Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.  Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) qeyd olunanlarla bağlı əhaliyə təkrar müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.  Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.  Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!  Təhlükə zamanı 112-yə zəng edin! 

“Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki bilir ki...”

“...Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və  bu səbəbdən özünə yeni havadar axtarır...” “Son illərdə Rusiyanın başçılıq etdiyi KTMT kimi hərbi təşkilatdan Ermənistanın çıxma kimi bəyanatları ciddiyə alınmamışdı, hətta Paşinyan “biz deyil, KTMT bizdən çıxır” kimi bəyanlarda bulunmuşdu. Ermənistandakı bəzi siyasi qüvvələr ölkənin Rusiyadan imtina edib NATO blokuna meyillənməsini ölkənin əsas prioriteti hesab etmiş və hakimiyyəti Amerikaya daha çox yaxınlaşdırmaq üçün çalışmışdılar. Amerikanın Rusiya ilə bağlı apardığı siyasətindən ermənilər ustalıqla yararlanmış, ABŞ- NATO genişləndirilməsi proqramına bu şəkildə dəstək vermək istəmişlər.” Bu fikri Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı ifadə edib. “Ermənistanda son illərdə Rusiya əleyhinə aparılan siyasətin nəticəsi kimi Ermənistan -ABŞ ortaq hərbi təlimini göstərmək olar. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki hesab edir ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır. Rusiyanı çevrələyib ona qarşı bütün gücü ilə cəbhə açan ABŞ üçün Ermənistanın belə ucuz xidməti göydəndüşmədir və əslində NATO üçün yeni bir meydanın açılması deməkdir”,- deyə həmsöhbətimiz davamında bildirib.  “Amerika -Ermənistan əsgəri işbirliyi həm də bölgəmizdə gərginliyə səbəb olacaq. Ermənistanla Azərbaycan və Türkiyə arasında gedən danışıqlara da mənfi təsir edəcəkdir. Ən çox gərginlik isə Rusiya ilə Ermənistan arasında yaşanacaqdır. Rusiya ermənilərdən belə bir xəyanəti gözləyirdimi? Rusiyadan eşidilən reaksiyalardan bəlli olur ki, Kreml bu erməni oyununu öncə incələyəcək və şübhəsiz ki , bunun cəzası olacaqdır. Üstəlik, Ermənistanın Roma Statutu ilə bağlı sənədi ratifikasiya etmək üçün parlamentə göndərməsi bu ölkənin nə dərəcədə kəmfürsət olduğunun göstəricisidir. Putin kinli adamdır və gec tez bu risqə də reaksiya olacaqdır... Bir sözlə, yaşanan siyasi gəlişmələr onu göstərir ki, bölgəmizdə maraqlı proseslər başlaya bilər və bu arada ədalətsizcəsinə qurulmuş erməni dövlətinin sonu yaxınlaşmaqdadır... Qəribədir, bu duruma İran necə baxır. Bəzi politoloqlar belə bir fikri səsləndirirlər ki, guya İran Ermənistan üzərindən ABŞ-la əlaqə qurmaqdadır”,- deyə ermənişünas alim sonda sual edib.

Tiflis Rusiya qarşısında sürünməyəcək - Zurabişvili

İstefa verəcəyimlə bağlı arzunuzu unudun, mən olduğum yerdəyəm, hara lazımdırsa, gedəcəm, bu mənim konstitusiya borcumdur. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Özümü yalnız məni prezidenti seçmiş Gürcüstan cəmiyyətinin qarşısında cavabdeh hesab edirəm. Gürcüstan əhalisi kimi mən də əminəm ki, Tiflisin problemlərinin həlli yalnız Avropa ilə mümkündür. Məhz buna görə Berlinə, Brüsselə, Parisə gedirəm. Əlaqələrimdən istifadə edirəm, mənə inamın olmasından istifadə edirəm. Əgər siz önə çıxıb bu perspektivin sizin üçün nə qədər vacib olduğunu bütün Avropaya göstərməsəydiniz, bəlkə də mənim bu qədər inamım olmazdı. Mən müxtəlif liderlərlə görüşəndə ​​bilirlər ki, sizin seçdiyiniz adamam və bu perspektivi, bu gələcəyi siz seçirsiniz. Ümid edirəm ki, bu iki ay yarım və ya üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarını ziyarət edə biləcəyəm və arzumu, gələcəyinizi qoruya biləcəyəm. Hamı bilir ki, Gürcüstan bunu istəyir, Tiflis heç vaxt Rusiya qarşısında sürünməyəcək, biz bunu birlikdə müdafiə etməliyik”, - o bildirib.

Ermənistan bölmələrini gücləndirir, İran da yardım edir

Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpusları fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatları təsdiqləyirlər. Sozcu.az xəbər verir ki, bu barədə "Caliber"in məlumatında bildirilib. Qeyd olunub ki, təmir və texniki hissələr durmadan işləyir, təmir oluna bilən hər şeyi işə salmağa çalışırlar: "Ermənistan Azərbaycanın Qarabağ bölgəsi ərazisində də silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftədə ehtiyatda on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlərin guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamaları "Azərbaycana dezinformasiya kampaniyasından başqa bir şey deyil" deyə dünya ictimaiyyətini çaşdırırlar. Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversiya xarakterli təxribat əməliyyatları aparıla bilər, eyni zamanda əsas döyüş əməliyyatları düşmən tərəfindən bizim Ermənistanla şərti sərhədimizə keçəcək".

Ukrayna 25 “Şahid”i məhv etdi

Rusiya sentyabrın 7-də gecə saatlarında Ukraynanın Sum və Odessa vilayətlərinə PUA hücumu edib. Sozcu.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, 33 PUA-dan 25-i Ukrayna hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

Separatçılar Kəlbəcərdə təxribata əl atdı: Ordumuz dayandırdı

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rusiyanın itkiləri 267 minə yaxınlaşır

Ukrayna müharibənin 560-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 266 290 hərbçi, 4497 ədəd tank, 8682 ədəd zirehli döyüş maşını, 5685 ədəd artilleriya sistemi, 748 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 505 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8190 ədəd avtomobil texnikası, 4519 ədəd PUA, 1447 qanadlı raket, 19 gəmi/qayıq, 852 xüsusi avadanlıq itirib.

Ukrayna kəşfiyyatı separatçı generalı evində partlatdı

Donbas separatçılarının generalı Yuri Afanasyevskiyə sui-qəsd edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, partlayış generalın evində baş verib. Baş, boyun və sinəsindən yaralanan general ağır vəziyyətdə reanimasiyadadır. Partlayışın Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi ehtimal olunur. Qeyd edək ki, Afanasyevski Rusiya FTX-sinin general-mayoru və casusu qondarma “lxr”in rəhbəri Leonid Paseçnikin “maliyyəçi”si hesab olunur. Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı qruplaşmaları maliyyələşdirmək üçün pulların yuyulmasında iştirak edib. General AB, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiyanın sanksiyaları altındadır.

Müəllim olmaq istəyənlərin nəzərinə!

Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. Sozcu.az xəbər verir ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Təkrar sertifikatlaşdırmadan keçməyərək əmək müqaviləsi ləğv olunan müəllimlər bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaq.

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşüb

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış azərbaycanlı hərbçi itkin düşüb. Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Osmanov Tərlan Eyvaz oğlu bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur. Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib. Hazırda onunla bağlı axtarışlar davam edir.

Yardım TIR-ları 7 gündür Ağdam yolunda gözləyir

Yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır. Sozcu.az xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Ukrayna müharibəni Rusiya ərazisinə keçirir - Yeni mərhələ

Ukraynanın müdafiə sənayesi görünməmiş şəkildə sürətlə inkişaf edir. Bu, Kiyevə cəbhə xəttindən xeyli kənarda zərbələr endirməyə imkan verir. Sozcu.az xəbər verir ki, bu barədə CNN-də yayılan məqalədə bildirilib. Qeyd olunub ki, Ukrayna hücum təyyarələri, dəniz dronlarının istehsalını inkişaf etdirir, həmçinin özünün uzaqmənzilli raketlərinin istehsalına başlayır. Rusiya ərazisinə kütləvi dron hücumlarından bəhs edilən məqalədə müharibənin yeni mərhələsinin başlandığı vurğulanıb: "Ukraynanın müharibəni Rusiya ərazisinə keçirtmək istəyinin artması yeni mərhələnin ən dramatik sübutudur. Hava və dəniz pilotsuz təyyarələri, sirli yeni raketlər və komando bölmələri bütün alətlər dəstinin bir hissəsidir. Hədəflər arasında Rusiya aerodromları, hava hücumundan müdafiə sistemləri və gəmilər var. Ukraynanın münaqişəni genişləndirmək üçün çoxlu səbəbləri var".