Ermənilərin top qurğusu məhv edildi - Video

Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusunun məhv edilməsi anının görüntülərini yayıb. Görüntüləri təqdim edirik:

Ermənilər Şuşanı atəşə tutdu, həlak olan var

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir. Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib. Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam edirilir.

Ermənilərin sursat anbarı məhv edildi - Video

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus sursat anbarı məhv edilib. Sozcu.az xəbər verir ki, Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri məhv edilib.

Ermənilərin texnikası belə sıradan çıxarılır - Foto

Ermənilərin döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılır. Sozcu.az Ordumuzun lokal xarakterli anti-terror əməliyyatı ilə bağlı ilk fotonu təqdim edir:

Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

09:55 Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin, sentyabrın 19-u saat 04:00 radələrində Xocavənd rayonu ərazisində Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub. *** Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu Azərenerji ASC-nin əməkdaşları deyil. Bu barədə qurumdan bildirilib. Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

Bakıda 32 yaşlı kişi əvvəlcə döyüldü, sonra bıçaqlandı

09:49 Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub. Fakt araşdırılır. *** Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verib. Məlumata görə, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub. “Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Qudyalçayın üzərindəki körpü çökdü - Kəndlərlə əlaqə kəsildi - FOTO

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) Sozcu.az-a verilən məlumata görə, əraziyə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Həmkəndlisi öldürüb meşədə basdırdı

Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Bakıda əsgər intihara cəhd edib

Bakıda əsgər intihara cəhd edib. Sozcu.az xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib. Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə yüksəldi

09:03 Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ zamanı 296 nəfər ölüb, 153 nəfəri isə xəsarət alıb. Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Qeyd edək ki, ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib. *** Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, 329 nəfər yaralanıb.

İsmayıllıda leysan yağışları fəsadlar törədib

Dünən gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində İsmayıllının bir neçə kəndində elektrik dirəkləri sıradan çıxıb, böyük fəsadlar yaşanıb. Hadisə nəticəsində İsmayıllı şəhəri, Talıstan, İvanovka, Cülyan və daha bir neçə dağətəyi kəndlərdə çox sayda abunəçinin elektrik xətləri qırılıb, dirəklər aşıb. Hazırda bu istiqamətdə işlər aparılır.

Düşmən Kəlbəcəri yenə atəşə tutdu

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən qeyd olunub.