“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb.
Sozcu.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1.
Qurban Qurbanovun komandası bu mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib.
Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.