Bakıda ağır qəza: maşın dərəyə yuvarlandı, 5 nəfər...

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Bakı.vs-ə istinadla xəbər verir ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB

Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir. 17:39 Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. "Report"un əldə etdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Rusiya Prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmayacaq. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin deyib. Şetinin Putinin imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun davranır. Bəzi ekspertlər hesab edir ki, Ukrayna Roma Statutunu imzalayan Meksikadan Kreml rəhbərinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunmasını xahiş edib və Putin bu səbəbdən Meksikaya getməkdən ehtiyat edir.

Ödəniş terminallarında komissiya haqqı tutulur? - Rəsmi CAVAB

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən "MilliÖn" və "E-manat" ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.  Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.  Modern.az məsələ ilə bağlı "MilliÖn" şirkəti ilə əlaqə saxlayıb.  vakansiyalar Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.  "Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, - açıqlamada qeyd olunub. 

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?

“Avqustun ortalarından internetin minimum trafik sürətinin 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb. Amma abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İradlarında da haqlıdırlar. Təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır. Bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub. “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmadı. Bu da gözlənilən idi”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az söyləyib. O deyib ki, “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Onun sözlərinə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil: “Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.

Azərbaycan məktəblərində telefon qadağan olunur - MÜHÜM AÇIQLAMA

Bir müddət öncə Rusiyada məktəbə telefon gətirmək qadağan olunmuşdu. Bu yaxınlarda Türkiyədə də eyni qadağa tətbiq olundu. Bu dəfə təkcə şagirdlər yox, həm də müəllimlərə dərs zamanı telefondan istifadə etmək qadağan edilib.  Bəs Azərbaycanda belə bir qərarın qəbul olunmasına ehtiyac varmı? Uşaqları texnologiyadan qorumaq, yoxsa ona yaxınlaşdırmaq daha ideal variantdır?  Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, mövcud vəziyyət şagirdlərin dərsə smartfon tipli telefonlar və saatlar gətirməsi qadağan edilməsini tələb edir:  vakansiyalar “Əlbəttə, bu zaman sual qoyula bilər ki, zamanın tələbinə görə telefon vacibdir, valideynlər övladları ilə necə əlaqə yaratsınlar və s. Amma məktəbə telefon gətirməklə sinifdə telefondan istifadə etmək arasında fərq çoxdur. Şagird məktəbə telefon gətirə bilər, lakin vacibdirsə, ondan tənəffüs vaxtı istifadə edə bilər. Dərs vaxtı telefonlar səssizə alınmaqla ya sinif rəhbəri, ya da sinif nümayəndəsi tərəfindən yığılaraq xüsusi qutuda saxlanılmalı, ya da ümumiyyətlə, məktəbə daxil olanda direktor tərəfindən təyin edilən səlahiyyətli şəxs tərəfindən yığılmalıdır. Qaydaya riayət etməyənlər "cəzalandırılsa", o zaman bu doğrudan da qaydaya çevrilər və tədricən şagirdlərin telefondan düzgün istifadə qaydası formalaşar”.  Ekspert onu da qeyd edib ki, məktəbdə texnologiyadan istifadə üçün kifayət qədər resurlar mövcuddur: “İndi bir çox məktəblərdə rəqəmsal dərslər belə keçirilir. Mümkün olan halda sagirdlər müəyyən proqramlara çıxışı məhdudlaşdırılan planşetlərdən istifadə edə bilərlər. Müəllimlərə gəldikdə isə onlara telefondan istifadənin qadağan edilməsinə, mənim fikrimcə, ehtiyac yoxdur. Əgər müəllim öz vəzifə borcunu bilirsə o, telefondan sui-istifadə etməz. Amma hələki dərs prosesində elə hallar olur ki, vacib internet resurlarına müraciət etmək lazım gəlir. Əgər hər sinif otağı internetə çıxışı olan kompüterlə təmin edilsə, müəllimlərin də dərs vaxtı telefondan istifadəsi qadağan edilə bilər”.

Paşinyanı devirmək istədilər - Qarşısı alındı

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb. “Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqların bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov-Don şəhərinə gələrək, buradakı “Arbat” hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”, - açıqlamada bildirilir. Məlumata görə, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub. Qurum 4 nəfər barəsində axtarış elan edildiyi açıqlayıb.

Ağlasığmaz: Ruslar Ukrayna əsgərini qılıncla doğradı

Rusların qılıncla edam etdikləri silahsız, əli bağlı ukraynalı əsgərin görüntüləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT ilə əlaqə saxlamışıq. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın insan haqları üzrə komissarı Dmitri Lubinets deyib. “Barbarlığın və qaniçənliyin səviyyəsi ağlasığmazdır. Bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”, - Lubinets bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə sinəsinə qılınc sancılmış ukraynalı əsgərin görüntüləri yayılıb. Bildirilib ki, rus hərbçilər onu edam etdikdən sonra üzərinə “Kurska görə” yazısını yazıblar. Hadisənin harada baş verdiyi məlum deyil.

Azərbaycan İrandakı səfirini geri çağıra bilər

İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır. Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Azərbaycan cəmiyyətinin daim diqqət mərkəzində olan bu hadisəni media da diqqətlə izləyir. Sozcu.az Report-a istinadla xəbər verir ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər. Bəs nədən bu qərarın icrası gecikir? Apardığımız araşdırma ortaya bir sıra ehtimalların çıxmasına səbəb olub. Məsələn, terroru törədən İran vətəndaşı Yasin Hüseynzadənin həyat yoluna nəzər salsaq, ortaya bir sıra maraqlı məqamlar çıxır. 55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var. Bir günahsız insanın qətli, iki nəfərin yaralanmasını həyata keçirən bu terrorçunun edam olunmasının qarşısını çox güman ki, onun SEPAH üzvü olması alır. Məhz bu qurum onun edamının icrasına əngəl olur. Halbuki, bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov bu ilin yanvarında bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin. Qeyd edək ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Və təəccüb doğuran hal hadisə yerinə polis əməkdaşlarının ən sonda gəlməsi olub.

Elman Paşayev Moskvada SAXLANILDI

Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada iş adamı Aleksey Blinovski ilə görüşü zamanı onu inandırıb ki, böyük pul mükafatı müqabilində onu və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.

Asif Yusifli AXCP-dən istefa verdi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli partiyasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində paylaşım edib. A. Yusifli partiyadan ayrılma səbəbini AXCP-nin xroniki boykot qərarları ilə əlaqələndirib. vakansiyalar Qeyd edək ki, AXCP 2013-cü ildən sonra bütün seçkilərdə iştirak etməyib.