Şok: Ukrayna 6 “Xəncər”, 9 “Kalibr”i məhv etdi

Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və “Şahid” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib. Onun sözlərinə görə, 6 ədəd MiQ-31K təyyarələrindən 6 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, Qara dənizdən 9 ədəd “Kalibr” qanadlı raketi və 3 ədəd yerüstü bazalı (S-400, “İsgəndər”) raket atılıb. “Bütün raketlər Ukrayna Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.

Separatçıların “daxili işlər naziri” yaralandı

Luqansk separatçılarının “daxili işlər naziri” İqor Kornet yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Onun Luqanskdakı partlayışlar zamanı yaralandığı bildirilir. Kornet xəstəxanaya yerləşdirilib.

Ukraynanın əks-hücumunun ilk uğuru - Sırski

Ukrayna qoşunlarının Baxmut istiqamətində irəliləməsi Baxmutun müdafiəsi üçün hücum əməliyyatlarının ilk uğurudur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski deyib. “Son bir neçə gün göstərdi ki, biz hətta belə çətin şəraitdə də irəli gedib düşməni məhv edə bilərik. Biz düşməndən daha az resursla döyüşürük. Bununla belə, onun planlarını məhv etməyi bacarırıq. Bunların hamısı insan imkanlarının ən yüksək həddini aşaraq işğalçıya qarşı mübarizə aparan döyüşçülərimizin sayəsindədir”, - Sırski bildirib.

Rusiyanın itkiləri 199 minə yaxınlaşır

Ukrayna müharibənin 445-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 198 880 hərbçi, 3756 ədəd tank, 7325 ədəd zirehli döyüş maşını, 3116 ədəd artilleriya sistemi, 562 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 314 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6018 ədəd avtomobil texnikası, 2696 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 404 xüsusi avadanlıq itirib.

Rusiyanın iki helikopteri və iki qırıcısı vuruldu

Rusiyanın Bryansk vilayətində helikopter alışıb və qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı TASS fövqəladə hallar xidmətindəki mənbəsinə istinadla yayıb. Bildirilib ki, ilkin məlumata görə, helikopterin mühərriki alovlanov və təyyarə Klints şəhərinə düşüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadaları göndərilib. Hələlik, helikopterin qalıqları tapılmayıb. *** Rusiya mediası Bryansk vilayətində bu gün daha bir Mi-8 helikopterinin qəzaya uğradığını bildirib. Helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb. “Mash” nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki Mi-8 helikopteri, Su-34 və Su-35 qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub. Bryansk vilayətində axtarış əməliyyatları aparılır.

Rusiyanın itkiləri 198 MİNİ keçdi

Ukrayna müharibənin 444-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 198 260 hərbçi, 3751 ədəd tank, 7307 ədəd zirehli döyüş maşını, 3095 ədəd artilleriya sistemi, 561 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 314 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6011 ədəd avtomobil texnikası, 2665 ədəd PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 402 xüsusi avadanlıq itirib.

Rusiya ordusu Baxmutdan qaçır - Priqojin

Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir. Sozcu.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir. Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb. “Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.

Moskvada zavodda yanğın baş verdi

Moskvada MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu zavodun ərazisində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yanğın söndürülüb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ukrayna Baxmutun böyük hissəsini geri aldı

Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəliləməsi hələlik əks-hücum deyil, lakin bu, yaxşı irəliləyişdir. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi eksperti İvan Stupak bildirib. “Onlar ikinci raundda yenidən başladılar, çünki ötən il olduğu kimi, mayın 9-na kimi müddət var idi. Digər ərazilərlə bağlı tarixləri müəyyən etmək üçün sadəcə olaraq keçənilki məlumatlarla tanış olmaq lazımdır. Baxmayaraq ki, bu il əməliyyatın miqyası əvvəl olduğundan daha kiçikdir", - ekspert vurğulayıb. Ekspertin fikrincə, Ukrayna qoşunlarının irəliləyişinin yaxşı perspektivi var: "Bu kiçik bir irəliləyişdir, bu hələ əks-hücum deyil, lakin perspektiv artıq kifayət qədər yaxşı və çox maraqlıdır. 3 kilometr enində 2,5 kilometr dərinliyə getmək çox yaxşı irəliləyişdir. Bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri şəhərin böyük, ciddi hissəsini geri aldı".

Məhkəmə İmran Xanla bağlı QƏRAR VERDİ

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib. Sozcu.az bildirir ki, bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb. Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.

Pentaqon təsdiq etdi: Ukrayna “Xəncər”i vurub!

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” hipersəs raketinin qarşısını alıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Ukraynanın “Patriot” müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder deyib. Qeyd edək ki, 5 mayda Ukrayna ilk dəfə “Xəncər” raketini vurub.

Ukrayna hərbçiləri Baxmutda 3 km² ərazini işğaldan azad ediblər

Ukrayna hərbçiləri şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində 3 km² ərazini işğaldan azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının qurucusu Andriy Biletski teleqramda bildirib. Biletski Baxmut yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının 6-cı və 8-ci rotalarının darmadağınını təsdiqləyib. O həmçinin qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin 3-cü hücum dəstəsi cəbhənin yarılmasının qarşısını alarkən xeyli itki verib.