Kəlbəcərin azad edilməsindən üç il keçir

Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən üç il keçir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi müstəvidə əldə olunan qələbənin siyasi müstəvidə davam etdirilməsi prosesinə başlayıb. 10 Noyabr Bəyanatına əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə itki vermədən nail olub. Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu gün Azərbaycan Kəlbəcərdə infastruktur qurur. Kəlbəcər əsrarəngiz təbiətə, Ermənistanla sərhəddə yerləşdiyindən unikal strateji önəmə sahibdir. Ötən üç il ərzində Azərbaycan Ordusu Kəlbəcərdəki mövqelərini xeyli dərəcədə möhkəmləndirib. 

Bunlara riayət etməyənlər kiberhücuma məruz qalır

İnternetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Sozcu.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev deyib. O bildirib ki, belə vətəndaşların ümumi sayı haqqında məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya və fərdi məlumatlarını hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası Xidmətimiz tərəfindən müəyyənləşdirilib.

Bu gün “artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyan dindiriləcək...

Bu gün saat 11:00-da gorbagor(!) “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan İrəvanda 44 günlük müharibədə  baş verənləri araşdıran komissiyanın qəbulunda olacaq.  Sozcu.az xəbər verir ki, bu haqda “Hraparak”  nəşri məlumat yayıb. “Şahramanyanın “dindirilməsi” qapalı formatda baş tutacaq, baxmayaraq ki, komissiyanın presedenti var və Nikol Paşinyan sessiyanı canlı yayımlayaraq açıq rejimdə dinlənilib. Ancaq məşhur atalar sözündə deyildiyi kimi, Zevs üçün mümkün olan, öküz üçün mümkün deyil. Biz komissiyadan Samvel Şahramanyanın özünün qapalı formata üstünlük verib-vermədiyini soruşduq. Komissiyadan mənfi cavab verilərək bildirildi ki, format məsələsi müzakirə belə olunmayıb”- deyə davamında erməni nəşri yazır.

Nazirliyin Qarabağ açıqlamasında rüsvayçılıq – “Bu, son deyil…”

Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağla bağlı yaydığı məlumatda dilemma qarşısında qalıb. Sozcu.az xəbər verir ki, nazirlik press-relizdə Azərbaycanın Qarabağ İqtisadi rayonundan bəhs edərkən “artsax”, “Dağlıq Qarabağ vətəndaşları”, “Dağlıq Qarabağ sakinləri” ifadələrindən istifadə edib. Erməni ekspertlər nazirliyin bu yanaşmasının rüsvayçılıq olduğunu bildiriblər: “Nazirlik tərəfindən yazılmış mətn Nikol Paşinyanın “artsax”la bağlı siyasətini yaxşı xarakterizə edir. Əvvəlində “artsax respublikası”, ortada “Dağlıq Qarabağ vətəndaşları”, sonunda isə sadəcə olaraq “Dağlıq Qarabağın sakinləri”. Başqa sözlə, enən xətlə gedir və bu, son deyil”. Qeyd edək ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Bu baxımdan Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən məlumatda üç saxta variantı yazması İrəvanın növbəti təxribatıdır.globalinfo)

ABŞ və Kanada arasındakı körpüdə partlayış: ölənlər var

ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. Hadisə Nyu Yorka gedən “Mersedes” markalı avtomobildə baş verib. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb. ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Araik Arutyunyanın nümayəndəsi də dindirilmək üçün istintaqa cəlb edildi...

Gorbagor(!) “artsax”ın iki aya yaxındır ki, Bakıda həbsdə olan keçmiş qondarma “prezidenti” Araik Arutyunyanın təhlükəsizlik və təxliyə məsələləri üzrə nümayəndəsi Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb.  Sozcu.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti yazıb. Qəzetin əldə etdiyi məlumata görə, V.Badasyan Ermənistan Cinayət Məcəlləsinin 330-cu (Zorakılığa açıq çağırışlar, zorakılığa ictimai əsaslandırma və ya təbliğat, habelə bu məqsədlə material və ya əşyalar yayma) maddəsi ilə dindirilib. Armlur.am-ın yazdığına görə isə, 44 günlük savaş zamanı “Hadrut müdafiə bölgəsi”nin birinci batalyonunun komandiri olmuş Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunub.  “Məlumatı onun müdafiəçisi Rafael Martirosyandan öyrənməyə çalışdıq və o, məlumatı təsdiqləyib. Ancaq vəkili Badasyanın hansı cinayət işi üzrə dindirilməyə çağırıldığını açıqlamaq istəməyib. Bizə məlum oldu ki, o, sosial səhifəsində ictimai çıxış yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, bu, zorakılığa çağırışdır. Lakin V.Badasyan  konkret hansı yazıya görə dindirilməyə aparıldığını, hələ ki, öyrənə bilməmişik”,- deyə erməni nəşri bildirir.

Zelenski: "5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”

“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etməsi iddiasından bəhs edərkən deyib. “Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan oldu”, - V.Zelenski vurğulayıb. Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək. Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”.

Bayden və Szinpin növbəti görüş barədə razılaşdılar

ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin San-Fransiskodakı sammitdə yenidən görüşmək barədə razılığa gəliblər, lakin vaxt təyin edilməyib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Qeyd edək ki, rəsmilər arasında danışıqlar ötən həftə Kaliforniya ştatının San-Fransisko şəhərində keçirilən APEC forumu çərçivəsində baş tutmuşdu.

Gəmi İranın əmri ilə ələ keçirilib - Netanyahu

Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Britaniya şirkətinə məxsus olan və yapon şirkəti tərəfindən idarə edilən gəmi İranın istəyi ilə Yəməndə husi milisləri tərəfindən ələ keçirilib", - deyə o bildirib. Qeyd edək ki, husilər Ədən körfəzində İsrailə məxsus quru yük gəmisini ələ keçirdiklərini bildiriblər. İsrail tərəfi isə bu gəminin onlara məxsus olmadığını açıqlayıb.

Hindistandan Ermənistana özüyeriyən MArG 155 haubitsaları göndərilir

Özüyeriyən MArG 155 haubitsaları Ermənistana çatdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən Idrw portalı məlumat yayıb. MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır. MArG Hindistan istehsalı olan "Ashok Leyland Mk 4" hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.apa

HƏMAS varsa, Qəzzada sülh olmayacaq - Bayden

HƏMAS-ın məhvi təşviq edən ideologiyası var olduğu müddətdə Qəzzada atəşkəs sülh gətirməyəcək. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. "HƏMAS məhvetmə ideologiyasına sadiq qaldıqca, atəşkəs sülhə çevrilməyəcək. HƏMAS üçün hər atəşkəs raket ehtiyatlarını bərpa etmək, döyüşçüləri yerləşdirmək və öldürməyə davam etmək üçün qazanılmış vaxtdır", - Bayden bildirib.

Boşanmalar artıb, nikahlar AZALIB

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb. Bu barədə Sozcu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin oktyabrın 1-i vəziyyətinə 39 134 nikah və 16 226 boşanma halları qeydə alınlb. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.