"Bavariya"nın prezidenti Herbert Hayner klubun Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə danışıqlar apardığını təsdiqləyib.
Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Hazırda Ralfla fəal danışıqlar aparırıq. Lakin bir neçə gün daha gözləməliyik. O, əla futbol mütəxəssisidir. Əgər hər şey yoluna düşsə, bu, çox yaxşı seçim olacaq”.
Daha əvvəl bildirilmişdi ki, “Bavariya”nın fəxri prezidenti Uli Hoenes 65 yaşlı Ranqnikin komandaya yeni baş məşqçi təyin olunmasının tərəfdarıdır .
Qeyd edək ki, "Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuhel bu mövsümün sonunda istefa verəcəyini açıqlayıb.