Ukrayna Krımda hərbi aerodromu vurdu

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbələr endirib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, PUA-larla endirilən zərbələr nəticəsində aerodromda olan MiQ-31 təyyarəsi, S-400 hava hücumundan müdafiə sisteminin radar kompleksi, “Pansir-S2” HHM sistemi və 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi sıradan çıxarılıb.

Share on Facebook