"Mançester Siti" PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer etməyə hazırlaşır.
Sozcu.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Bildirilib ki, qapıçı ilə artıq müqavilənin şərtləri razılaşdırılıb.
PSJ əvvəlcə 26 yaşlı italyan üçün 45-50 milyon avro istəyib, lakin klub futbolçunun bir ildən sonra azad agent kimi gedə biləcəyi üçün qiyməti aşağı endirib.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib. Daha əvvəl də onun PSJ-dən ayrılmaq istədiyinə dair xəbərlər yayılmışdı.