Göygöldə avtomobil piyadanı vurub öldürdü

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Göygöl rayon İdman Kompleksinin yaxınlığında baş verib. "Şevrolet" markalı avtomobil 1948-ci il təvəllüdlü Bəndər Əliyevi vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

İranın şimalında, Şərqi Azərbaycan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Tufarqan (Azərşəhr) şəhərindən 36 km cənub-qərbdə qeydə alınıb.

Vyetnamda gəmi qəzaya uğradı: 18 nəfər öldü, 12-si isə...

Vyetnamda Halonq körfəzində turist gəmisi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “VnExpress” portal məlumat yayıb. Qəza nəticəsində 18 turist ölüb, 12-si isə xilas edilib. Qeyd olunub ki, turist gəmisi Cənubi Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən batıb.

Sumqayıtda ağır qəza: Xəsarət alanlar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, “KİA” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. pizza Hadisənin səbəbi araşdırılır.

Avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu

Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub. Sozcu.az "Report"a istinadla, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Gəncədə 43 yaşlı qadın bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, şəhər sakinin 1982-ci il təvəllüdlü A. İbrahimova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib. Hadisənin hansı şəraitdə baş veridiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Qeyd edilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu

Ağdaşda 17 yaşlı gənc - Süleymanlı Dəniz Nəsib oğlu Yuxarı Şirvan kanalında boğulub. Sozcu.az xəbər verir ki, hadisə həmin şəxs kanalda çimərkən baş verib. Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür.

Goranboyda kütləvi dava: xəsarət alanlar var

Goranboy rayonunda kütləvi dava olub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər. Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda meşədə yanğın: bir nəfər tüstüdən zəhərləndi

14:10 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır. *** Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib. Məlumata görə, o, 1976-ci il təvəllüdlü, meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda yanğın davam edir.

Şəhid ailəsi qəzaya düşdü - 5 yaralı var

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün Camal İsgəndərovun idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlara ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub. Əlavə edək ki, ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər. Faktla bağlı araşdırma aparılır.

Sumqayıta qonaq gələn qayınatasını öldürdü - Rəsmi

09:08 Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb. Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir. *** İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhərində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.