Tommi Abraham "Beşiktaş"da

"Roma"nın futbolçusu Tommi Abraham karyerasını Türkiyə "Beşiktaş"ında davam etdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. İstanbul təmsilçisi 27 yaşlı hücumçunun transferi ilə bağlı "Roma" ilə razılığa gəlib. "Beşiktaş" Tommi üçün 20 milyon avro ödəyəcək. Bildirilir ki, Abraham artıq Türkiyəyə uçmağa hazırlaşır. Tommi ötən mövsümü icarə əsasında "Milan" da keçirib. O, A seriyasında 29 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mahir “Kayzerslautern”də növbəti qolunu vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində növbəti matçına çıxıb. Sozcu.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Almaniyanın “Hermersberq” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub. Emreli əsas heyətdə yer alıb. O, komandasının 6-cı qolunu vurub.  Matçın yekun nəticəsi isə 10:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb. Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ikinci oyunu olub. Almanların ilk oyunu isə Lüksemburqun "Saar" komandasına qarşı olub. Mahir həmin görüşdə də 1 qol vurub. 

"Mançester Siti"dən özbək futbolçu ilə bağlı rədd cavabı

"Mançester Siti" müdafiəçisi Abdukodir Xusanovu "Lion"a icarəyə verməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumatı yayıb. Fransa klubu 21 yaşlı futbolçunu icarəyə götürmək istəyib. “Mançester Siti” rəhbərliyi isə Özbəkistan millisinin mərkəz müdafiəçisini Liqa 1 təmsilçisinə rədd cavabı verib. Xatırladaq ki, Xusanov qış transfer pəncərəsində “Lans”dan Xosep Qvardiolanın komandasına keçmişdi.

"Qəzzada ölən uşaqları görəndə bütün bədənim ağrıyır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Qəzzadakı vəziyyətdən danışıb. Sozcu.az "The Atletic"ə istinadən xəbər verir ki, mütəxəssis bu haqda Mançester Universitetindəki çıxışı zamanı söz açıb. Qvardiola müharibə şəraitində olan şəhərin durumunun onu məyus etdiyini deyib: "Qəzzada gördüklərimiz çox ağrılıdır. Bu ağrını bütün bədənimdə hiss edirəm. Açığını deyim - bu, ideologiya ilə bağlı deyil. Demək istəmirəm ki, mən haqlıyam, sən isə haqsızsan. Bu, sadəcə olaraq, həyat eşqi, digər insanlara qayğı ilə bağlıdır. 4 yaşlı oğlan və qızların bomba altında qaldığını, öldürüldüyünü görəndə düşünə bilərik ki, bu bizim işimiz deyil. Yaxşı. Amma diqqətli olun. Növbəti uşaq bizim uşağımız ola bilər.  Bu kabus Qəzzada başladığından bəri hər səhər övladlarım Mariya, Marius və Valentinanı görəndə qorxu hissi keçirirəm".Qol.az)

Lamin Yamaldan yeni rekord

"Barselona"nın vingeri Lamin Yamal La Liqada yeni rekorda imza atıb. Sozcu.az xəbər verir ki, 17 yaşlı futbolçu 13 məhsuldar ötürmə ilə bu yaxınlarda başa çatan İspaniya çempionatında ən yaxşı assistent oldu. Bildirilib ki, 21-ci əsrin əvvəlindən bəri 20 yaşından aşağı heç bir futbolçu La Liqada bir mövsümdə bu qədər məhsuldar ötürmə etməyib. İspaniyalı Hans-Diter Flikin komandasının heyətində bütün yarışlarda 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Qeyd edək ki, Lamin Yamal daha öncə İspaniya La Liqasında 17 yaşında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna yiyələnmişdi.

Yamal bu mükafata layiq görüldü

“Barselona”nın vingeri Lamin Yamal mükafata layiq görülüb. Sozcu.az xəbər verir ki, ispaniyalı futbolçuya “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatı təqdim edilib. Mükafatlandırma mərasimi Madriddə keçirilib. Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm “Barselona"da 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Braziliya son 11 ildə hələ belə uduzmamışdı

Braziliya millisi son 11 ilin ən pis məğlubiyyətini alıb. Sozcu.az xəbər verir ki, komanda DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsi çərçivəsində Argentinaya uduzub - 1:4. Braziliya yığması 2014-cü ildən bəri ilk dəfə rəsmi oyunda öz qapısından 4 top buraxıb. DÇ-2014-də sözügedən komanda məhz Argentinaya 1:7 hesabı ilə məğlub olmuşdu. Qeyd edək ki, Argentina bu qələbə ilə DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə turnir cədvəlində 21 xalla 3-cüdür.

AFFA-dan iki futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib. “Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

"Nyukasl" finalda "Liverpul"a qalib gəldi

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib.  Sozcu.az xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib.  Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub.  "Liverpul" - "Nyukasl" - 1:2  Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52 

"Barselona"dan möhtəşəm geridönüş

İspaniya La Liqasında 28-ci tura yekun vurulub. Sozcu.az xəbər verir ki, bu gün 5 oyun keçirilib. “Rayo Valyekano” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Leqanes” evdə “Betis”, “Sevilya” “Atletik”ə, “Osasuna” isə “Xetafe”yə uduzub. Turun mərkəzi oyununda “Atletiko” “Barselona”nı qəbul edib. Meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sonradan 4 qol vuraraq əzmkar qələbəyə sevinib. 16 mart "Leqanes" – "Betis" - 2:3 Qollar: Raba, 29; 44 – İsko, 64-pen. Bakambu, 78. K.Ernandes, 82. "Sevilya" – "Atletik" - 0:1 Qol: Y.Alvares, 84. "Osasuna – "Xetafe" - 1:2 Qollar: Budimir, 45-pen – Terrats, 55; 71. "Rayo Valyekano" – "Real Sosyeda" - 2:2 Qollar: Trexo, 58. P.Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. "Atletiko" – "Barselona " - 2:4 Qollar: X.Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. F.Torres, 78; 90+8. L.Yamal, 90+2. Bu nəticələrdən sonra "Barselona" 60 xalla liderdir. "Real" eyni xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Barselona" rəqiblərindən bir oyun az keçirib.

"Barselona"nın oyunu təxirə salındı

La Liqanın 27-ci turu çərçivəsində bu gecə keçirilməli olan "Barselona" - "Osasuna" oyunu təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  Görüşün təxirə salınmasına səbəb "Barselona"nın həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsidir.  Oyunun nə vaxt keçiriləcəyi barədə məlumat isə qeyd olunmayıb. Əlavə edək ki, "Barselona" hazırda turnir cədvəlində 57 xalla (26 matç) 1-ci, "Osasuna" isə 33 xalla 11-cidir (26 oyuna).

“Real Madrid” məğlub oldu

İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. Sozcu.az xəbər verir ki, bu gün 4 matç baş tutub. "Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub. İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1. Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.