Saatlıda qadın faciəvi şəkildə öldü

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook