer tutur, sonra artıq yazılı ədəbiyyatda şifahi xalq ədəbiyyatı nümunəsi kimi təqdim olunur. Əliağa Vahidin də Baləlinin dediyi meyxana kimi meyxanaları var...”

"Başqalarının uşağına irad bildirmək düzgün deyil" - Psixoloq

Tanınmış rusiyalı psixoloq İqor Meinhardt başqalarının uşaqlarına irad bildirməyin düzgün olmadığını deyib.  Sozcu.az lent.az-a istinadən bildirir ki, psixoloq bu barədə müsahibəsi zamanı deyib.  Onun sözlərinə görə, valideynlər təhlükəli olmayan hallarda uşaqların təkbaşına hərəkət etməsinə şərait yaratmalıdırlar.  Psixoloq bildirib ki, tanımadığınız birinin uşağının hərəkətlərindən narahat ola bilərsiniz, ancaq bu sizin ona acıqlanmağınıza və ya söz deməyinizə imkan vermir.  "Oğlunuzu və ya qızınızı qorumaq  istəyi başa düşüləndir. Amma ən azı bir neçə müddətlik fasilə verməlisiniz. Məsələn, uşağınız onları incidən sözlərə necə reaksiya verir? Əgər bunlara çox fikir vermirsə, ona qarışmağa ehtiyac yoxdur. Uşaq tədricən başqaları ilə ünsiyyət qurmağı öyrənməlidir və bu "başqalarının" hamısı mehriban və sakit olacağı mənasını vermir. Uşaqlarınız həmin yeni tanışlarla problem də yaşaya bilər, sözləri tutmaya bilər. Siz çalışın belə məsələlərdə qarışmayın. Onlar onsuzda aralarında məsələni həll edəcək".  Psixoloqun sözlərinə görə, əgər qarşı tərəfdəki uşaqla problem həll olunmursa, bu zaman onun valideyni ilə danışmaq daha məqsədə uyğundur. Qətiyyən uşağa irad bildirməkdən çəkinmək lazımdır. Bu onların qüruruna çox pis təsir edir və onlarda aqresiya yaradır. Buna görə çalışıb uşaqların valideynləri ilə əlaqə saxlamaq məsləhətdir. 

Ramazan bayramında 4 gün iş olmayacaq

Artıq Ramazan ayının bitməsinə sayılı günlər qalıb.  Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.  2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.  Ümumilikdə, cari ayın 21,22,23,24-ü qeyri-iş günləridir. Bayramdan sonra ilk iş günü isə aprel ayının 25-də başlayacaq. 

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir. Sozcu.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni aprelin 13-dən 14-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Su ilə arıqlamağın ən asan üsulu

Su bədəndən toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir. Bütün bunlar yağ yandırma prosesini başladır. Adi içməli suyun müntəzəm və düzgün istifadəsi arıqlamağa kömək edəcək. Bu qənaətə yapon alimləri gəlib. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yuxudan oyandıqdan sonra qəhvə və ya çay əvəzinə otaq temperaturunda bir stəkan su içmək lazımdır. Maye qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamalı, 45 dəqiqədən sonra səhər yeməyini yeməlisiniz. Alimlər deyirlər ki, su içmək aclıq hissini azaldır. Səhər yeməyindən sonra iki saat ərzində heç nə yeməmək tövsiyə olunur. Ac qarına su bədəndən bir gecədə yığılan toksinləri çıxarır, maddələr mübadiləsini və bağırsaqların fəaliyyətini aktivləşdirir, mədə yanmasının da qarşısını alır. Beləliklə, səhərlər bir stəkan sudan müntəzəm istifadə və gün ərzində balanslı bir pəhriz ilə artıq çəki tədricən yox olacaq. Bir ay ərzində, elm adamlarının fikrincə, qan şəkəri və qan təzyiqi normallaşa bilər.

Bahalı nömrəli maşına daş yüklədi

Sosial şəbəkələrdə yayılmış foto görənləri heyrətə salıb. Sozcu.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-BW-002 dövlət nömrə nişanlı, "QAZ 31" markalı minik maşınına kubik daşlar vurulub və yük maşını kimi istifadə edilir. Qeyd edək ki, sosial şəbəkə istiifadəçiləri "maşının bahalı nömrəsi var" kimi fikirlər bildiriblər.