Ukrayna Donald Trampın ABŞ prezidenti seçkilərində mümkün qələbəsindən qorxmur və Kiyev hər iki namizəddən dəstək zəmanəti alıb.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Aydındır ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir, onlar bizim əsas müttəfiqimizdir. Və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizimlədir. Zelenskinin ABŞ liderləri - Bayden və Kamala Harrislə, eləcə də Trampla söhbəti çox yaxşı keçdi. Görüşdə mən də iştirak etdim, təfərrüat verməyəcəyəm, amma deyə bilərəm ki, biz ABŞ-dan əminliklə qayıtdıq. Namizədlərin heç biri Putinin bu müharibədə qalib gəlməsinə imkan vermək istəmir və hərbi dəstək davam edəcək”, - Yermak bildirib.