İsrail İran prezidenti İbrahim Rəisinin helikopter insidenti ilə əlaqəsini təkzib edib.
Bu barədə Oxu24.com İsrail televiziyasının 13-cü kanalına istinadən xəbər verir.
Jurnalistlər qeyd edirlər ki, İsraildən insidentlə bağlı heç bir rəsmi şərh yoxdur, lakin eyni zamanda, rəhbərlik dünya ölkələrinə onun bu hadisə ilə heç bir əlaqəsi olmadığını açıqlayır.
Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib.
Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.
Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur.