Ukrayna MN: “Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”

“Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq döyüş meydanında təşəbbüsü ələ alıb: “Amma qələbə üçün düşmənə uzaqdan zərbələr endirməliyik. Bunun üçün isə uzaqmənzilli silahlara ehtiyacımız var”. V.Qavrilovun sözlərinə görə, Ukraynanın bütün hərbi planları hesablamalara uyğun gedir. Nazir müavini həmçinin vurğulayıb ki, F-16 qırıcı təyyarələrinin yaxın zamanlarda Ukraynaya təhvil veriləcəyinə inanır.

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir, Rusiya isə özünü müdafiə edir. Lakin qalibiyyət üçün 200 km-ə qədər uzaqmənzilli dəqiq silahlar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. “Bütün hərbi planlarımız qiymətləndirmələrə uyğun həyata keçirilir. Müasir döyüşlərdə əsas məsələ düşmənin mövqeyini bilmək, eləcə də uzaq məsafələrə yüksək dəqiqliklə zərbələr endirmək üçün situasiyaya yiyələnməkdir”, - Qavrilov bildirib.

Rusiyanın itkiləri 220 minə yaxınlaşır

Ukrayna müharibənin 479-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 219 170 hərbçi, 3977 ədəd tank, 7706 ədəd zirehli döyüş maşını, 3834 ədəd artilleriya sistemi, 609 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 302 ədəd helikopter, 6557 ədəd avtomobil texnikası, 3364 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 520 xüsusi avadanlıq itirib.

Rusiyanın itkiləri 219 minə yaxınlaşır

Ukrayna müharibənin 478-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 218 500 hərbçi, 3965 ədəd tank, 7683 ədəd zirehli döyüş maşını, 3812 ədəd artilleriya sistemi, 606 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 301 ədəd helikopter, 6519 ədəd avtomobil texnikası, 3357 ədəd PUA, 1199 qanadlı raket, 18 gəmi/qayıq, 519 xüsusi avadanlıq itirib.

Krıma dronlarla kütləvi şəkildə hücum edildi

Krımda rusların hava hücumundan müdafiəsi sistemləri bu gecə 9 PUA vurub. Sozcu.az xəbər verir ki, bunu Krımın “rəhbəri” Sergey Aksyonov deyib. O, iyunun 15-nə keçən gecə və səhər saatlarında Krım üzərində 9 PUA-nın qeydə alındığını, Rusiya hava hücumundan müdafiə qüvvələrinin onlardan 6-nı vurduğunu, daha 3-nün isə elektron döyüş yolu ilə endirildiyini bildirib: “Bir pilotsuz təyyarə Krasnoqvardeyski rayonunda, Dokuçayevo kəndində partladılıb”.

Taras Berezovets: "Ukrayna Rusiyanın Krıma yolunu bağlamağa çalışır"

"Ukrayna Rusiyanın Krıma yolunu bağlamağa çalışır". Bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti, hərbi ekspert Taras Berezovts bildirib. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk, Zaporoje vilayətlərində lokal hücum əməliyyatlarına başlayıb: "Nəticədə son günlərdə 7 kənd azad olunub: Lobkovo, Levadnoye, Novodarovka, Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye. Ukrayna qoşunları işğalçıların müdafiə istehkamlarına hücum edir, onların mövqeləri arasında əlaqəni kəsir". Ekspert deyib ki, Ukrayna Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə 6 kilometrdən çox irəliləyib: "Amma bunu genişmiqyaslı əks-hücum əməliyyatı kimi qəbul edə bilmərik. Bu, əslində, genişmiqyaslı hücum əməliyyatına hazırlıqdır. Lakin cəbhədəki operativ vəziyyətin imkan verdiyi təqdirdə, Ukrayna Silahlı Qüvvələri bir müddətdən sonra genişmiqyaslı əks-hücuma keçəcək. Güman ki, bu, bir neçə istiqamətdə baş verəcək. Ukrayna ordusunun əks-hücum zamanı əsas məqsədi Rusiya ilə Ukraynanın işğal altındakı ərazisi olan Krım arasında quru yolları bağlamaqdır. Bu əks-hücum əməliyyatının nə vaxt, hansı istiqamətdə həyata keçiriləcəyi hərbi sirdir. Amma düşünürəm ki, bu əməliyyat qısa müddətdən sonra başlayacaq. Üstəlik, Ukrayna ordusu bu əməliyyat zamanı Krıma maksimum dərəcədə yaxınlaşmalıdır. Bununla Ukrayna Rusiyanın Krımdakı hərbi logistikasına zərbələr endirə biləcək. Hazırda düşmən Krıma yüklərin 75 faizini quru dəhliz vasitəsilə göndərir. Krıma yüklərin cəmi 25%-i Krım körpüsü vasitəsilə tədarük edilir. Beləliklə, hazırda Ukrayna ordusunun Krım körpüsünün məhv edilməsi ilə bağlı məqsədi yoxdur. Əsas məqsəd Taqanroq, Mariupol və Simferopolu birləşdirən quru dəhlizi bağlamaqdır".

Rusiyanın itkiləri 217 mini keçdi

Ukrayna müharibənin 476-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 217 330 hərbçi, 3943 ədəd tank, 7653 ədəd zirehli döyüş maşını, 3783 ədəd artilleriya sistemi, 603 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 300 ədəd helikopter, 6482 ədəd avtomobil texnikası, 3324 ədəd PUA, 1196 qanadlı raket, 18 gəmi/qayıq, 516 xüsusi avadanlıq itirib.

"Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaq..."

"Budur "rus dünyası...Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur..." Çoxmərtəbəli binanın yarısı dağıdılıb, Rusiyanın raketi yaşayış binasına düşüb, çoxlu sayda həlak olanlar var, insanlar dağıntılar altında qalıb Ötən gecə saat 03:17-də Rusiya ordusu Krivoy Roqda beşmərtəbəli binaya raket zərbələri endirib.  Sozcu.az xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb. Raket zərbələri nəticəsində yanğın baş verib, dinc sakinlər öz mənzillərinin dağıntıları altında qalıb. "Yüksək dəqiqli" nacinslər şəhərin müxtəlif hissələrində tamamilə dinc obyektləri, o cümlədən beşmərtəbəli binanı nişan alıb", - Vilkul "Telegram-kanal"ında yazıb. Onun sözlərinə görə, son dərəcə ağır vəziyyətdə olan zərərçəkənlər var. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dəqiqləşdirib ki, çoxmərtəbəli binanın raket atəşinə tutulması nəticəsində 6 nəfər həlak olub, 25 nəfər yaralanıb. Sosial şəbəkələrdə şahidlər hadisə yerindən kadrlar dərc edib. Fotolardan göründüyü kimi, çoxmərtəbəli yaşayış binasının ən azı bir girişində bütün mənzillər yanıb.  Şahidlərin sözlərinə görə, insanların mənzillərində və maşınlarında pəncərələr dağılıb. Bəzi yerlərdə yanğınlar qeydə alınıb. "Hər şey çox pisdir, raket beşmərtəbəli binaya düşüb, xeyli dağıntılar var", "Binanın yarısı, sadəcə, darmadağın olub", - istifadəçilər yazıb. Sakinlərdən biri öz mənzilini telefona çəkib, orada zərbə dalğası pəncərələri sındırıb, mebeli dağıdıb, əşyaları ətrafa səpələyib. "Budur "rus dünyası"... Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur", - qadın dağıntıları nümayiş etdirərək hisslərini bölüşüb. Yerli mətbuatın məlumatlarına görə, hazırda dağıntılar altında qalanlar var. Birinci mərtəbədən beçinci mərtəbəyədək mənzillər yanır, yanğın təxminən 700 kv metr ərazini əhatə edib. Xilasedicilər yanğını söndürməyə çalışır. İlkin məlumata görə, Rusiya ordusu X-101/555 raketləri ilə zərbələr endirib. Səhər tezdən Ukrayna prezidenti Vladimir Zelenski faciə yerindən kadrları göstərib. "Terrorçuların növbəti raketləri, rusiyalı qatillər yaşayış evləri, adi yerlər və dinc insanlara qarşı savaşını davam etdirir...Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaqlar", - Zelenski əmin edib.

Ukraynada daha bir rus general öldürüldü

Ukraynanın Zaporojye istiqamətində davam edən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Sergey Qoryaçyov öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, Rusiyanın 35-ci ümumordu qərargah rəisi general-mayor Sergey Qoryaçyov artilleriya zərbələri nəticəsində ölüb. Qeyd edək ki, Qoryaçyov vaxtı ilə Rusiyanın Dnestyanıdakı qüvvələrinə rəhbərlik edirdi. Məlumata görə, hərbi xidmətini Gəncədəki 104-cü hava-desant diviziyasında çəkib.

"Hətta vəhşi heyvanlar da Rusiya dövlətindən daha mənəviyyatlıdır" - Zelenski

"Rusiyalı işğalçılar bəndi partladaraq bu fəlakəti törədib, insanları su basmış şəhər və kəndlərdə taleyin hökmünə buraxıb, indi də riyakarcasına və qəddarcasına insanları təxliyyə edən zaman atəşə məruz qoyur..." Rusiya qoşunları su başmış evlərindən xilas olan insanların kürəyinə atəş açıb... Rusiyalı hərbçilər dinc sakinlər olan qayığı atəşə tutub, bu, insanları Xerson vilayətinin Rusiya qüvvələrinin nəzarət etdiyi Dnepr çayının sol sahilindən təxiyyə edən zaman baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. "Onlar mükli insanların kürəyinə atəş açıb. Altı adam yaralanıb. Onlar Xersona çatıb və tibbi müəssisəyə yerləşdirilib. Həkimlər yaralıların həyatları uğrunda mübarizə aparır. Rusiyalılar qorxaq terrorçulardır", - Yermak "Telegram-kanal"da yazıb. Sonradan Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib ki, atəş nəticəsində üç nəfər həlak olub, 10 nəfərdən çox adam yaralanıb. Onların arasında qadını bədənilə qoruyan 74 yaşlı kişi də olub, rusiyalılar onu kürəyindən güllələyib. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Qayıqda, əsasən, yaşlı adamlar olub, bunu Ukrayna daxili işlər naziri İqor Klimenko deyib. Daxili İşlər Nazirliyi insanların Dneprin sol sahilindən təxliyyəsinin fotoşəkillərini dərc edib. Baş Prokurorluğun ofisi son məlumatları açıqlayıb. Atəş nəticəsində ən azı 23 nəfər zərər çəkib. Xerson prokurorluğu müharibə qanunları və qaydalarının pozulması haqqında və qəsdən adam öldürmə maddələri üzrə baş vermiş faciənin tədqiqatına başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 473-cü gününün nəticələrinə dair müraciətində dəqiqləşdirib ki, atəş altına düşən qayıqda Xerson vilayətinin işğal edilmiş sol sahilində yerləşən Kardaşinka kəndindən insanlar təxliyyə edilib. "İşğalçılar bəndi partladaraq bu fəlakəti yaradıb, insanları su basmış şəhər və kəndlərdə taleyin hökmünə buraxıb, indi də insanları xilas etməyə cəhd edilən qayıqları da atəşə tutur...Hətta vəhşi heyvanlar da Rusiya dövlətindən daha mənəviyyatlıdır", - Ukrayna prezidenti vurğulayıb. "Beynəlxalq ədalət məhkəməsi nümayəndələrinin Rusiyanın terror aktının nəticələrini öz gözləri ilə görməsi və Rusiya terrorunun davam etməsini özlərinin eşitməsi çox vacibdir. Və bu terror su basmış ərazinin maksimal riyakar və qəddar atəşlərilə davam edir", - prezident deyib.

“Ramşteyn” görüşündə Ukrayna üçün “F-16 koalisiyası”nın yaradılması müzakirə ediləcək

“Ramşteyn” formatında təmas qrupunun görüşündə Ukraynanın pilot və texniki işçilərinin hazırlığı müzakirə edilə bilər. Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib. Onun sözlərinə görə, Niderland, Danimarka, ABŞ və digər ölkələrin müdafiə nazirləri ilə substantiv dialoq aparılacaq. Görüş çərçivəsində həmçinin Ukrayna səmasında “F-16 koalisiyası”nın yaradılmasının təfərrüatları müzakirə ediləcək.

Bu istiqamətdə ağır döyüşlər davam edir – Ukrayna

Rus hərbçiləri əsas səylərini Avdeyev, Baxmut, Marinsk və Liman istiqamətində cəmləşdirməkdə davam edir, orada ağır döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, son sutka ərzində bu ərazilərdə 25 döyüş olub: “Düşmənin Avdeyevka istiqamətində hücum cəhdi uğursuz alınıb. Onlar Baxmut istiqamətində Belaya Qora və İvanovskiyə doğru irəliləməyə də uğursuz cəhd edib. Marinka yaxınlığındakı ukraynalı əsgərlər işğalçıların bütün hücumlarını dəf ediblər. Liman istiqamətində son 24 saat ərzində düşmən Beloqorovka ərazisində uğursuz hücum əməliyyatları aparır. Baxmut istiqamətində də düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd edib”, - məlumatda deyilir.