Karaçev şəhəri yaxınlığındakı anbarda döyüş sursatları, o cümlədən KXDR-dən gətirilimiş raketlər, eləcə də "KAB" bombaları olub...
Rusiyanın Bryansk vilayətində oktyabrın 9-na keçən gecə naməlum pilotsuz təyyarələrin hücumundan sonra sursat anbarında yanğın baş verib.
Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın telegram- kanalları məlumat yayıb.
Bryansk vilayətinin sakinləri “davamlı partlama səslərindən” şikayətlənir və internetdə partlayışların videolarını dərc edirlər.
Yerli qubernatorun sözlərinə görə, Bryansk vilayətində 12 pilotsuz təyyarənin vurulduğu iddia edilir.
Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə deyib:
"Karaçev şəhəri yaxınlığında, cəbhə xəttinə ən yaxın olan Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalı vuruldu. Sursat anbarı Ukrayna ilə sərhəddən 114 km aralıda yerləşir.
Kovalenko internetdə yazıb: “Anbarda KXDR-dən olan döyüş sursatları, o cümlədən "KAB"lar(korrektə olunan aviasiya bombaları-S.L.) olub. Onların bir hissəsi açıq havada saxlanılıb.