Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.
Sozcu.az xəbər verir ki, ilk matçda “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi xallarını 46-ya çatdırıb. Bununla da mövsümün qalan oyunlarının nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olan "Araz-Naxçıvan" növbəti çempionluğunu rəsmiləşdirib.
Turun digər oyununda “Baku Fire” U-19-u 10:1, “Yasamal Bakı” isə “Record club”u 11:1 hesabı ilə məğlub edib.