Belə getsə, Rusiyanın bir gəmisi də qalmayacaq

Rusiya başa düşməlidir ki, eyni ruhda davam etsə, müharibənin sonuna bir dənə də olsun gəmisi qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişini bərpa etmək istəməməsinə münasibət bildirərkən deyib. “Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək", - Zelenski qeyd edib.

Rusiyanın itkiləri 250 MİNİ ötdü

Ukrayna müharibənin 530-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 240 hərbçi, 4244 ədəd tank, 8270 ədəd zirehli döyüş maşını, 4977 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 467 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7451 ədəd avtomobil texnikası, 4154 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 735 xüsusi avadanlıq itirib.

Ukrayna Rusiyaya qarşı yeni cəbhə açdı

Avqustun 4-də Ukrayna Rusiyaya qarşı yeni cəbhə açıb. Sozcu.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms"ın məlumatında bildirilib. Nəşr qeyd edib ki, Ukrayna PUA-ları Moskvanın işğalını təmin edən neft infrastrukturuna zərbələr endirib. İlk belə zərbə dəniz qüvvələrinin Novorossiysk limanında Rusiya hərbi gəmisinə hücumu olub. Ertəsi gün, şənbə günü bir dron Kerç boğazında Rusiya neft tankerini vurub. Qeyd olunub ki, bu hücumlar Ukraynanın Moskvanı yıxmaq və ərazisinə müharibə gətirmək səylərinin bir hissəsidir. Nəşr ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volkerin fikirlərini sitat gətirib: “Bu hücumların əsas məqsədi Putinin Ukraynanı azad etmək üçün sadəcə “xüsusi hərbi əməliyyat” olması ilə bağlı versiyasını təkzib etməkdir. Onlar rus xalqına bunun əsl müharibə olduğunu göstərirlər". Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodniuk bu zərbələri Rusiyaya onun məğlubedilməz olmadığına, hətta paytaxtı və güc mərkəzlərinin də müdafiəsiz olduğuna dair mesaj kimi qiymətləndirir. O qeyd edib ki, bu, rus qoşunlarının mənəviyyatını sarsıda və Ukraynanın əks-hücumuna kömək edə bilər.

Rusiyanın itkiləri 250 minə yaxınlaşır

Ukrayna müharibənin 528-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 249 110 hərbçi, 4232 ədəd tank, 8251 ədəd zirehli döyüş maşını, 4943 ədəd artilleriya sistemi, 704 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 466 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7422 ədəd avtomobil texnikası, 4116 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 730 xüsusi avadanlıq itirib.

Rusiya bu ölkələri asılı vəziyyətə salır... - Borrell

Rusiya inkişaf etməkdə olan ölkələri asılı vəziyyətə salmaq üçün onlara ucuz taxıl təklif edir. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə məşğul olduğu bir vaxtda Rusiya aşağı qiymətlərlə taxıl tədarükü üçün ikitərəfli təkliflərlə həssas ölkələrə müraciət edir”, - Borrell bildirib. Onun sözlərinə görə, AB sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir etməməsi üçün hər cür səy göstərib: “Rusiyanın üçüncü ölkələrə ərzaq məhsulları və gübrə ixracına qarşı heç bir sanksiya yoxdur”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 526-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 247 850 hərbçi, 4224 ədəd tank, 8234 ədəd zirehli döyüş maşını, 4892 ədəd artilleriya sistemi, 704 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 465 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7372 ədəd avtomobil texnikası, 4077 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 721 xüsusi avadanlıq itirib.

Ukraynadan uğurlu əməliyyat: Çonqarın vurulması...

Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda Çonqar körpüsünə endirdiyi raket zərbəsi kifayət qədər uğurlu olub. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib. “Dəmir yolu körpüsünün vurulması çox vacibdir, çünki əsas daşımalar dəmir yolu ilə həyata keçirilir. Kerç, Jankoy vasitəsilə Çonqar körpüsünə, daha sonra Melitopola doğru bir xətt var. Hərbi yüklərin də əsas hissəsi dəmir yolu ilə gedir”, - ekspert bildirib. Svitanın sözlərinə görə, bu dəmir yolunu təmir etmək çox çətindir: “Budaq səthdədirsə, onu yarım günə bərpa etmək olar. Ancaq dəmir yolu körpüsünə daxil olan budaq zədələnirsə, körpünün özünü dəyişdirmək lazımdır. Bu isə müəyyən zaman alır”.

Rusiyanın itkiləri 248 minə yaxınlaşır

Ukrayna müharibənin 525-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 247 230 hərbçi, 4217 ədəd tank, 8213 ədəd zirehli döyüş maşını, 4866 ədəd artilleriya sistemi, 700 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 463 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7349 ədəd avtomobil texnikası, 4042 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 718 xüsusi avadanlıq itirib.

Britaniya: Əks-hücum Rusiya ordusunu tükəndirir

Ukraynanın cənubunda iki sektorda şiddətli döyüşlər davam edir. Rusiya ordusunda artilleriya sursatının və ehtiyatların çatışmazlığı yaşanır, eləcə də cinahların təhlükəsizliyində problemlər var. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. Məlumata görə, Orexovun cənubunda Ukraynanın hücumları Rusiyanın 58-ci Birləşmiş Silahlı Qüvvələrinə qarşı (58 SAA) cəmləşib: “Bu ordu çox güman ki, tükənib, çünki onun irəlidəki bölmələri səkkiz həftədən çox intensiv döyüşlər aparır. Daha şərqdə, Velikaya Novoselkanın cənubunu müdafiə edən Rusiya qüvvələri həm Şərq, həm də Cənub hərbi dairələrindən çıxarılır və bu, çox güman ki, koordinasiya problemləri yaradır. 5-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələri çox güman ki, xüsusi təzyiq altında olacaqlar və yəqin ki, onların cəbhə xəttindən dönmə vaxtının yetişdiyini hiss edirlər”.

Ukrayna yüksəklikləri ələ keçirir, Rusiya zəifləyir

Rusiyanın müdafiəsi zəifləyir. Ukrayna Silahlı Qüvvələri ən mühüm yüksəkliklərə çataraq, Rusiyanı əlavə ehtiyatlar sərf etməyə məcbur edir və arxa cəbhədəki sursat anbarlarına zərbələr endirir. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun maddi-texniki təminatını pozaraq cəbhədə qoşunların sürətli hərəkətini çətinləşdirib: "Bu vəziyyət silahlı qüvvələrə Baxmutdan şərqə, cənubda isə Donetskə keçmək imkanı verir. Bundan əlavə, indi Ukraynanın müdafiəçiləri Krımı və bütün qoşunları təcrid etmək üçün Uqledardan cənuba Mariupola və ya Tokmaka, oradan isə Melitopola gedə bilərlər. Sonuncu variantla Krım Ukrayna artilleriyası və hava hücumları üçün əlçatan olacaq. Bu isə o deməkdir ki, ukraynalılar yarımadanı ələ keçirməsələr də, Krımda rus hərbçiləri və digər əhalinin varlığı mümkünsüz ola bilər. Bu, ciddi bir üstünlük olardı".

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb. Sozcu.az xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək. Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.

USQ Ukraynanın cənubu ilə Krımı birləşdirən körpüyə zərbə endirdiyini açıqlayıb

Materik Ukraynanı işğal altındakı Krım yarımadasına birləşdirən Çonqar körpüsünə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi teleqramda açıqlayıb. “Müdafiə qüvvələri iyulun 29-da səhər saatlarında Çonqar körpüsünə uğurla hücum edib”, - məlumatda qeyd olunub. Lakin hərbçilər nə hücumun, nə də onun fəsadlarının təfərrüatlarını paylaşıblar. Xatırladaq ki, Rusiya tərəfindən Xerson vilayətinin qondarma administrasiyasının rəhbəri təyin edilmiş Vladimir Saldo iyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayəti ilə Krım arasındakı dəmir yolu istiqamətində 12 uzaqmənzilli “Storm Shadow” raketi buraxdığını bildirib. Saldonun sözlərinə görə, raketlər zərərsizləşdirilib və onların qalıqlarının düşməsi cüzi ziyana səbəb olub. Eyni zamanda, Ukrayna mətbuatı Çonqar boğazından keçən körpü yaxınlığından uzanan tıxacların fotolarını yayıb. Qeyd edək ki, Çonqar üzərindən keçən yol Krımdan Melitopola və daha sonra Ukrayna ordusunun hazırda irəliləməyə çalışdığı cənub cəbhəsinə gedən ən qısa yoldur.