İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"ı məğlub edib

Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib. Sozcu.az xəbər verir ki, turun bağlanış matçı "Rams Qlobal Stadionu"nda baş tutub. Qarşılaşmada qonaqlar qələbə (1:0) qazanıb. Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib. Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" isə 99 xalla liderdir. Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.

Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"

“Gərgin oyunun şahidi olduq. Matça yaxşı köklənmişdik”.  Sozcu.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildiri . O deyib ki, meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir: “Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi "Səbail"lə bundan da vacib oyun gözləyir”. O əcnəbi VAR hakimkərinin Premyer Liqa oyunlarına təyinatına da münasibət bildirib. “Məsələ bizim hakimlərim səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu təcrübəni Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq” - deyə R.Sadıqov qeyd edib.

Rövşən Nəcəf azərbaycanlı azarkeşlərin nə istədiyini bilir?

Rəşad Ergün AFFA-nın yeni rəhbərliyi Azərbaycanda futbolun inkişafı üçün yeni strategiya hazırlayacaq. Bu barədə federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport” telekanalında qonaq olarkən deyib. Əslində, AFFA-nın prezidenti postunda Rövnəq Abdullayevi əvəzləyən Rövşən Nəcəfin yeni vəzifəyə başlamazdan öncə əlində planı-proqramı olmalı idi. O plan-proqramla onu AFFA-ya “seçənlər”i tanış edəndən sonra işə başlamaq üçün xeyir-dua almalı idi və ya… Nə isə… Nəzərə alaq ki, bura Azərbaycandır. Burada seçki də formal xarakter daşıyır, seçkidən öncəki vədlər, planlar-proqramlar da. Rövşən Nəcəf AFFA-ya nə seçki yolu ilə seçilib (alternativsiz seçki olmur), nə də planı-proqramı olub. Sərxan Hacıyev deyib ki, yeni strategiyanın hazırlanmasında yerli və əcnəbi mütəxəssislərin köməyindən istifadə ediləcək. Ümid edək ki, bu yeni strategiya da “Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı” (2005-2015) kimi ölkədə futbolun inkişafına mane olub, bir qrup adamın ciblərini doldurmasına xidmət etməz. AFFA-nın keçmiş rəhbərliyi “Top çiləmə” festivalları ilə, Avropada daim qapazaltı olan milli komandaları nəzərdə tutaraq, “Niyə də yox?” kimi populist şüarlarla günlərini, aylarını, illərini keçirib, ciblərini doldurdu, hətta aralarından ən fürsətcili olan Elxan Məmmədov FİFA-da vəzifə sahibi olmağa da imkan tapdı. Rövşən Nəcəfin və onun köhnə-yeni komandasının eyni səhvləri etməyə nə haqqı qalıb, nə də Azərbaycan futbolunun, idmanın bu növünə könül verən sadə azərbaycanlıların səbri, vaxtı. Azərbaycan azarkeşi artıq aldadılmaq, ələ salınmaq istəmir. “Niyə də yox?” kimi populist şüarlara, “Top çiləmə” festivallarına, Avropa Liqasının final matçının, Avropa çempionatının final mərhələsinin bir neçə oyununun Bakıda keçirilməsinə qarnı toxdur azərbaycanlı azarkeşlərin. Azarkeş nəticə istəyir. Hə, bir də, nəhayət, bu ölkədən də normal bir futbolçunun çıxmasını. Ermənilərdə, gürcülərdə olduğu kimi…(Komanda.az)

PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avro

PSJ “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır. Sozcu.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.  Qeyd olunur ki, Fransa klubu gürcüstanlı futbolçu üçün 80 milyon avro və hücumçusu Randal Kolo Muanini "Napoli"yə icarəyə verməyə hazırdır. İtaliya mətbuatı isə “Napoli”nin Xviçanı 120-130 milyon avro dəyərləndirdiyini yazır.  Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolların bütün turnirlərdə keçirdiyi 43 matçda iştirak edərək 10 qol və 9 qolun ötürməsini edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi

"Bavariya"nın prezidenti Herbert Hayner klubun  Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə danışıqlar apardığını təsdiqləyib. Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Hazırda Ralfla fəal danışıqlar aparırıq. Lakin bir neçə gün daha gözləməliyik. O, əla futbol mütəxəssisidir. Əgər hər şey yoluna düşsə, bu, çox yaxşı seçim olacaq”. Daha əvvəl bildirilmişdi ki, “Bavariya”nın fəxri prezidenti Uli Hoenes 65 yaşlı Ranqnikin komandaya yeni baş məşqçi təyin olunmasının tərəfdarıdır . Qeyd edək ki, "Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuhel bu mövsümün sonunda istefa verəcəyini açıqlayıb.

Van Persi Niderland klubu ilə razılığa gəldi

Niderland millisin sabiq hücumçusu Robin van Persi bu yaydan ölkəsinin "Heerenveen" klubunu çalışdıracaq.  Sozcu.az AD-a istinadən xəbər verir ki, tərəflər iki illik müqavilə bağlamaq barədə razılığa gəliblər. Van Persi sözügedən vəzifədə bu mövsümün sonunda komandadan ayrılacaq Kees van Vondereni əvəz edəcək.  Qeyd edək ki, "Heerenveen" turnirin bitməsinə üç tur qalmış Erediviziya cədvəlində 10-cu yerdədir.

"Sumqayıt" "Qarabağ"ın seriyasına son qoydu

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb. Sozcu.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1. Qurban Qurbanovun komandası bu mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib. Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

“Qalatasaray” rəsmisi azərbaycanlı futbolçulardan danışdı

“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Emin İmanov azərbaycanlı futbolçuların mümkün transferi ilə bağlı açıqlama verib. Sozcu.az qol.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırda heç bir azərbaycanlı futbolçu ilə danışıqlar aparmırlar: “Gündəmimizdə bu məsələ yoxdur. Amma “Qalatasaray” futbol klubu olaraq bizim skautlar tək Azərbaycanda yox, bütün ölkələrdə oyunçulara baxırlar. İnşallah, bir gün mən də Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm. Amma hazırda belə bir şey yoxdur. Əlbəttə, gələcəkdə Azərbaycan klubundan istədiyimiz mövqəyə oyunçu tapsaq, danışıqlar apara bilərik”.

"Bavariya" Kloppu gözləyəcək

"Bavariya" mövsümün sonunda komandadan ayrılacaq Tomas Tuhelin yerinə Yurgen Kloppu gətirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə "Focus" məlumat yayıv. Daha əvvəl Münhen təmsilçisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann göstərilirdi. Lakin Almaniya Futbol Federasiyası mütəxəssislə müqaviləni yenilədiyi üçün Bavariya" yeni baş məşqçi axtarışına başladı. "Bavariya" bu vəzifədə hazırda "Liverpul"a baş məşqçilik edən Yurgen Kloppu görmək istəyir. Almaniyalı mütəxəssis daha əvvəl cari mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacağını açıqlamışdı. Lakin o, məşqçiliyə 1 illik ara vermək istəyir. "Bavariya" isə Kloppu gözləməyə hazırdır. Klub Kloppa görə Hans Diter Fliki müvəqqəti - 2025-ci ilin yayınadək baş məşqçi təyin etməyi nəzərdən keçirir.  Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 66 xalla 2-cidir. "Bayer" artıq yarışda çempionluğu rəsmiləşdirib.

ÇL: “Mançetser Siti” “Real”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Sozcu.az xəbər verir ki, “Mançetser Siti” İspaniya nəhəngi “Real”ı qəbul edəcək. “Bavariya”-“Arsenal” matçı da gecənin növbəti dueli olacaq. Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 17 aprel 23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) Baş hakim: Daniele Orsato (İtaliya). Mançester, “Etihad” stadionu. İlk oyun – 3:3. 23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) Baş hakim: Danni Makkeli (Niderland). Münhen, “Alyans Arena”. İlk oyun – 2:2.

Bu yay "Qarabağ"dan kimlər gedəcək? - Müqaviləsi başa çatan futbolçular...

Azərbaycanda futbol mövsümü finiş xəttinə yaxınlaşmaqdadır. Mayın 26-da Premyer Liqaya yekun vurulur. İyunun 2-də isə Azərbaycan kubokunun final matçı keçiriləcək. Sozcu.az xəbər verir ki, ümumi mövsümün bitməsinə 2 ay qalsa da, klublar indidən transfer çalışmaları ilə məşğuldur. Hazırda onların arasında ən çox diqqət mərkəzində olan isə "Qarabağ"dır. Bu da səbəbsiz deyil. Ağdam təmsilçisi son 11 ilin 10-da Azərbaycan çempionu olub, Avropa kuboklarında uğurlu çıxış edib. Komandanın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsi, bu mərhələdə Almaniya nəhəngi "Bayer"lə inamlı oyunu ona nəinki Azərbaycanda, Avropada da marağı artırıb. O cümlədən "Qarabağ"ın bəzi futbolçuları xarici klubların "radarına düşüb"... Hazırda adı ən çox hallanan futbolçulardan biri Juninyodur. Ötən yay Portuqaliya "Çaves"indən "Qarabağ"a transfer olunan 27 yaşlı hücumçu hazırkı klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Lakin uğurlu oyunu ilə "Qarabağ"ın bombardiri olan Juninyonun artıq bu yay Ağdam klubunu tərk etmək ehtimalı az deyil. Eləcə də müqaviləsi hələ növbəti illərdə başa çatacaq Marko Yankoviçə, onun həmyerlisi Marko Veşoviçə də maraq çoxdur. Lakin indi onların yeni mövsümdə də "Qarabağ"da qalıb-qalmayacağı yüz faiz deyil və tərəflər bununla bağlı qəti fikir bildirməyə tələsmirlər.  İndidən dəqiq olan isə budur ki, hazırkı mövsümün sonunda 8 futbolçunun "Qarabağ"la müqaviləsi başa çatır. Bunlardan biri Andrey Lunyovdur. Amma rusiyalı qapıçının müqaviləsində sənədin daha bir 1 il artırıla biləcəyinə dair şərt də var. Düzdür, futbolçunun meneceri tərəfindən Lunyovun mövsümün sonunda "Qarabağ"dan ayrıla biləcəyinə dair də tez-tez mesaj verilir. Bununla belə, unutmayaq ki, yekunda Lunyovun getməsində də, qalmasında da son sözü deyən həm də... pul olacaq.  Uğurlu oyunu ilə "Qarabağ"ın liderlərindən birinə çevrilən Bəhlul Mustafazədənin də müqaviləsi bu yay başa çatır. Bəhlula da xarici klublardan maraq var. Amma o, gedəcəkmi, qalacaqmı, bax bunu zaman göstərəcək.  Digər mərkəz müdafiəçisi Badavi Hüseynovun da bu yay müqaviləsi bitir. Bədavi 2023/24 mövsümündə vacib oyunlarda iştirak edib və bir çox matçda inamlı oyunu ilə seçilib. Amma əlbəttə, onun komandada qalıb-qalmayacağı baş məşqçi Qurban Qurbanovun rəyindən asılıdır. Digər mərkəz müdafiəçisi, "Qarabağ"ın kapitanı və veteranı Maksim Medvedevin də müqaviləsi bu yay başa çatır. 35 yaşlı futbolçu ilə müqavilənin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil.  22 yaşlı müdafiəçi Nihad Quliyevin də müqaviləsi bu yay başa çatır.  "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın da müqaviləsi bu yay yekunlaşır. 35 yaşlı futbolçu karyerasının son illərini keçirir. Onunla müqavilənin artırılması ehtimalı bu gün üçün çox az görünür. "Qarabağ"ın liderlərindən və azarkeşlərin sevimlisindən olan Abdullah Zubirin də müqaviləsi 2024-ci ilin iyununda başa çatır. 32 yaşlı futbolçu bu mövsüm da əla oyunları ilə xarici klubların diqqət mərkəzinə düşüb. Onların arasında Səudiyyə Ərəbistanı və Fransa klublarının olduğuna dair xarici mətbuatda xəbərlər yayılıb. Bununla belə Zubirin yeni mövsümdə də "Qarabağ"da qalması ehtimalı var. Nəhayət, bu yay müqaviləsi başa çatan futbolçulardan biri də Nəriman Axundzadədir. 19 yaşlı hücumçu "Qarabağ"ın ən ümidverici oyunçularından sayılır. O, bu mövsüm keçirdiyi 38 oyunda 12 qol vurub, 1 qolun ötürməsini edib. Güman etmək olar ki, baş məşqçi Qurban Qurbanov Nərimanın komandada qalmasının tərəfdarıdır və bu səbəbdən, tezliklə onunla müqavilənin uzadılması barədə rəsmi xəbərlərə rast gələ bilərik. ELNUR, Qol.az

“Araz-Naxçıvan” çempionluğunu rəsmiləşdirdi

Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.  Sozcu.az xəbər verir ki, ilk matçda “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi xallarını 46-ya çatdırıb. Bununla da mövsümün qalan oyunlarının nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olan "Araz-Naxçıvan" növbəti çempionluğunu rəsmiləşdirib.  Turun digər oyununda “Baku Fire” U-19-u 10:1, “Yasamal Bakı” isə “Record club”u 11:1 hesabı ilə məğlub edib.