İçki məclisindən sonra tanışını ÖLDÜRDÜ

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib. Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yeni faktlar - VİDEO

Bir neçə gün öncə odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, yasda iştirak edən Musavat.com-un əməkdaşlarının məlumatına görə, sabiq baş pediatrın yas mərasimində xanımı və övladları iştirak etməyib.

Bakıda narkotik satışının yeni forması - Divarlara ünvan yazırlar

“Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum Teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb”. Sozcu.az xəbər verir ki, bunu bloger Fərid Pərdəşunas öz sosial şəbəkə hesabında yazıb. "Azercell və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin Teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır. Hələlik, linklər bloklanana qədər əgər belə link olan yazılar gördüyünüz küçə, divar, qarajlar varsa, rəydə fotolarını atın və adreslərini yazın, üzərini bu formada bağlatdıraq”-deyə o, bildirib.BakuPost)

Nəsib Quliyev bu qadına görə intihar edib - Sensasion fakt

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub. Axar.az-ın əldə etdiyi məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.) göstərib. O xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır. Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir. Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Ölkəni şoka salan hadisə ilə bağlı yeni açıqlama: “Deyirlər ki, təzə rəhbərlik...” - Video

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib. Hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib. Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib: “Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”. Qeyd edək ki, Nəsib Quliyev Goradeldə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub. Ətraflı Baku TV-nin süjetində:

Dəhşət: Üç uşaq diri-diri yandı

Rusiya Federasiyasının tərkibində yerləşən Buryatiya Respublikasında kənd sakini qadın üç körpə uşağını - 1 yaşlı qızını, 2 və 4 yaşlı oğullarını evdə təkbaşına qoyaraq qonşunun evinə içki içməyə gedib.  Oyun oynadıqları zaman uşaqlardan biri ehtiyatsızlıqdan pərdəni yandırıb. Yanğın çıxdığını görən və qorxan uşaqlar şkafın içində gizləniblər, lakin xilas ola bilməyiblər. Yanğını görən ana evə doğru qaçıb, lakin qonşular onu yanğından uzaqlaşdırıblar. Qadın çarəsizcə yanğınsöndürənlərə içəridə uşaqların olduğunu qışqırıb. “Orada uşaqlar var! Orada mənim uşaqlarım var!”, - deyə o kömək istəyib. Lakin ev tamamilə yanıb və uşaqları xilas etmək mümkün olmayıb. Təkcə ana və dördüncü uşağı - faciə zamanı məktəbdə olan 10 yaşlı oğlu sağ qalıblar. Bir çoxları baş verən hadisədə ananı günahlandırıb və onun səhlənkarlığa yol verdiyini, analıq hüquqlarından məhrum edilməli olduğunu deyiblər./Musavat.com  

NATO Aralıq dənizində böyük təlimlərə başlayır

NATO hava hücumundan müdafiəni təkmilləşdirmək üçün təlimlər keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə "UK Defence Journal" nəşri məlumat yayıb. “Ramstein Flag 24” adlı təlimlər sentyabrın 30-dan oktyabrın 11-dək Yunanıstanın Peloponnes yarımadasının qərbində baş tutacaq. Təlimlər 13 müttəfiq ölkə arasında hava, dəniz və qurudan müdafiə taktikasını təkmilləşdirmək məqsədi daşıyır. Onlara qırıcılar, quru qoşunları, dəniz qüvvələri və xüsusi təyinatlılar daxil olmaqla 140-dan çox təyyarə cəlb olunacaq. Təlim yüksək texnoloji taktiki hava hücumundan müdafiəni sınaqdan keçirmək və raketdən müdafiə strategiyasını təkmilləşdirmək üçün keçirilir. NATO Hərbi Hava Qüvvələrinin komandanı, general Ceyms Hekker deyib ki, təlimlər gələcək təhdidlərə qarşı mübarizəyə hesablanıb.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 76 yaşlı qadının intihar etdiyi məlum olub. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.apa

Arvadına 22 bıçaq zərbəsi vuran kişi həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs olunub. Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib. (Lent.az)

Qızı ilə Kürdə batan atanın meyiti tapıldı

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  Bu barədə Sozcu.az-a FHN-dən bildirilib.  Qeyd edilir ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.  Əlavə məlumat veriləcək.  Qeyd dək ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gedib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. 

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək öldü

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Cəlilabadda yük maşını aşıb - FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. "İsuzu" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.apa