15:06
Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.
Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitini aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
***
Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb.
Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər.
Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.