DİQQƏT: Bir sıra dövlət qurumlarında iş rejimi dəyişəcək - RƏSMİ + SİYAHI

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. APA-nın xəbərinə görə, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib. Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb: dirnaq modelleri - dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla); - Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi; - dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi. Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

İran hücumu: Netanyahu döyüşü buradan idarə edəcək

İsrail Baş Təhlükəsizlik Xidməti Qüds ərazisində İsrail rəhbərliyi üçün yeraltı bunker hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Valla” portalı məlumat yayıb. Bildirilir ki, ölkə rəhbərliyi uzun müddət burada qalaraq ölkəni idarə edə biləcək. Qeyd edilir ki, sözügedən bunker “Hizbullah” hərəkatı və İran tərəfindən gözlənilən hücum fonunda hazırlanıb.

Bakıda kişi binanın qabağında sirkə turşusu içib öldü

Bakıda intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 54 yaşlı R.R. yaşadığı binanın qarşısında sirkə turşusu içərək intihara cəhd edib. O, dərhal Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna daha 8 uşağı Rusiya işğalındakı bölgədən geri alıb

Ukraynanın Xerson vilayətinin Rusiya işğalındakı hissəsindən 8 uşaq rəsmi Kiyevin nəzarət etdiyi ərazisinə qaytarılıb. Sozcu.az xəbər verir ki, Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bu gün Rusiyanın işğalı altında olan bölgənin sol sahil hissəsindən 6-17 yaş arası 8 uşağın Ukraynanın nəzarətində olan bölgə ərazisinə qaytarıldığını açıqlayıb. Prokudinin sözlərinə görə, uşaqlar valideynlərinin yanında təhlükəsizlikdədirlər. O, uşaqların geri qaytarılmasında göstərdiyi köməyə görə “Ukraynanı xilas et” xeyriyyə təşkilatına təşəkkür edib. Səlahiyyətlilərin məlumatına görə, bu ilin əvvəlindən 162 uşaq Ukraynanın nəzarətində olan ərazilərə qaytarılıb.

Qazaxıstandan çağırış: İsrail və Livana səfər etməyin!

Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına regionda vəziyyət sabitləşənə qədər İsrail və Livana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib. Sozcu.az xəbər verir ki, hazırda sözügedən ölkələrdəki qazax vətəndaşlara ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı olmaq, son xəbərləri izləmək, həmçinin Xarici İşlər Nazirliyi və Qazaxıstanın İsrail və Livandakı səfirlikləri ilə əlaqədə qalmaq tövsiyə edilib.

Bayden Haniyənin ölümündən danışdı: Kömək etmədi...

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada barışıq əldə etmək səylərinə töhfə vermədi. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Bu, kömək etmədi”, - Bayden bildirib.

Şəhidin dul arvadı bu halda sosial ödəniş ala bilməyəcək

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır. Sozcu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb. Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.

İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran

İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla 12 qohumunu qətlə yetirib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Haniyənin qətlini şərh edərkən deyib. "Son hücum zamanı sionistlər qəsdən övladları və kiçik nəvələri də daxil olmaqla, Qəzzada Haniyənin ailəsinin 12-dən çox üzvünü qətlə yetiriblər. Əminik ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək",- o bildirib.

ATƏT-in müşahidə missiyası sabahdan fəaliyyətə başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib. O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.

Beyruta zərbə: Bir nəfər öldü, 17-i yaralandı

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Axbar” məlumat yayıb. Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb. Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Bakıda DƏHŞƏT: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Bakıda ər arvadına işgəncələr verib. Hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir. Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb. Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib. Məlumata görə, cütlüyün bir övladı var. Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.//Lent.az

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi

Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib.  Sozcu.az xəbər verir ki, məlumatı Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.  Bildirilir ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.  Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyev sədrliyi ilə keçirilən istintaq orqanın təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  "Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - açıqlamada deyilir.  Qeyd edək ki, Rəhim Laçınovun həbs olunması barədə ilk xəbəri "bizim.media" saytı yayıb.