Şəkidə ağır qəza: Ölən və xəsarət alan var

Şəkidə ağır yol qəzası olub. Sozcu.az report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.  Faktla bağlı cinayət işi başlanılıb.

Bərdədə dəhşət - Həyətə gedib geri qayıtmadı...

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Report )

Prokurorluq məsciddə öldürülən şəxslə bağlı məlumat yaydı - YENİLƏNİB

İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Azərbaycanda bu ərazilərdə də yanğın başladı

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb. Sozcu.az Report-a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğın əsasən quru ot və kolluq ərazidədir. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb. Sozcu.az xəbər verir ki, hadisə Qaragüney kəndində qeydə alınıb. Kənd sakini Səfərağa Musayev suvarma kanalında boğulub.  Hazırda onun axtarışları davam edir. 

Goranboyda məktəbli anasını və nənəsini öldürdü

Goranboyda iki qadın qətlə yetirilib. Sozcu.az bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. İki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qətli törədən şəxs tutulub. Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Suriyada dəhşətli partlayış: ölənlər var

15:29 Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 70 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, "Əl-Ərəbiyyə" mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib. Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumunun nəticəsidir. *** Suriya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İdlib vilayətinin şimal kənarında yerləşən Maarrat Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 116 nəfər yaralanıb.

Gəncədə bir nəfər şəhərin mərkəzində güllələndi

Gəncədə güllələnmə hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.

Kəlbəcərdə zabit vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib. Sozcu.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissələrinin birində baş verib. Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib. Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq. A.Qasımov ailəli idi, bir övladı var. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda TIR aşdı, taxıl yola dağıldı

Hacıqabulda iri yük avtomobili aşıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə "Qədir-Xum" restoranının qarşısında qeydə alınıb. Bakı istiqamətində hərəkət edən taxıl daşıyan TIR qəfil aşıb və bütün yükü yola dağılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Hazırda yola dağılan taxılın təmizlənməsi işləri görülür.

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizir cəzalandırıldı

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər həmin vaxt gün növbətçisi imiş. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Qusarda yerləşən hərbi hissələrdən birində baş verib. Hadisə baş verən gün gizir əsgər yataqxanasına daxil olub, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerdə olan dolabın rəfini çəkdikdə orada çay paketləri və alma qabıqlarını görüb. Bu səbəbdən bölük növbətçisi olan əsgərə əsəbiləşib. Əsgəri yanına çağıran gizir onun dizinə və başına zərbə vurub. Bu hərəkətinə görə məsuliyyətə cəlb edilən gizir əməlindən peşman olduğunu, əsgərlə barışdığını bildirib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə gizir törətdiyi əmələ görə təqsirli bilinib. Aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla səkkiz ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilib.

Qardaşı ilə balıq tutmağa gedən oğlan kanalda batdı

Masallıda 20 yaşlı oğlan balıq tutmağa getdiyi kanalda boğularaq ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü İbad Güloğlan oğlu Əliyev qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedib. Balıq tutan zaman kanala düşüb və boğularaq ölüb. Onun meyiti qardaşı tərəfindən sudan çıxarılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.