Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.

Fuad Muradov həbs olundu

Oktyabrın 4-də "Milli Fədai Hərəkatı"nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona  qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər. Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi. Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb./Turan 

Separatçı rəhbərlərlə əlaqə itib

Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib. Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur. Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.

Ermənilərin səfirliyimizə hücumu nəticəsində 25 polis yaralanıb

Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb. "Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib. Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.

Sumqayıtda partlayış oldu - Ölən və yaralanan var

Sumqayıtda partlayış olub. Sozcu.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon adlanan ərazisində yerləşən 27-ci binada baş verib. Qaz sızması nəticəsində meydana gələn partlayışda ölən və yaralananın olduğu bildirilir. Əraziyə yanğınsöndürən və təcili yardım cəlb olunub.

Xankəndidəki partlayışda ölənlərin sayı artdı

Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub.

Ermənilərdən müsadirə edilən silah - sursatın bugünədək olan siyahısı

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi sentyabrın sentyabrın 28-i saat 18:00-a olan məlumatı təqdim edib.  SİLAHLAR 1. Atıcı silahlar – 1151 2. Qumbaraatanlar – 84 3. Top və haubitsalar – 16 4. Minaatanlar – 39 5. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 132 TEXNİKA 1. Zirehli texnika – 18 2. Avtomobil texnikası – 120 3. Qoşqular – 21 4. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Raketlər – 984 2. Top və haubitsa mərmiləri – 2722 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 6653 5. Qumbaralar – 2266 6. Əl qumbaraları – 1368 7. Patronlar – 652842 8. Digər sursatlar – 2132 CİHAZLAR 1. Optik cihazlar – 216 2. Digər cihazlar – 31 TƏCHİZAT 1. Fərdi təchizat vasitələri – 677 2. Müxtəlif silahların qurğuları – 8 3. Digər təchizat vasitələri – 2076

Qarabağ ermənilərindən ŞOK ÇAĞIRIŞ: Özünüzü güllələyin

Xəbər verdiyimiz kimi, qondarma "Artsax" Respublikasının "prezidenti" Samvel Şahramanyan yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı erməni teleqram kanalları yayıb. Fərmanın imzalanmasından sonra Qarabağın erməni əsilli sakinləri qondarma rejimin ləğvində iştirak edənlərə çağırış edib. Çağırışda bildirilir ki, "Artsax Respublikası"nın ləğvində iştirak edənlərin hamısı özünü güllələməlidir: "Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Nikol Paşinyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan və "Artsax Respublikası"nın ləğvində iştirak edənlərin hamısı bu gün özünüzü güllələləsin".musavat.com)

Türkiyədə azərbaycanlı qadın güllələndi

Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda yerləşən bağ evində azərbaycanlı qadın, 39 yaşlı Jalə Bağırovanın meyiti tapılıb. Axar.az Türkiyə mediasına xəbər verir ki, qadının döş qəfəsindən güllə yarası aldığı müəyyən edilib. İddiaya görə, Bağırova birgə yaşadığı Cavid Geçər adlı polis məmuru ilə bağ evində birgə spirtli içki qəbul edib. Daha sonra polis ayaqyolunda olarkən silah səsi eşidib. O, otağa daxil olduqda Bağırovanın sinəsindən güllə yarası aldığını görüb. Çağırışla hadisə yerinə gələn ekspertlər qadının Geçərin tapançasından açılan atəşlə öldüyünü müəyyən ediblər. Olayın intihar, yaxud qətl hadisəsi olduğu aydınlaşdırılır. Saxlanılan polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib.

Vardanyan həbs olunacağını bilə-bilə niyə Laçın postundan keçmək istədi? - Səbəblər

Ruben Vardanyan həbs olunacağını bilə-bilə Laçın sərhəd-keçid məntəqəsindən keçməyə çalışıb. O, bunu bildiyi halda niyə Laçın postundan keçmək istəyib? Politoloq Asif Nərimanlı düşünür ki, burada birdən çox mümkün versiya var: "Rəsmi Bakının "qara siyahısı"nda olan Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda Laçın postundan keçmək cəhdi maraqlıdır. Burada birdən çox mümkün versiya var: Birincisi, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib; İkincisi, Rubenə Laçın postunda həbs ediləcəyi təqdirdə, sonradan buraxılması ilə bağlı kimlərsə vəd verib: vədi verən böyük ehtimalla Rusiyadır; Üçüncüsü, Ruben Rusiya və Avropadakı əlaqələrinə güvənir və hesab edir ki, "dostları" onu darda qoymayacaq; Vardanyanın həbs riskinə rəğmən, Laçın postundan keçmək istəyi də diqqət çəkir. Bunun Xankəndindəki vəziyyətlə bağlı olduğu ehtimalı böyükdür. İstisna deyil ki, yaxın günlərdə separatçılar özlərini buraxacaq və ruslar Rubenə, eləcə də haqlarında cinayət işi açılmış digər separatçılara onları qoruya bilməyəcəklərini deyiblər. Rubenin qaçmaq üçün özünü riskə atması bundan qaynaqlana bilər".

Xankəndidə güclü yanğın - Foto

Xankəndidə "Ekimyan" küçəsi adlanan yerdə güclü yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb. Əlavə məlumat verilmir.

MN qoşunlara müvafiq tapşırıq verib - Eyvazov

Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.