“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə “Çelsi”sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir.
Sozcu.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti 27 250 bilet satıldığını deyib.
Klubdan qeyd edilib ki, hazırda məhdud sayda biletlər qalıb. Bunları da yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək olar. Biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
 
                
