Rəşad Sadıqov "Şamaxı" ilə oyun və qış hazırlığından danışdı

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Şamaxı" ilə bu gün keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb.  Sozcu.az xəbər verir ki, o, əvvəlcə komandasının qış təlim-məşq toplanışını dəyərləndirib: “Budəfəki qış fasiləsi əvvəlkilərdən bir az fərqlidir. 28-29 gün vaxt oldu, amma nəzərə almaq lazımdı ki, bu müddət aralığında 31 dekabr var idi. Plan qurmaq bir az çətin idi. Aydın məsələdir ki, futbolçuların çoxu həmin gün evdə olmaq istəyirdi. Ona görə də ilk rəsmi oyunumuza hazırlaşmaq üçün 15-16 gün vaxtımız var idi. Hazırlıq üçün istənilən qədər vaxt yox idi". R.Sadıqov 3:1 hesablı qələbə ilə bağlı da danışıb. O, hər iki komanda üçün yaxşı matç keçdiyini qeyd edib: "Bu gün ilk oyun idi. Buna baxmayaraq, futbolçular məsuliyyətli və istəkli idilər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı hazırlıq oyunu oldu”.

Türkiyədə qar uçqunu: 16 yaşlı idmançı öldü

Ərzurum Palandökən Xizək Mərkəzində qar uçqunu baş verib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb, 1 nəfər isə ölüb. Ölən şəxsin cüdo üzrə Türkiyə millisinin 16 yaşlı üzvü Əmrə Yazqan olduğu vurğulanıb. Məlumata görə, Ə.Yazqanın əkiz qardaşı Yunis Yazqan da hadisə zamanı xəsarət alıb.

Okan Burukdan Dibalanın mümkün transferi ilə bağlı açıqlama

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Roma"nın hücumçusu Paulo Dibalanın klubun transfer hədəfi olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sozcu.az "NTV Spor"a istinadən xəbər verir ki, Yeni il tədbirinə qatılan mütəxəssis jurnalsitlərə müsahibə verib. O, 31 yaşlı futbolçunun mümkün transferi ilə bağlı sualı belə cavablandırıb:  "Transfer dövrü yaxınlaşdıqca belə xəbərlərin ortaya çıxması olduqca normaldır. Gələcək planlar qururuq, heyətimizi gücləndirmək istəyirik, amma hazırda bütün diqqətim "Kayserispor"la matça yönəlib. Bundan sonra transfer işlərinə başlayacağıq". "Roma"nın baş məşqçisi Klaudio Ranyeri də iki gün əvvəl bu məsələ ilə bağlı danışıb. "Dibalanın başqa prioritetləri varsa, qalmaq istəmirsə, gedə bilər. Amma bu, hər iki tərəfin razılaşmalı olduğu bir şeydir. Mən yalnız burada qalmaqdan məmnun olan oyunçuları istəyirəm.  Dibalada bir narahatlıq hiss etməmişəm". Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Roma"da bütün turnirlərdə 18 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

Juninyo bu xəbəri eşidəndə çox sevindi – Qurbanov

Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" oyundan sonra mətbuat konfransında açıqlama verən təcrübəli mütəxəssis Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya keçidini istisna etməyib: "Juninyo bu xəbəri eşidəndə çox sevinib. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur. Hazırda danışıqlar davam edir. Futbolçularımız artıq Avropa bazarına çıxıb". Qeyd edək ki, III turun görüşündə "Qarabağ" səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

Bakıda Messi ilə görüşmək neçəyədir? - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək. Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 - 50 manat arasındadır. Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək./Metbuat.az

Çalhanoğlu zirvədə

"İnter"in futbolçusu Hakan Çalhanoğlu komandada noyabr ayının ən yaxşı futbolçusu seçilib.  Sozcu.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı türkiyəli yarımmüdafiəçi azarkeşlərinin səsverməsi ilə sorğuda qalib olub. Klubun etdiyi açıqlamada bildirilir: "Arsenal" və "Napoli" ilə matçlarda parlayan Hakan Çalhanoğlu üçün çox yaxşı bir ay keçdi. "San Siro"da "Arsenal" qarşı matçda həlledici qolu vurdu. "Napoli" ilə görüşdə isə uzaqdan vurduğu qol onun şah əsəri oldu". Qeyd edək ki, Hakan Çalhanoğlu noyabrda "İnter"in heyətində 4 oyuna çıxaraq 2 qol vurub. O, zədə səbəbindən ötən ay İtaliya A Seriyasında "Verona"ya qarşı oyunu buraxmalı olub. 

Azərbaycan və Türkiyənin oyunları bu kanallarda

Millətlər Liqasının 5-ci turunun bu gün keçiriləcək bəzi matçları Azərbaycan və Türkiyə kanalları vasitəsi ilə canlı yayımlanacaq. Sozcu.az xəbər verir ki, oyunları aşağıdakı kanallardan izləyə bilərsiniz:  AZƏRBAYCAN "CBC Sport" 23:45 İsveç – Azərbaycan TÜRKİYƏ TV 8 23:45 Monteneqro – Türkiyə

19 yaşlı Arda Gülər Almaniya yolunda - İDDİA

"Real"ın gənc ulduzu Arda Gülər karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Planeta" məlumat yayıb.  Mənbəyə görə, 19 yaşlı yarımmüdafiəçi "Bayer"in diqqət mərkəzindədir. Son çempion Ardanı heyətinə qatmaqda israrlıdır. Alonsonun məsələ ilə bağlı Madrid təmsilçisinə zəng etdiyi də bildirilir. Xatırladaq ki, futbolçu 2024/25 mövsümündə "kral klubu"nun heyətində 11 matçda cəmi 292 dəqiqə meydana çıxıb. 

Mbappe yenə millidən kənarda qaldı - Məşqçisi danışdı

"Real"ın futbolçusu Kilian Mbappe növbəti dəfə Fransa millisinin düşərgəsinə qatılmayacaq.  Sozcu.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam deyib: "Killianla danışıqlarımız oldu və mən qərarı verdim. Bu cür etsək, daha yaxşıdır. Mbappe bizimlə gəlmək istəyirdi. Bu, digər səbəbələrlə bağlı deyil".  Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində 14 noyabr İsrail millisi, 17 noyabr isə İtaliya millisi ilə qarşılaşacaq. 

Şahin Diniyev istefa verdi

“Səbail"in baş məşqçisi Şahin Diniyev istefa verib. Sozcu.az xəbər verir ki, o, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə qarşı matçdan (0:1) sonra açıqlayıb. Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdidiyini söləyib. Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür. Qeyd edək ki, "Səbail" hazırda Misli Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur (10 komanda arasında).

"Qalatasaray" " Beşiktaş"ı məğlub etdi

Türkiyə Superliqasında X turun mərkəzi görüşü keçirilib. Sozcu.az xəbər verir ki, prinsipial oyunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-bom"un heyətində qolları Davinson Sançes və Viktor Osimhen vurublar. Qonaqların yeganə topuna isə Ernest Muçi imza atıb. Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir matç az keçirən qonaqlar isə 20 xalla 4-cü sıradadır.

“Mən “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istəyirəm”

“Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal karyerası haqda danışıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istədiyini bildirib: “Mən “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istəyirəm. Bu böyük klubun tarixinin bir hissəsi olmaq inanılmazdır”. Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub.komanda.az)