"Biz bu il Rusiyaya hər hansı qələbələr qazanmağa imkan vermədik" - Zelenski

"Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI ərsdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir..." "ABŞ Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcək..." Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfərə gəlib Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ prezidenti Co Bayden və konqresmenlərlə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb. Səfər müdafiə naziri Lloyd Ostin və Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri general Carlz Braunla Milli Müdafiə Universitetində görüşlə başlayıb. O cümlədən söhbət zamanı qlobal təhlükəsizlik üçün təhdidlər, cəbhədə vəziyyətin inkişafı və müdafiə sahəsində Ukrayna-Amerika əməkdaşlığının bundan sonrakı inkişafı məsələləri müzakirə edilib. "Mən bizim xüsusilə hava hücumundan müdafiəmizin gücləndirilməsi üzrə razılaşmalarımızın icrasına, habelə nazir Ostinə və general Brauna şəxsi liderliklərinə görə minnətdaram", - Zelenski qeyd edib. Ukrayna prezidenti həmçinin Vaşinqtonda ABŞ Milli Müdafiə Universitetində çıxış edib. "Hazırda şiddətli döyüşlərin getdiyi şətaitdə bizim əsgərlərimiz cəbhədə mövqelərini qoruyub saxlayır və sonrakı fəaliyyətə hazırlaşır. Biz Rusiyaya bu il hər-hansı qələbələr qazanmağa imkan verçədik. Bəli, Putin yeni problemlər yaratmağa cəhd edir.  Lakin bizim taktikamız, sadəcə, Rusiyanın nə edəcəyini gözləmək, Rusiyanın yaratdığı problemlərə uyğunlaşmaq deyil. Söhbət bu problemlərin effektiv həllindən gedir. Problemlərin həlli qələbənin açarıdır", - Zelenski vurğulayıb. Bununla əlaqədar olaraq Zelenski vurğulayıb ki, prezident Co Bayden və Konqresdə görüşlər zamanı bu ilin nailiyyətləri əsasında hansı nəticələrə nail ola biləcəyimiz barəsində söhbət aparılacaq. "Putini geri oturtmaqla, biz onun təcavüzünü mənasız edəcəyik. Sonra o, Rusiya xalqına, guya, şəxsən özünün və müharibəsinin gələcəyi olduğu barədə yalanlar danışa bilməyəcək", - Zelenski vurğulayıb. O, qeyd edib ki, Ukraynanın hava məkanında, xüsusilə  cəbhədə hava hücumundan müdafiə üçün imkanlarının genişləndirilməsi ilə Rusiyanın havada üstünlüyünü aradan qaldırmaq mümkün olacaq. O, əmindir ki, bu, Ukraynanın başlıca problemlərindən birinin həlli olacaqdır. "Demək olar ki, bizim dənizdə udacağımıza heç kim inanmayıb, amma bu, indi faktdır. Biz həmçinin havada da udmalıyıq", - dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, "Patriot" hava hücumundan müdafiə sistemləri, radio-elektron mübarizə vasitələri, dronlar və qırıcılar Ukrayna Müdafiə Qüvvələrinə quruda da lazımınca irəliləməyə kömək edəcək. "Biz qətiyyətlə Rusiyanı çəkindirməyə hədəflənmişik..." ABŞ müdafiə naziri ilə görüş zamanı Pentaqon rəhbəri Ukraynaya gələcəkdə Rusiya təcavüzünün qarşısını almağa qadir olan ordu yaratmağa kömək edəcəyini vəd edib. "Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birgə Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcəyini vəd edib", - Pentaqon rəhbəri bəyan edib. O, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi "sarsılmaz olaraq qalmaqdadır". "Biz Ukraynaya öz ərazisini və öz vətəndaşlarını müdafiə etmək mübarizəsində yardım etməkdə qərarlıyıq, - Ostin əlavə edib. - Biz qətiyyətlə Rusiyanı gələcəkdə istənilən, o cümlədən bizim NATO üzrə müttəfiqlərimizə qarşı təcavüzdən çəkindirməyə hədəflənmişik". Lloyd Ostin vurğulayıb ki, Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI əsrdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir.

Pakistanda partlayış baş verdi: 4 polis öldü

Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində azı dörd polis ölüb, bir neçəsi yaralanıb. Bildirilib ki, eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

“Navalnının harada olduğu məlum deyil” – Vəkil

“Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı islah koloniyasının əməkdaşları bildiriblər ki, Aleksey Navalnı artıq orda deyil”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili məlumat yayıb. “Onlar onun hara köçürüldüyünü söyləməkdən imtina edirlər”, - Navalnının mətbuat katibi Kira Yarmış bildirib. Siyasətçinin nümayəndəsi onu da bildirib ki, Vladimir vilayətindəki 7 saylı cəzaçəkmə müəssisəsində, xüsusi rejimli koloniyada da vəkilə Navalnının orada olmadığı bildirilib: “Cümə günü və bu gün nə İK-6, nə də İK-7 cavab verməyib. Aydındır ki, indi əmr verilib. Alekseyin harada olduğu hələ məlum deyil”. Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

656-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 656-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 339 850 hərbçi, 5 655 ədəd tank, 10 560 ədəd zirehli döyüş maşını, 8070 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 636 ədəd avtomobil texnikası, 6154 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 168 xüsusi avadanlıq itirib.

Zelenski sabah ABŞ-a gedir: Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək. Qeyd edək ki, V.Zelenski hazırda Argentinada səfərdədir.

Rusiyanın itkiləri 339 mnə yaxınlaşır

Ukrayna müharibənin 655-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 820 hərbçi, 5 636 ədəd tank, 10 529 ədəd zirehli döyüş maşını, 8064 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 623 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 162 xüsusi avadanlıq itirib.

Şok mesaj: -380 dərəcə şaxta xəbərdarlığı edildi

Qazaxıstanın şimal vilayətlərinin sakinlərinə bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən xəbərdarlıq SMS-i gəlib. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, SMS-də -38 dərəcə əvəzinə -380 °C şaxta olduğu qeyd edilib: “Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”.

Ağ evdən Putinin namizədliyinə ironiya: şiddətli kampaniya olacaq

Amerika rəsmiləri 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyinin irəli sürülməsi xəbərinə ironik reaksiya verib və gözlənilən nəticənin artıq bəlli olduğunu qeyd edib. Sozcu.az xəbər verir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi istehza ilə deyib: “Putinin namizədliyi irəli sürülübsə, bu, çox güman ki, şiddətli seçki kampaniyası olacaq, elə deyilmi?”. Con Kirbi ABŞ Prezidentinin xidməti təyyarəsində jurnalistlərlə söhbət zamanı daha ətraflı şərh verməkdən imtina edib və bildirib ki, hazırda deyəcək başqa heç nə yoxdur. Xarici mətbuat yazır ki, Putinin 2024-cü il prezident seçkilərində qələbəsi demək olar ki, təmin olunub, çünki onun ciddi rəqibi olmayacaq.

Ermənistan XİN Mirzoyanın Brüssel səfərini təsdiqlədi

Ermənistan Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın dekabrın 11-də Brüsselə səfəri ilə bağlı məlumatı təsdiqləyib.  Sozcu.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bu barədə məlumat verib.  O bildirib ki, XİN rəhbəri Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.  Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da görüşə qatılacaq. 

Paşinyan Tokayevlə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb. Bildirilir ki, N.Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib.

Rusiyanın Ukraynadakı itkiləri 337 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 990 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 337 220 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 26 zirehli döyüş maşını, 12 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Saakaşvili Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili  Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. Sozcu.az xəbər verir ki, bu barədə eks prezident Facebook səhifəsində paylaşım edib. “Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Yaxşı, Kreml rəhbərliyində erməni konyakını sevənlər özlərini necə məhdudlaşdıracaqlar. Amma bu qadağa Paşinyana siqnal olmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır, – deyə Saakaşvili qeyd edib. O, həmçinin Paşinyana Rusiyadan üz döndərməyi və Avropaya tərəf baxmağı məsləhət bilib. “Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol – qaç, daha sürətli qaç, canını qurtar, KTMT-dən, Avrasiya İqtisadi  Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə tərəf get. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi və yırğalanmağı dayandırın. Gecikmə ölüm kimidir!” – deyə Saakaşvili yazıb.