“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Emin İmanov azərbaycanlı futbolçuların mümkün transferi ilə bağlı açıqlama verib.
Sozcu.az qol.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırda heç bir azərbaycanlı futbolçu ilə danışıqlar aparmırlar:
“Gündəmimizdə bu məsələ yoxdur. Amma “Qalatasaray” futbol klubu olaraq bizim skautlar tək Azərbaycanda yox, bütün ölkələrdə oyunçulara baxırlar. İnşallah, bir gün mən də Azərbaycandan bir oyunçunu “Qalatasaray”da görmək istəyərəm. Amma hazırda belə bir şey yoxdur.
Əlbəttə, gələcəkdə Azərbaycan klubundan istədiyimiz mövqəyə oyunçu tapsaq, danışıqlar apara bilərik”.