Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

Sozcu.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni aprelin 13-dən 14-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Share on Facebook