Lənkəranda 3 yaşlı uşaq qızılcadan öldü

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müəlicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Ailə üzvləri razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.

Vətən müharibəsi qazisi vəfat etdi – FOTOLAR

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib. Sozcu.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, 24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib. O, bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib. Allah rəhmət eləsin!

İclasa qumbara atan deputat həbs edildi

Zakarpatya vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, bu barədə Ujqorod rayon məhkəməsinin səhifəsində deyilir. “Keretskov kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib. Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər. Qeyd edək ki, dekabrın 15-də adıçəkilən deputat Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olaraq özü ilə gətirdi 3 qumbaranı partladıb. Hadisə nəticəsində deputat da daxil olmaqla, 26 nəfər yaralanıb.

FHN-dən əhaliyə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".

Atasının evini yandıran şəxs tutuldu

İki gün əvvəl Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qəzada yaralanan PFL əməkdaşlarının son durumu...

Dekabrın 16-da saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşının son durumu açıqlanıb. TƏBİB-dən Sozcu.az-a bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Sürücünü döyüb, “Prius”unu əlindən aldılar

Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota-Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Şəhid oğlu ürəktutmadan vəfat etdi - FOTO

Tərtər rayonu, Sarıcalı kənd orta məktəbinin Coğrafiya müəllimi, 1985-ci il təvəllüdlü Elmin Məmmədov vəfat edib. Sozcu.az xəbər verir ki, o, bu gün axşam saatlarında evində qəfildən ürəktutmadan dünyasını dəyişib. E.Məmmədov 4 uşaq atası olub. Onun atası Asif Məmmədov isə Birinci Qarabağ müharibəsi şəhididir. A.Məmmədov 1992-ci ildə şəhid olub./İqtisadiyyat.az Allah rəhmət eləsin! 

Bakıda körpü çökdü - Tıxac yarandı

Bakıda körpü çöküb. Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətindəvə “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir. Qeyd edək ki, Milli Hodrometeorologiya Xidməti tərəfindən əvvəlcədən məlumat verildiyi kimi, bir neçə gündür paytaxtda intensiv yağış yağır. Bu isə bəzi yollarda hərəkəti çətinləşdirməklə bərabər, sıxlıq, subasma və çökmə halları ilə müşahidə edilir.

"Prius"da sıxışan sərnişin belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mersedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qusarda avtobus dərəyə aşdı: xəsarət alanların vəziyyəti… – YENİLƏNİB

Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb. TƏBİB-dən Sozcu.az-a bildirilib ki, qəza nəticəsində xəsarət alan altı nəfər (bir kişi, beş qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. “Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, – TƏBİB-dən bildirilib. ***17:10 Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. Sozcu.az “Report”a istinadən bildirir ki, yaralılar Qusar rayon sakinləri – Liana Nəriman qızı Mikayılova, Lamunat Misənnif qızı Bədəlova, Milyanə Vəzirxan qızı Şıxzadayeva, Ruslan Əmiraslan oğlu Əmiraslanov, Aksana Mövlud qızı Beydiyeva və Aysel Mayis qızı Cavadovadır. Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. ***16:24 Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb. 15 sərnişindən 6-sı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanın güclü duman səbəbindən baş verdiyi ehtimal edilir.

27 yaşlı gənc özünü GÜLLƏLƏDİ

Şəkidə intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Çeşməli kəndində, meşəlik ərazidə qeydə alınıb. Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib. Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub. Faktla bağlı araşdırma aparılır. (Report)